Məhkəmə qərarları › İş №2(025)-748/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-748/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-748/2024 02.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı“ dəymiş zərərin əvəzinin ödənilməsi tələbi” nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh 844,98 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 20 000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək müddət ərzində Əlavə Kredit müqaviləsi bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli Əlavə Kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 33% ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə ona faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq mənimlə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən mən kredit alanın öhdəliklərinin tam həcmdə yernə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərimə götürmüşdüm. Belə ki, Əsas Kredit Müqaviləsinin 1.7-ci bəndinə əsasən "Zamin" və "Borcalan"ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə "Borcverən" qarşısında "Borcalan" ilə birgə məsuliyyət daşıyır. Lakin, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Nəticədə borcalanın xx.xx.2015-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 700,58 manat əsas, 75.07 manat faiz və 49,33 manat cərimə olmaqla cəmi 824,98 manat borcu yaranmışdır. Buna görə də kreditor məhkəməyə müraciət edərək, borclular Cavabdeh Cəlal oğlundan və ondan müştərək qaydada 700,58 manat əsas, 75.07 manat faiz və 49,33 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20manat pulun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(025)- 1324/2015 saylı məhkəmə əmrinə əsasən borclular xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və xx.xx.1986-cı ildə Zəngilan rayonunda anadan olan, Zəngilan rayonu Rəzdərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 1- Politexnik İnstitunun yataqxanasında yaşayan İddiaçı müştərək qaydada kreditor Şəki şəhəri, M.Ə. Rəsulzadə pr-ti, 160 A ünvanda yerləşən "xxxx" Kommersiya Bankının xeyrinə 700,58 manat əsas, 75,07 manat faiz və 49,33 manat cərimə olmaqla, cəmi 824,98 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Sonradan Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(025)- 1324/2015 saylı məhkəmə əmri icraata yönəlmişdir. Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(025)-1324/2015 saylı icra sənədi rəsmi işlədiyi SOCAR-a məxsus olan "Neftqaztikinti" trestinə yönləndirilmişdir. Beləliklə, 2023-cü ilin iyun ayından başlayaraq 2023-cü ilin noyabr ayına qədər məvacibindən ümumilikdə 844,98 manat rəsmi olaraq tutulmuşdur. Bununla bağlı rəsmi iş yeri SOCAR-a məxsus olan "Neftqaztikinti" tresti tərəfindən 17 yanvar 2024-cü il tarixli, № 14-2-14/2-99/2024 saylı arayış verilmişdir. Hal-hazırda "xxxx" ASC-yə hər hansı bir borcu qalmamışdır, zamin olaraq bz öhdəliyini yerinə yetirmişdir. Hətta bununla bağlı "xxxx" ASC tərəfindən "Kredit borcunun bağlanması haqqında" 19 aprel 2024-cü il tarixli, № BOA-4635 saylı maliyyə arayış da verilmişdir. Hazırdaməcburqalıbməhkəməyəmüraciətedir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, həyat yoldaşının xəstəliyi və işi səbəbindən məhkəmə iclarında iştirak edə bilməyəcəyini, işdə olan sübutları əsas tutaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-1324/2015 nömrəli məhkəmə əmrindən müəyyən olunur ki, Borclular xx.xx.1970-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh Cabrail oğlundan və xx.xx.1986-ci ildə Zəngilan rayomında anadan olan, Zəngilnn rayon, Rəzdərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçasi, 1- Politexnik institunun yataqxanasında yasayan İddiaçı müştərək qaydada kreditor Şəki şəhəri, M.Ə.Rəsulzadə pr-ti, 160 üvanda yerlaşən "xxxx" Kommersiya Bankının xeyrinə 700,58 (yeddi yüz manat əlli səkkiz qəpik) manat əsas, 75,07 (yetmiş beş manat yeddi qəpik) manat faiz və 49,33 (qırx doqquz manat otuz üç qəpik) manat cərimə olmaqla, cəmi 824,98 (səkkiz yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi (ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vasaiti tutulması əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “NeftQazTikinti” Tresti tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli “əmək haqqından tutulmalar haqqında” arayışdan göstərilmişdir ki, “Neftqaztikinti" trestinin Anbar Təsərrüfat bölümünün baza 2 sahəsində 4-cü dərəcəli gözətçi peşəsində işləyən borclu İddiaçı iyun 2023-cü il tarixindən Noyabr 2023-cü il tarixinədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qəbələ rayon məhkəməsinin xx.xx.2015-cı il tarixli 2(025)- 1324/2015 saylı icra sənədinə əsasən "xxxx" KB ASC-nin xeyrinə ümumilikdə 844,98 (səkkiz yüz qırx dörd manat doxsan səkkiz qəpiz) manat tutulmalar aparılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı və Cavabdeh ünvanlanmış 19 aprel 2024-cü il tarixli, 4635 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-1324/2015 saylı icra sənədinə əsasən 824,98 AZN məbləğində kredit borcu və 20,00 AZN məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. Hazırda 1965micAHM/14 saylı kredit müqaviləsi üzrə heç bir məbləğdə kredit borcu və öhdəlik qalmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinin tələbinə görə, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-1324/2015 nömrəli məhkəmə əmrindən müəyyən olunur ki, borclular İddiaçı və Cavabdeh cəmi 824,98 (səkkiz yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Ona görə də iddiaçı həmin vəsaiti reqres qaydada cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə işin hallarını, təqdim edilmiş sübutları, nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərdövlət rüsumu ödəməkdən azad olunurlar. İş materillarından görünür ki, İddiaçı məcburi köçkün olmaqla dövlət rüsumundan azaddır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, qiymətləndirilən iddia tələbinə uyğun olaraq 30 manat dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 844,98 (səkkiz yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat məbləğində maddi ziyan alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 844,98 (səkkiz yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat məbləğində maddi ziyan alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar