Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-757/2020 31.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı Ekologiya və X4 6 saylı Regional Ekologiya və X5 nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və X4 6 saylı Regional Ekologiya və X5 Cavabdeh qarşı "ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Ekologiya və X4 6 saylı Regional Ekologiya və X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41 manat 44 qəpik maddi ziyan məbləğinin alınaraq X7 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu ildə Ekologiya və X2ynar xəttinə daxil olmuş müraciətlə bağlı Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində araşdırma aparımışdır. Araşdırma zamanı Qəbələ rayonu, Nic qəsəbəsi sakini Cavabdeh tərəfindən qanunsuz kömür hazırlanması faktı aşkar edilmişdir. Faktla bağlı təbiətə dəymiş ziyan 41,44 (qırx bir manat 44 qəpik) manat hesablanmışdır. Vurulmuş ziyan qanunvericiliyə əsasən X7 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. xx.xx.2019-cu il tarixdə cavabdehdən meşə fonduna dəymiş ziyanı ödəmək tələb edilsə də, heç bir nəticə olmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Məhkəmə iclasında iddiaçı Ekologiya və X4 6 saylı Regional Ekologiya və X5 nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, qeyd olunan ərazidə quyu mövcud olub, lakin həmin quyu boş olmuşdur. Ətrafında olanlar isə fındıq ağacının şaxları idi. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Ekologiya və X4 6 saylı Regional Ekologiya və X8 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş 51474 saylı Aktdan görünür ki, aparılmış reyd zamanı Cavabdeh tərəfindən qanunsuz kömür hazırlanması faktı aşkar edilmişdir. İşdə olan həcm-qiymət cədvəlindən görünür ki, X7 üzrə Dövlət Fonduna zərərin Cavabdeh tərəfindən vurulması aşkar edilmiş, zərərin məbləği hesablanmış, müvafiq rəsmiləşdirmə və hesablama aparıldıqdan sonra X7 üzrə Dövlət Fonduna 41 manat 44 qəpik dəyərində zərərin vurulması müəyyən edilmişdir. İşdə olan Ekologiya və X4 6 saylı Regional Ekologiya və X8 tərəfindən Cavabdeh ünvanlanmış 49 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, cavabdehə xx xxxxxx 2019cu il tarixli, 51474 saylı Akt əsasında hesablanmış 41 (qırx bir) manat 44 (qırx dörd) qəpik məbləğində vurulmuş zərərin ödənilməsi barədə xəbardarlıq edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin kömür basması hazırlanmasında təqsirli olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Cavabdeh tərəf daha az zərər vurulmasına dair hər hansı sübut təqdim etməmiş, müvafiq ekspertizaların keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 41 (qırx bir) manat 44 (qırx dörd) qəpik məbləğində vurulmuş zərər Cavabdeh X7 üzrə Dövlət Fondunun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. 41 (qırx bir) manat 44 (qırx dörd) qəpik məbləğində vurulmuş zərər Cavabdeh X7 üzrə Dövlət Fondunun xeyrinə tutulsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-757/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-757/2020
31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver