Məhkəmə qərarları › İş №2(025)-752/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-752/2021

24.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-752/2021 24.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Dızaxlı Bələdiyyəsinin sədri X1 və Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Dızaxlı Bələdiyyəsinə və Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı "su arxının əvvəlki vəziyyətə gətirilməsi, su arxının hasardan kənara çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Su arxının cavabdeh tərəfindən əvvəlki qaydaya salaraq aşağı istifadəçilərə şərait yaratması. 2. Həmin su arxının qanunda nəzərdə tutulmuş 2 metr məsafə ilə hasardan kənara çıxarılması. 3. Onlara gələn maddi ziyanın onun təqsirli hərəkəti nəticəsində quruyan ağaclar və əkin sahəsi. 4 Mənəvi ziyana gəldikdə bələdiyyə, polis və icra və Məhkəmə yolunda qoyulan xərc cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, sovet vaxtı kənd təsərrüfatı təyinatlı istifadə olunan kiçik su arxı Sovet dağılandan sonra torpaq islahatı zamanı Cavabdeh torpağının baş hissəsinədək keçərək, aşağıda adları çəkilən şəxslərin kənd təsərrüfatı təyinatlı suvarma arxı cavabdeh tərəfindən doldurulmuş və indiki halda nə kənd təsərrüfatı və həyətyanı suvarılması mümkün olmadığından onlar aşağı istifadəçilərə maddi ziyan vurmuşdur. Torpaq islahatı gedən zaman torpaq islahatı komissiyası tərəfindən həmin aşağı istifadəçiləri nəzərə alaraq həmin su arxı Cavabdeh kənd təsəürrüfatı təyinatlı torpağına salınmamış həmin su arxı hesab edir ki, həmin arxdan iki metr məsafə saxlanaraq aşağı istifadəçilərin istifadəsi nəzərə alınmışdır. İkram isə nəzərə alınmamasını iddia edir. Hesab edir ki, torpaq islahatı vaxtı o, torpaq islahatı komissiyasına müraciət edib həmin vaxt torpaq islahatı komissiyası tərəfindən saxlanmaması barədə əlində əsas olmalıdır ki, həqiqətən o, bildirib su arxı saxlanılmamışdır. Belə ki, Cavabdeh tutduğu hərəkət Mülki Məcəllənin 506-cı maddəsinə əsasən hüququndan sui istifadənin qadağan edilməsi 506.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. O, Qəribov X4 İkram Şaban oğlunun hərəkətindən Dızaxlı kənd İcra Hakimiyyətinin nümayəndəsinə, həmin kəndin sahə polisinə və bələdiyyə sədrinə, Rayon İcra Hakimiyyətinə müraciət etmişəm və son nəticə mübahisəli məsələ olduğundan Məhkəməyə müraciət edilməsi bildirilmişdir. 17 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında Qəbələ rayon Dızaxlı Bələdiyyəsi və Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının qardaşı 2012-2013-cü illərdə gəlib Rasim adlı şəxsdən torpaq sahəsi almışdırş. Həmin torpaq sahəsi ilə onun torpaq sahəsi arasında çəpər mövcud olmuşdur. İddiaçının qardaşı həmin çəpəri dağıtmış, bu səbəbdən sahəyə heyvanlar girərək dağıdırdı. İddiaçı özü isə həmin vaxtı Bakıda idi. İddiaçı bir gün öz həmin həyətdə quyu qazıb torpağını onun həyətindəki arxa tökmüş, arxı doldurmuşdur. Bu məsələ ilə bağlı Polis və Prokurorluq orqanlarında olmuşlar. Həmin arxı özü 3000 manat xərcləyərək sonradan çəkmişdir. İddiaçı və qardaşı da həmin arxdan istifadə edirdilər. Digər tərəfdən də suvarma arxı mövcuddur. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Qəbələ rayon Dızaxlı Bələdiyyəsinin sədri X3 iddianı qəbul etməyərək göstərdi ki, hazırki iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində iddaçı İddiaçı heç bir istifadə, mülkiyyət və sərəncam hüququ yoxdur. İddaçı İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair hər hansı hüquqi sənədi yoxdur. İddiaçının mübahisələndirdiyi su arxı Dızaxlı kəndinin həmin ərazisinin ümumi arxıdır və ətrafda yaşayan kənd sakinləri, həmçinin Cavabdeh həmin arxdan özlərinə su çəkmişlər. Cavabdeh hər hansı su arxını qanunsuz olaraq bağlamamışdır. İddiaçının tələbi tamamilə əsassızdır. İddiaçının hazırda istifadəsində olan və su arxı çəkdirmək istədiyi torpaq sahəsi qanuna müvafiq qaydada sənədləşdirilərsə onlar həmin sahəyə müraciət olunarsa su arxı çəkə bilərlər. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi X6 iddianı qəbul etməyərək göstərdi ki, su arxının keçdiyi Qəbələ rayon Dızaxlı kəndində yerləşən mübahisəli torpaq sahəsi üzərində iddaçı İddiaçı heç bir hüququ yoxdur. İddiaçı məhkəməyə təqdim etdiyi JN-104 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə iddaçı İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 2.01 ha torpaq sahəsi ilə hazırki iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ayrı-ayrı sahələrdir. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququna dair hər hansı hüquqi sənədi yoxdur. İddiaçı və qardaşı dediklərinə görə torpaq sahəsini satın alsalar da, həmin sahə üzrə nə rüsum nə də vergi ödənilməmişdir. İddiaçının Cavabdeh açılmasını tələb etdiyi su arxı cavabdehin özü tərəfindən ümumi su arxından çəkilmişdir. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İşdə olan JN-104 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.01 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Dızaxlı Bələdiyyəsi tərəfindən 24 iyun 2021-ci il tarixdə verilmiş 49 saylı arayışdan görünür ki, Qəbələ rayon Dızaxlı kənd sakini İddiaçı iddia etdiyi ərazi ona məxsus deyil və heç bir hüquqi sənədi yoxdur. İşdə olan Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 24 iyun 2021-ci il tarixdə verilmiş 95 saylı arayışdan görünür ki, İddiaçı iddia etdiyi ərazi ona məxsus deyil və heç bir hüquqi sənədi yoxdur. Məhkəmə iddiaçının “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsinə” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayonu, Dızaxlı kəndində ümumi su arxı mövcuddur və kəndin başında yerləşir. Cavabdeh həmin ümumi su arxından öz torpaq sahəsinə digər qonşuları kimi su çəkmiş və həmin sudan istifadə edir. Hazırda iddiaçı cavabdehin ümumi su arxından öz torpaq sahəsinə çəkdiyi su arxından istifadə edə bilmədiyi üçün məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, işin faktiki hallarından təsdiq olundu ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyil, bu barədə hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Dızaxlı Bələdiyyəsinə və Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı "su arxının əvvəlki vəziyyətə gətirilməsi, su arxının hasardan kənara çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Dızaxlı Bələdiyyəsinə və Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı "su arxının əvvəlki vəziyyətə gətirilməsi, su arxının hasardan kənara çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar