Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-748/2021 01.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(025)- 103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehləri qanunsuz girib-çıxmalarına son qoyulması, Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarını, yolun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxx 1941-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində doğulmuş, 23 mart 1972-ci ildə Qəbələ şəhər sakini X5 ilə ailə həyatı qurmuşdur. Nikahları 23 mart 1972-ci ildə Qutqaşen rayon VVADQ şöbəsində qeydiyyata alınmış və həmin nikahdan iki uşaqları doğulmuş, onlar da artıq böyüyüb boya-başa çatmışlar. Oğlu Gündüz onunla bir ailədə yaşayır. X5 09 iyun 2003-cü ildə vəfat etmişdir. Əmirin əvvəlki ailəsindən də üç övladı olmuş, Eynulla adlı övladı 2013-cü ildə vəfat etmişdir. Mərhum əri hələ sağlılığında övladları arasında heç bir vəsiyyətnamə olmadan əmlak bölgüsü aparmış, öz ata yurdundan qalan hissəni Eynulla adlı övladına vermiş, özü isə həmin həyətdən və evdən köçərək həyətyanı torpaq sahəsi alıb ev tikmişdir. Mərhum ərinin birinci nikahından olan digər oğlu, cavabde X6 isə hazırda yaşadıqları damın altında olan evlərdən birində ailəsi ilə yaşamağa başlamışdır. Həyətyanı torpaq sahəsindən ona həmçinin kifayət qədər ölçüdə torpaq sahəsi də verilmişdir. Bu münvalla yaşayışları davam etmişdir. Sonradan övladlıq və ailə münasibətlərinin olmasını nəzərə alaraq Dəmirə yaşadıqları evdən müəyyən kvadratda sahəsinin verilməsinə etiraz etməmişdir. Bütün bunların müqabilində isə Dəmir ona ana münasibəti göstərməmiş, əksinə ona və övladlarına soyuq münasibət bəsləmişdir. Dəfələrlə miras əmlaka dair qarşılıqlı razılıq əldə olunmasını təklif etməsi isə tam faydasız olmuşdur. Aralarında heç bir razılıq əldə olunmadığı üçün evin dam örtüyünü və dam hissəni təmin edə bilməmişlər. Dəmirin isə həmin həyətdən alt hissədə yerləşən və mərhum əri tərəfindən bölgüsü aparılmış torpaq sahəsində təzə tikilmiş fərdi yaşayış evi vardır. Buna baxmayaraq sonuncunu həmin evə köçməyə heç cür razı sala bilməmişlər. Buna görə də, yaranmış vəziyyəti nəzərə alaraq, əri X2 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin işlənib hazırlanması üçün notariat orqanına müraciət etmiş, müraciətləri əsasında vərəsəlik işi açılmış və vərəlikdən sonra paylarına düşən hissəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli çıxarış almışlar. Çıxarış 18 fevral 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər isə bundan istifadə etməyə başlamışlar. Onlar evlərini, yəni paylarına düşən ev sahəsinin içindən istənilən kimi keçməklə istifadə etməyə başlamışlar. Bir sözlə, mülkiyyətlərindəki miras payından lazımı qaydada istifadə etməklərinə açıq-aşkar maneələr yaratmağa başlamışlar. Qətnamə icra olunan zaman qanunun onların tərəflərində olduğunu deyən icra məmurları isə bir gün sonra əvvəlki fikirlərini heç dilə gətirməmiş və yuxarıda qeyd etdikləri kimi hərəkətlər edərək qətnaməni öz istədikləri kimi, bir növ cavabdehlərin istəklərinə uyğun icra etmişlər. Nəticədə miras əmlakdan lazımı qaydada istifadələrinə cavabdehlər tərəfindən maneələrin törədilməsinə icra məmurları münbit şərait yaratmışlar. Bununla da hüquqları məhdudlaşdırılmışdır. Dəfələrlə bu barədə icra məmurlarının qəbullarında olmaqla etiraz etməklərinin isə heç bir faydası olmamışdır. İcra məmurları cavabdehlərin vəkilləri funksiyalarını yerinə yetirməklə onlara hüquqlarını izah etməklə kifayətlənmiş, cavabdehlərin maneəçilik hərəkətlərinə göz yummuş, bu maneələrin aradan qaldırılması üçün yenidən məhkəməyə iddia qaldırmalı olduqlarını bildirmişlər.Cavabdehlərin isə belə hərəkətləri hazıda da davam olunur. Buna görə də, məhkəməyə belə bir iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Həmin çıxarışa görə onun, X4, İddiaçı2 hər birinin fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən 6/25 hissədə, X1 isə torpaq sahəsindən 5/25 hissədə payları müəyyən edilərək mülkiyyətlərinə verilmişdir. Cavabdeh isə fərdi yaşayış evindən 2/5, torpaq sahəsindən isə 2/25 hissədə pay müəyyənləşdirilmişdir. Odur ki, yaşayış evindən və torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərindən həmin əmlaklardan paylarının naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışlar. Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(025)-103/2017 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Adı çəkilən qətnamə ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınma əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 (ev 1/5, torpaq 6/25), X4 (ev 1/5, torpaq 6/25), İddiaçı2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 (torpaq 5/25) və Cavabdeh1 (ev 2/5, torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən onların (İddiaçı1, X4, İddiaçı2 və İddiaçı3) birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixl 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən 3/5 hissədə paylarının ayrılması üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 m2 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən 23/25 paylarının ayırmaq üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhəddində bitişik ikinci sərhəd hasarının çəkilməsi qət edilmişdir. Qətnamədən cavabdeh və onun nümayəndəsi Cavabdeh2 apellyasiya və kassasiya şikayətləri təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna görə də qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamə icra olunan zaman Cavabdeh1 və onun nümayəndəsi Cavabdeh2 qətnamənin icrasına maneəçilik törətmək və hər vədlə qətnamənin icrasından yayınmaq, məqsədlərinə nail olmamaqları üçün müxtəlif məhkəmələrdə onlara qarşı müxtəlif iddialar qaldıraraq vaxt əldə etmişdir. Bütün bunların bir nəticəsi olmamış, sonra haqq və ədalət yerini tapmışdır. Yəni, qətnamə Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən icra edilmişdir. Qətnamə icra edilən zaman icra məmurları əsassız olaraq bölüşdürülən, yəni naturada paylarının müəyyən olunmasını nəzərdə tutan, adı çəkilən qətnamədə cavabdehə payından istifadə olunması ilə bağlı qaydalar müəyyən olunmadığını bəhanə edərək onun payına düşən ev və torpaq sahəsinə giriş çıxışlar, qapı qoymamış və yol yeri müəyyən etməmişlər. Məhkəmənin 29.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və rəy alınadək iş üzrə icraat dayandırılmışdır. 23.11.2021-ci il tarixdə Azərbaycan Respublikası “Məhkəmə Ekspertizası Mərkəzi”nin 28 oktyabr 2021-ci il tarixli, 10/3451 saylı rəyi mülki işlə birlikdə məhkəməyə daxil olmuş və məhkəmənin 23.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. 01.12.2021-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, mübahisənin məhkəmədən kənar həllinə nail olmaq məqsədilə mülki işin işin baxılmamış saxlanılmasını, iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmalısını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddiaçılarla məhkəmə mübahisələrindən artıq yorulduqlarını, bu işlərə son qoymalarını bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. İddiaçılara və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə iddiaçıların və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların ərizələrini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-748/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-748/2021
01.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver