Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-754/2020 30.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı X1 nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə 5.444,94 (beş min dörd yüz qırx dörd manat doxsan dörd qəpik) manat əsas borc, 444,67 (dörd yüz qırx dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 5.889,61 (beş min səkkiz yüz səksən doqquz manat altmış bir qəpik) manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Ağdaş” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********50 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 5,600 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Hazırda cavabdehin BPM**********50 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixinə 5.444,94 (beş min dörd yüz qırx dörd manat doxsan dörd qəpik) manat əsas borc, 444,67 (dörd yüz qırx dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 5.889,61 (beş min səkkiz yüz səksən doqquz manat altmış bir qəpik) manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək və eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək göstərdi ki, onunla iddiaçı «İddiaçıSC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 20 faizlə 48 ay müddətə 5.600 manat məbləğində kredit verilmişdir. Bankdan kredit götürdüyü vaxt Beynalxalq hava limanında işləmiş, lakin bir müddət sonra işdən çıxarılmış və bu səbəbdən borcunu ödəyə bilməmişdir. Borc öhdəliyindən yayınmır və avqust ayından etibarən ödənişlərini edəcəkdir. Məhkədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavadehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan BPM**********50 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh şəxsi məqsədlər üçün illik 20 faizlə 48 ay müddətə qaytarmaq şərti ilə 5.600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.2-ci bəndində görə, kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan BPM**********50 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 5.250 manat məbləği illik 20 %-lə, 48 ay müddətinə aylıq 170,5 manat, sonuncu ay isə 163,98 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin xəzinadarlığından 5.544 manat məbləğində kredit vəsaiti verilmişdir. İşə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 5.444,94 manat əsas, 444,67 manat faiz, cəmi 5889,61 manat məbləğində kredit borcu vardır. İşdə olan xx xxx 2020-ci il tarixli «Xəbərdarlıq»dan görünür ki, Cavabdeh kredit üzrə gecikdirilən əsas və hesablanmış faiz borcunun 3 gün müddətində ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC-dən 5.600 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.». Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-yə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, bu məqsədlə borcluya xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tələb olunan vaxt ərzində icrası yarımçıq qalmış öhdəliyi icra etməmişdir. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 5.444,94 manat əsas, 444,67 manat faiz, cəmi 5.889,61 manat məbləğində kredit borcunun tutulmasını əsaslı sayır. Beləliklə, məhkəmə iddianı əsaslı sayıb, Cavabdeh 5.444,94 manat əsas, 444,67 manat faiz, cəmi 5.889,61 manat məbləğində kredit borcunun tutulması qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı X1 xeyrinə 5.444,94 manat əsas və 444,67 manat faiz, cəmi 5.889,61 (beş min səkkiz yüz səksən doqquz manat altmış bir qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflər rəsmi qaydada təqdim edildliyi gündən Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir ay) müddətinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-754/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-754/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver