Məhkəmə qərarları › İş №2(025)-752/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-752/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-752/2023 14.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim isayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia üzrə, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4240 manat, məhkəməyə müraciəti ilə əlaqədar olaraq ödənilmiş 70.40 manat, cərimələrə görə 209,20 manat, ümumi olaraq 4519,60 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Lökbatan-Qobu yolunda Cavabdeh ona məxsus olan və etibarnamə əsasında idarə edilməsi üçün istifadəsinə verilmiş “Mercedec Benz C220” markalı, “10TT471” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsi ön hissədən ciddi zədələnmiş, bununla da ona maddi ziyan dəymişdir. Bundan başqa o, nəqliyyat vasitəsini idarə etdiyi müddətdə yol-hərəkət qaydalarını pozmuş, lakin pozuntulara əsasən nəqliyyat vasitəsinin üzərinə-qoyulmuş cərimələri belə ödəməkdən boyun qaçırmışdır. Cərimələrin ümumi məbləği 209.20 AZN təşkil etmişdir. Cavabdeh baş vermiş hadisə nəticəsində vurduğu maddi ziyan və onun məbləği ilə əvvəlcə razılaşsa da, daha sonrakı hərəkət və hərəkətsizlikləri ilə dəymiş maddi ziyam ödəməkdən birmənalı şəkildə imtina etmişdir. Ona məxsus avtomobilə keçirilmiş baxış nəticəsində “Müstəqil Ekspert” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Qüsur aktı”na əsasən dəymiş ziyanın ümumi məbləği 4240 (dörd min iki yüz qırx) manat miqdarında müəyyən edilmişdir. Qeyd etdiyi kimi cavabdeh öz hərəkət və hərəkətsizlikləri ona dəymiş maddi ziyanı könüllü olaraq ödəmir. Buna görə də cavabehin mülki hüquq pozuntusu yaratmış əməlindən, belə əməlin qüvvədə qalmasına xidmət edən qanunsuz hərəkət və hərəkətsizliklərindən məhkəmə müdafiəsini zəruri sayaraq hesab edir ki, ona dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4800 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə tanış olarkən onun tərəfindən işin faktiki hallarının qeyri-obyektiv, həqiqətə uyğun olmayan halda qeyd edildiyi aşkar olunmuşdur. Belə ki, 2022-ci ilin aprel ayında İddiaçıla aralarındakı şifahi razılıq əsasında ona məxsus “Mersedes-Benz” C220 markalı **-TT-*** dövlət nömrə nişanlı (bazar dəyəri təxmini 7500-8000 manat olan) avtomobili 15000 manata almışdır. Razılığa əsasən avtomobilin dəyərinin hər ay 500 manat olmaqla 30 ay müddətində ödəyib başa çatdırmasını öhdəsinə götürmüşdür. Avtomobili müddətli kreditlə aldığına görə İddiaçı avtomobilin dəyərindən artıq ödəməyə razılıq vermişdir və bu razılıq hər iki tərəfin iradə ifadəsi olmuşdur. Avtomobili almaq üçün ilkin olaraq İddiaçı 1000 manat nəğd ödəmişdir. Bunun müqabilində İddiaçı ona avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Avtomobilin onun adına sənədləşdirilməsi isə nəzərdə tutulan pul məbləği tam ödənildikdən sonra baş tutmalı idi. Bundan sonra İddiaçı təqdim etdiyi bank kartları üzrə hesabına müxtəlif vaxtlarda əlavə olaraq cəmi 3500 manat pul köçürmüşdür. 11 dekabr 2022-ci il tarixdə avtomobili idarə edərkən yol nəqliyyat qəzası törətmiş və nəticədə avtomobilə maddi zərər dəymişdir. Avtomobili təmir etdirmək üçün ustaya göstərmiş və hesablama zamanı zədələnmiş ehtiyat hissələrinin dəyərinin 1600 manat, usta işlərinin isə 800 manat təşkil etməsi müəyyən olmuşdur. İddiaçıla danışıb avtomobilin təmirinin başa çatana kimi ona ödənilməli pul məbləğinin güzəşt edərək möhlət verməsini xahiş etsə də o, buna razı olmamış, aralarındakı razılığa əməl etməyərək etibarnaməni birtərəfli qaydada pozub avtomaşını ondan almışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində, o, iddiaçı qismində iştirak etdiyi mülki iş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştitrakı olmadan keçirilməsini, iş üzrə təqdim edilmiş sübutlar, ekspert rəyi nəzərə alınmaqla yekun iddia tələbinin təmin edilməsi,qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qanuni və ədalətli qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələblərini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 21.1-ci massədinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəyə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri 22 saylı notariat ofisində 17 aprel 2022-ci il tarixdə 7E-3381 nömrəli reyestrdə qeydə alınmış “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə”nin surətindən görünür ki, İddiaçı ona məxsus “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək səlahiyyətini 11 ay 28 gün müddətinə Cavabdeh vermişdir. İşdə olan Abşeron RPİ DYPŞ-nin TTÜİ polis leytenantı Rahim Abdalovun xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli “ Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışının surətindən göründüyü kimi xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Lökbatan-Qobu yolunda Cavabdeh yol-nəqliyyat hadisəsininin iştirakçısı olduğu qeyd edilməklə “Mercedec Benz C220” markalı, “10TT471” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsinin zədələndiyi göstərilmişdir. İşdə olan fiziki şəxs X1 (VÖEN **********) müstəqil ekspert olaraq xx.xx.2023-cü il tarixdə tərtib etdiyi qüsur aktında “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün ehtiyat hissələrinin 2,540.00 manat, təmir işlərinə görə 1,700,00 manat olmaqla cəmi 4,240.00 manat pul vəsaitinin tələb edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4638 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1500,00 manat olmaqla) müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin (“Leobank”ın) xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh ödəyici olaraq qəbul edən kimi “Kapital Bank” qeydi olan (göstərilən) 416974****3381 nömrəli kartına “şəxsi vəsaitlərin çıxarılması” köçürülmənin təyinatı qeyd olunduğu qəbzlə 100.00 manat ödəniş etmişdir. İşdə olan "xxxx" ASC-nin (“Leobank”ın) xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh ödəyici olaraq qəbul edən kimi “Yusifli Z” qeydi olan (göstərilən) 409858****2528 nömrəli kartına “şəxsi vəsaitlərin çıxarılması” köçürülmənin təyinatı qeyd olunduğu qəbzlə 200.00 manat ödəniş etmişdir. İşdə olan "xxxx" ASC-nin (“Leobank”ın) xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh ödəyici olaraq qəbul edən kimi “Azərbaycan Beynəlxalq Bankı” göstərilən 412720****2624 kartına “şəxsi vəsaitlərin çıxarılması” köçürülmənin təyinatı qeyd olunduğu qəbzlə 260.00 manat ödəniş etmişdir. İşdə olan "xxxx" ASC-nin (“Leobank”ın) xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh ödəyici olaraq qəbul edən kimi “Kapital Bank” qeyd olunan (göstərilən) 416974****3381 nömrəli kartına “şəxsi vəsaitlərin çıxarılması” köçürülmənin təyinatı qeyd olunduğu qəbzlə 150.00 manat ödəniş etmişdir. İşdə olan "xxxx" ASC-nin (“Leobank”ın) xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh ödəyici olaraq qəbul edən kimi “Məmmədkərim K” qeyd olunan (göstərilən) 409858****6332 kartına “şəxsi vəsaitlərin çıxarılması” köçürülmənin təyinatı qeyd olunduğu qəbzlə 100.00 manat ödəniş etmişdir. İşdə olan "xxxx" ASC-nin (“Leobank”ın) xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh ödəyici olaraq qəbul edən kimi “Baba D” qeyd olunan (göstərilən) 409858****7533 kartına “şəxsi vəsaitlərin çıxarılması” köçürülmənin təyinatı qeyd olunduğu qəbzlə 50.00 manat ödəniş etmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri 22 saylı notariat ofisində 17 aprel 2022-ci il tarixdə 7E-3381 nömrəli reyestrdə qeydə alınmış “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə” ilə İddiaçı ona məxsus olan “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək səlahiyyətini 11 ay 28 gün müddətinə Cavabdeh vermişdir. Fiziki şəxs X1 (VÖEN **********) müstəqil ekspert olaraq xx.xx.2023-cü il tarixdə tərtib etdiyi qüsur aktında Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün tələb olunan ehtiyat hissələrinin 2,540.00 manat, təmir işlərinə görə 1,700,00 manat olmaqla cəmi 4,240.00 manat pul təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4638 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə görə yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1500,00 manat) müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4240 manat, məhkəməyə müraciəti ilə əlaqədar olaraq ödənilmiş 70.40 manat, cərimələrə görə 209,20 manat, ümumi olaraq 4519,60 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4638 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1500,00 manat) təşkil etdiyi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə görə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən) məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən (Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən) həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin mövcud hallarını və təqdim edilən sübutları, eləcə də ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) olduğundan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1500,00 manat) manat alınaraq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. İlkin iddiaçı cərimələrə görə 209,20 manat pulun Cavabdeh alınıb ona verilməsini tələb etsə də iddia tələbinin əsasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 4800 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etsə də iddia tələbinin istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində 2022-ci ilin aprel ayında İddiaçıla aralarındakı şifahi razılıq əsasında “Mersedes-Benz” C220 markalı **-TT-*** dövlət nömrə nişanlı (bazar dəyəri təxmini 7500-8000 manat olan) avtomobili 15000 manata aldığını, həmin razılığa əsasən avtomobilin dəyərinin hər ay 500 manat olmaqla 30 ay müddətində ödəyib başa çatdırmasını öhdəsinə götürdüyünü, avtomobili almaq üçün ilkin olaraq İddiaçı 1000 manat məbləğində nəğd ödəniş etdiyini göstərsə də sadalanan bu hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun təqdim etdiyi bank kartları üzrə hesablara müxtəlif vaxtlarda ödənişlər etməsinə dair bank qəbzlərindən isə ödənişlərin nə məqsədlə və kimə ödənildiyini müəyyən etmək mümkün olmur. Bundan savayı da qəbzlərdə ödənişi qəbul edən İddiaçı deyil, başqa şəxslər qeyd olunmuşdur. Buna görə də məhkəmə Cavabdeh İddiaçı müxtəlif kart hesabları ilə “Mersedes-Benz” C220 markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobilə görə ödənişlər etməsinə dair izahatına tənqidi yanaşır və hesab edir ki, Cavabdeh bununla avtomobilə vurduğu maddi zərəri ödəməkdən yayınmaq məqsədi ilə bu cürə fikirlər səsləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iikin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3760 (üç min yeddi yüz altmış) manat və ödənilmiş 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutulmalı, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia ərizəsi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iikin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3760 (üç min yeddi yüz altmış) manat və ödənilmiş 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Müiki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyəmminir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar