Məhkəmə qərarları › İş №2(025)-74/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-74/2021

31.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-74/2021 31.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonunun Mirzəbəyli kəndində xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəsi olan çıxarışla mülkiyyətə verilmiş 1,50 ha torpaq sahəsinin zəbt olunmuş 0,70 ha, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışla mülkiyyətə verilmiş 1,02 ha torpaq sahəsinin zəbt olunmuş 0,50 ha və xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyata alınmış №1427678 çıxarışla mülkiyyətə verilmiş 1,29 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0,65 ha hissəsinin boşaldılması və törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində mülkiyyətlərində olan torpaq sahələrindən mülkiyyətçi kimi istifadələrinə cavabdeh ərazini zəbt edərək fındıq bağı salmaqla imkan vermir. Bununla da qanunla torpaq üzərində müəyyən olunmuş mülkiyyətçi hüquqlarını pozur. Belə ki, onlar müxtəlif vaxtlarda Qəbələ Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisində apardıqları alqı-satqı müqaviləsi əsasında aldıqları torpaq sahələrini DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində dövlət qeydiyyatına aldırmaqla adlarına çıxarış hazırlanıb verilmiş və həmin torpaqlar üzərində mülkiyyət hüququ əldə etmişlər. O, yəni İddiaçı1 xx.xx.2019-cu il tarixdə Qəbələ Regional “Asan xidmət” mərkəzinin Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmaqla aldığı 1,50 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat nömrəsinə aldırmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsinin AA № 509080 saylı plan və ölçüsə də hazırlanaraq ona verilmişdir. Bundan əlavə Qəbələ Regional “Asan xidmət” mərkəzinin Notariat ofisində xx.xx.2020-ci il tarixdə apardığı alqı-satqı müqaviləsi bağlanmaqla aldığı 1,02 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat nömrəsinə aldırmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsinin AA № 509080 saylı plan və ölçüsə də hazırlanaraq ona verilmişdir. İş üzrə iddiaçı olaraq o, İddiaçı2 xx.xx.2017-ci il tarixdə Qəbələ Regional “Asan xidmət” mərkəzinin Notariat ofisində torpaq alqı-satqı müqaviləsi bağlanmaqla aldığı 1,29 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat nömrəsinə aldırmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27678 saylı çıxarış və həmin torpaq sahəsinin AA № 335506 saylı plan və ölçüsünü almışdır. Ancaq cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış üzrə mülkiyyətdə olan 1,50 ha torpaq sahəsinin 0,70 ha, xx.xx.2020-ci il tarixli çıxarış üzrə İddiaçı1 adına verilmiş 1,02 ha torpaq sahəsinin 0,50 ha, İddiaçı2 adına verilmiş xx.xx.2018-ci il tarixli ******* saylı çıxarış üzrə verilmiş 1,29 ha torpaq sahəsinin 0,65 ha qanunsuz zəbt edərək fındıq bağlı əkməklə istifadələrinə imkan vermir. Dəfələrlə mülkiyyətlərində olan torpaq sahəsinin boşaldılması və istifadələrinə şərait yaradılması təklifi və tələbi ilə müraciət edilsə də, cavabdeh ərazinin ona məxsus olduğunu və boşaltmayacağını bildirir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, onların ailələrinə, yəni onun, ərinin və qızınının adına Qəbələ rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci ilin 15 may tarixli 09 nömrəli qərarı ilə Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 0,80 ha torpaq sahəsi verilmişdir. Bunu təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” JN:247 nömrəli, 40613018 kodlu dövlət aktları da vardır. Onlara verilmiş torpaq sahəsinin yerləşdiyi ərazidə kəndin 20-dən çox mülkiyyətçinin və ailə üzvlərinin də torpaqları vardır. Bu torpaqlar o zamanlar boş sahələr imiş və mülkiyyət sənədləri heç nə ilə ayrılmamışdır. Torpaqdan istifadə hüququ verilsə də, yerləri onlara tanıdılmamış və eyni vaxtda yazılmış dövlət aktlarını hər biri ayrı-ayrılıqda, fərqli vaxtlarda almışlar. Onlara verilən torpaq ancaq baş sahədə olduğundan və eyni vaxtda aldıqlarından hər kəs öz mülkiyyəti olduğunu güman etdiyi ərazidə təsərrüfatla məşğul olmağa başlamışdır və onlar da özlərinin bildiyi ərazidə fındıq bağı salmışlar. Uzun illər, yəni 22 ildən artıq bir müddətdə orada min-bir əziyyətlə bağ salaraq 200 topa fındıq ağacı əkib-yetişdirmişlər. Bu, onlar üçün elə də asan olmamışdır. Kənddə hamı şahiddir ki, bu bağın yetişdirilməsinə nə qədər xərc və əmək sərf etmişlər. Boş sahədə fındıq bağı salmışlar. xx.xx.1995-ci il təvəllüdlü qızı Səkinə İbrahimova 2-ci dərəcəli əlildir. xx.xx.2018-ci ildə əri Əfqan İbrahimovun vəfat etməsi iddiaçıların əl-qolunu açmışdır. İddiaçılar illər boyu çəkdikləri zəhmətə sahib çıxmaq, kimsəsiz və əlil insanların çörəyini əlindən almaq istəyirlər. İddiaçıların iddia ərizəsindəki bəzi qramatik səhvləri nəzərə almasalar onların istifadəsində olan torpaq sahəsinin 1,85 ha olduğu göstərilmişdir. Əslində bu belə deyildir. Sadəcə olaraq onlara dövlət aktı ilə verilmiş 0,80 ha sahədə fındıq bağı salmışlar. Lakin, sonradan qonşu mülkiyyətçilərdən biri tərəfindən torpağının digər bir şəxsə satması nəticəsində ərazi problemləri ortaya çıxmışdır. İddiaçılar bağın onlara məxsus olduğunu bilərək həmin ərazini almışdırlar. Şübhəsiz ki, onları torpaq yox, hazır 22 ilin bağı maraqlandırmışdır. İddiaçıların torpaq sahələrinin sənədləşdirilmələri onların illər boyu əziyyətlə yetişdirdikləri bağa sahib olmaq istəklərindən xəbər verir və bu da yalnız onun yox, həm də həmin sahədə mülkiyyəti olan 20-dən çox mülkiyyətçinin maraqlarına toxunur. Bununla yanaşı onlar onun ailə başçısının olmamasından, himayəsində əlil qızının olmasından, yəni arxa-dayaqlarının olmadığını güman edirlər. Məhkəmə iclasında İddiaçı2 qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, xxxx” MMCnin xx.xx.2020-ci il tarixli, 596 saylı rəyi rəyi ilə tanış olmuşdur. Rəydə onun mülkiyyətinə verilmiş 1.2955 ha torpaq sahəsinin 0.2271 ha hissəsinin Cavabdeh faktiki istifadəsində olması müəyyən olunmuşdur. O, həmin torpaq sahəsində olan fındıq kollarının (ağacları) dəyərinin ağlabatan məbləğdə cavabdehə verilməsinə və ya həmin ağaclarının çıxarılmasına hazırdır. Lakin fındıq kollarının (ağacları) dəyəri ilə cavabdehlə razılaşa bilmirlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, eyni zamanda göstərmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur. Ekspert rəyindən də göründüyü kimi, Qəbələ rayonu Mirzəbəyli kəndində onun mülkiyyətinə verilmiş 1.0232 ha torpaq sahəsinin 0.3103 ha hissəsini, 1.5043 ha torpaq sahəsinin 0.2878 ha hissəsini Cavabdeh zəbt etmişdir. O, cavabdehin zəbt etdiyi torpaq sahəsindəki fındıq kollarının (ağacları) dəyərini ağlabatan məbləğdə cavabdehə verməyə və yaxud həmin ağacları cavabdehin mülkiyyətində olan torpaq sahəsində əkməyə hazırdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, onların ailələrinə Qəbələ rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci ilin 15 may tarixli 09 nömrəli qərarı ilə Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 0,80 ha torpaq sahəsi verilmişdir. Uzun illər, yəni 22 ildən artıq bir müddətdə orada min-bir əziyyətlə bağ salaraq 200 topa fındıq ağacı əkib-yetişdirmişlər. Bu, onlar üçün elə də asan olmamışdır. Kənddə hamı şahiddir ki, bu bağın yetişdirilməsinə nə qədər xərc və əmək sərf etmişlər. Boş sahədə fındıq bağı salmışlar. İddiaçılar bağın onlara məxsus olduğunu bilərək həmin ərazini almışdırlar. Şübhəsiz ki, onları torpaq yox, hazır 22 ilin bağı maraqlandırmışdır. İddiaçıların torpaq sahələrinin sənədləşdirilmələri onların illər boyu əziyyətlə yetişdirdikləri bağa sahib olmaq istəklərindən xəbər verir və bu da yalnız onun yox, həm də həmin sahədə mülkiyyəti olan 20dən çox mülkiyyətçinin maraqlarına toxunur. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması şöbəsində yerquluşu üzrə mühəndis vəzifəsində işləyən X13 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində Daşınmaz əmlakın texniki inventarlaşdırılması şöbəsində yerquruluşu üzrə mühəndis işləyir. Hazırki məsələ ilə tanışdır. 1996-cı ildə İslahat aparılıb və torpaq sahələri vətəndaşlara paylanılmışdır. Lakin həmin islahat zamanı paylanılan torpaq sahələri dar-uzun olduğundan vətəndaşları qane etməyib və vətandaşlar öz aralarında, öz razılıqlarına əsasən torpaq sahələrini öz istədikləri kimi kvadrata salaraq istifadə etməyə başlamışlar. Lakin bu barədə onlar arasında hər-hansı bir alqı-satqı müqaviləsi olmamışdır. Hal-hazırda həmin torpaq sahələrini vətəndaşlar öz istəklərinə uyğun şəkildə kvadrata salaraq istifafdə etsələrdə, xəritə dəyişməz olaraq qalır. Yəni torpaq sahələri islahat zamanı necə bölünübdürsə, hal-hazırda da elədir.Faktiki istifadəyə görə uçot xəritələri hazırlanır. Həmin xəritələr də mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında dəyişdirilə biləcək. Lakin bu barədə necə və nə vaxt rəy veriləcəyi məlum deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi İddiaçı2, İddiaçı1 və Cavabdeh torpaq sahələrinə dair uçot xəritələrinin hazırlanması ilə bağlı heçnə təklif etməmişlər. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin rəisi X10 şahid qismində vediyi ifadəsində göstərdi ki, sözügedən məsələ ilə tanışdırlar. Torpaq islahatı zamanı Qəbələ rayon Mirzəbəyli kənd sakinlərinə torpaq payı paylanmışdır. Həmin sahə torpaq payı paylanarkən çəkilmiş cizgiyə uyğun istifadə edilmir. Konfiqurasiya fərqi var, yəni yerində istifadə vəziyyəti bölgü planına uyğun deyil. Həmin torpaq sahəsindən üç vətəndaş alqı-satqı yolu ilə torpaq sahəsi alıb və çıxarış əldə etmişdir. Bölgü planına uyğun alqı-satqı baş tutub, lakin vətəndaşlar bölgü planına uyğun şəkildə torpaq sahələrini istifadə etmədikləri üçün aralarında mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2016-ci il tarixli Fərmanına əsasən Azərbaycanda torpaq islahatından 25 il keçdiyinə görə yer quruluşu tədbirləri (elektron uçot) aparılır. Həmin Fərmanda vətəndaşların münasibətində qarşılıqlı anlaşılmazlığa açıqlıq gətirəcək maddə nəzərdə tutulmuşdur. Belə ki, torpaqların istifadəsində mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması lahiyələri əsasında aradan qaldırılması, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması nəzərdə tutulmuşdur. Lakin uyğunsuzluqların torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla (yəni ki, burada konfiqurasiya fərqli ola bilər amma mülkiyyət hüququna toxunulmalı deyil) aradan qaldırılması nəzərdə tutulmuşdur. Dəyişiklik ancaq tərəflərin qarşılıqlı razılığı əsasında baş tutmalıdır. Ölçüyə toxunulmaqdan söhbət gedə bilməz, ancaq konfiqurasiya dəyişdirilə bilər. Yəni ki, 1 ha sahəsinin eni 100 metr, uzunluğu 100 metr olmasın, əvəzində eni 50 metr, uzunluğu 200 metr olsun. Bu ancaq tərəflərin razılığı ilə aktlaşdırılıb baş tuta bilər. Hazırkı halda isə tərəflər buna razılıq vermirlər. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,0232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə, AA 509080 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,5043 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə, AA 447262 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,2955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə, AA 335506 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş JN-247 (Kod: 40613018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 15 nömrəli qərarına əsasən X3, Cavabdeh və X2 ümumi birgə mülkiyyətinə 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Mirzəbəyli kənd İƏD tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 413 nömrəli arayışdan görünür ki, İddiaçı1 Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Həmçinin vətəndaş torpaq sahəsindən istifadəsinə maneə olması barədə müraciət etmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Mirzəbəyli kənd İƏD tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 431 nömrəli arayışdan görünür ki, İddiaçı2 Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Həmçinin vətəndaş torpaq sahəsindən istifadəsinə maneə olması barədə müraciət etmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən torpaq sahələrinin koordinatları qeydə alınaraq naturada (yer səthi üzərində) tam həcmdə mövcudluğu müəyyən olunmuş, lakin xx.xx.2020-ci il tarixli İddiaçı1 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsini, xx.xx.2019-cu il tarixdə İddiaçı1 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsini, xx.xx.2018-ci il tarixdə İddiaçı2 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsini ərazinin qərb istiqamətindən Cavabdeh istifadə etməsi qərara alınmışdır. Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən xx.xx.2020-ci il tarixdə İddiaçı1 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsinində 22 ədəd, xx.xx.2019-cu il tarixdə İddiaçı1 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsinində 36 ədəd, xx.xx.2018-ci il tarixdə İddiaçı2 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsində isə 51 ədəd fındıq kolları (ağacları) mövcuddur. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən İddiaçı1 xx.xx.2020-ci il tarixdə **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) və xx.xx.2019-cu il tarixdə **********02 reyest nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsi, İddiaçı2 xx.xx.2018-ci il tarixdə **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahələrinin döngə nöqtələrinin koordinatları GPS ölçü aləti vasitəsilə dəqiqləşdirilmiş və hüdudları müəyyən olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1, X4 və X5 verilmiş JN-247 (Kod: 40613018) nömrəli dövlət aktı ilə ümumi birgə mülkiyyətlərində olan 0.7046 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kameral şəkildə X6 materialına əsasən ərazinin ümumi xəritəsində müyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, iddiaçıların izahatı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində 1,0232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində 1,5043 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində 1,2955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır.Lakin iddiaçılar, mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli İddiaçı1 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsini, xx.xx.2019-cu il tarixdə İddiaçı1 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsini, xx.xx.2018-ci il tarixdə İddiaçı2 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsini ərazinin qərb istiqamətindən Cavabdeh istifadə etməsi göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçıların cavabdehin torpaq sahələrini boşaldılmasını tələb etmələri üçün ilk öncə onların həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçıların təqdim etdiyi Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan, reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan və reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2018 olan Çıxarışlarla və ekspert rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 iddia etdiyi və mülkiyyətində olan torpaq sahələri1,0232 ha və 1,5043 ha, İddiaçı2 iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 1.2955 ha təşkil edir. İddiaçı1 mülkiyyətində olan 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsi, 1.5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsi, İddiaçı2 mülkiyyətində olan 1.2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşdüyündən və həmin hissələr cavabdeh tərəfindən tutulduğundan, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr qismən mövcud olduğundan iddia tələbi qismən əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdiyi torpaq sahələri mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, bir hissəsi cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, İddiaçı2 mülkiyyətə verilmiş 1,29 ha torpaq sahəsinin cavabdeh tərəfindən 0,65 ha hissəsinin zəbt olunduğunu, İddiaçı1 isə mülkiyyətə verilmiş 1,50 ha torpaq sahəsinin 0,70 ha hissəsinin, 1,02 ha torpaq sahəsinin isə 0,50 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu göstərslər də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində də göstərilmişdir ki, İddiaçı1 mülkiyyətində olan 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsi, 1.5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsi, İddiaçı2 mülkiyyətində olan 1.2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir və cavabdeh tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən məhkəmə iddia tələbinin ekspert rəyində göstərilən hissədə təmin edilməsini, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsində 22 il ərzində fındıq ağaclarından ibarət bağ salmışdır və iddiaçıları torpaq yox, hazır 22 ilin bağı maraqlandırmışdır. Bu səbəbdən məhkəmə tərəfindən ekspertiza təyin edilərkən ekspert qarşısında zəbt olunmuş torpaq sahələrində fındıq kollarının (ağaclarının) sayının nə qədər olması barədə sual qoyulmuşdur. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki,Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən xx.xx.2020-ci il tarixdə İddiaçı1 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsinində 22 ədəd, xx.xx.2019-cu il tarixdə İddiaçı1 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsinində 36 ədəd, xx.xx.2018-ci il tarixdə İddiaçı2 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsində isə 51 ədəd fındıq kolları (ağacları) mövcuddur. Bu səbəbdən cavabdehə izah edilməlidir ki, gələcəkdə fındıq kollarının (ağaclarının) dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1,5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 1,2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahələrindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1,5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 1,2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahələrindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar