Məhkəmə qərarları › İş №2(025)-746/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-746/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-746/2020 20.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı «xxxxxxx» x1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» x1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrlərinə 308,66 manat əsas, 68,71 manat faiz və 5,81 manat cərimə olmaqla, cəmi 383,18 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 18.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 30,5 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh ümumilikdə 248 manat ödəniş etmiş, həmin məbləğin 191,34 manat əsas borcdan silinmişdir. Sadə hesablama üsulu ilə cavabdehə verilmiş kredit məbləğindən (500 manat) əsas borcdan silinən məbləği (191,34 manat) çıxsaq iddia tələblərindəki məbləği alarıq: 500- 191,34=308,66 manat) qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. 20.07.2020-ci il tarixdə Tarverdiyev Araz məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh olan anasının 23.11.2019-cu il tarixdə vəfat etdiyini bildirib bununla bağlı müvafiq sənədi məhkəməyə təqdim edərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin məhkəmə iclasında iştiraklarına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəməyə təqdim olunmuş AZ-İİ № 033315 saylı, 02.12.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 23.11.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.12.2019-cü il tarixli, 413 № ilə qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı «xxxxxxx» x1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq 18 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh 23.11.2019-cu il tarixdə ölməsinə baxmayaraq, hazırki iş üzrə cavabdeh, müqavilə üzrə borclu Cavabdeh iş üzrə “borclu” qismində göstərmiş və kredit sazişi üzrə yaranmış borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Nəticədə iddiaçı bank Cavabdeh qarşı məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi üçün, iddia tələbi cavabdeh (borclu) Cavabdeh qarşı yönəlmiş və qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxx» x1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, bank hazırki tələb üzrə borclu Cavabdeh vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl ölməsi faktı məhkəmə araşdırması təsdiq edildiyindən, həmin iddia tələbi üzrə başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələr iddiaçıya izah edilməlidir. Eyni zamanda, iddiaçıya izah olunmalıdır ki, iddiaçı hazırki tələb üzrə borclu Cavabdeh vərəsələrini müəyyən etməklə onlara qarşı məhkəmədə iddia qaldıra bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxxx» x1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar