Məhkəmə qərarları › İş №2(025)-758/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-758/2020

30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-758/2020 30.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh təbiətə vurulmuş 62,16 (altmış iki manat on altı qəpik) manat məbləğində maddi ziyanın X5 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixində idarənin əməkdaşları tərəfindən reyd keçirilmişdir. Reyd zamanı ünvan 1 Cavabdeh tərəfindən qanunsuz odun tədarük olunması faktı aşkar edilmişdir. Faktla bağlı təbiətə dəymiş ziyan 62,16 (altmış iki manat on altı qəpik) manat hesablanmışdır. Beləliklə, vurulmuş ziyanın qanunvericiliyə əsasən X5 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. xx.xx.2019-cu il tarixində qanunpozan Cavabdeh 62,16 (altmış iki manat on altı qəpik) manat məbləğində ziyanın X5 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq ziyanın ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 2018-ci ilin noyabr ayında odun kəsmək üçün bilet almışdır. Hazırda həmin bileti harda qoyduğunu bilmir. Meşə idarəsindən və dağdan həyətinə odun gətirmişdilər. Lakin onların kimliyini demək istəmir. 2019-cu ilin mart ayında isə Ekologiya idarəsinin əməkdaşları tərəfindən onun həyətində olan odunların şəkli çəkilmiş və akt tərtib edilmişdir. Cəriməni ödəməyə imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İddiaçı tərəfindən ünvan 1 Cavabdeh ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 151 nömrəli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 62,16 (altmış iki manat on altı qəpik) manat məbləğində maddi ziyanın 10 gün müddətinə Azərbaycan Respublikası İddiaçı bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan X7 hesablanması cədvəlindən görünür ki, X7 miqdarı 62,16 (altmış iki manat on altı qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan xx xxxx 2020-ci il tarixli, 51910 nömrəli aktdan görünür ki, yoxlama aparılarkən Qəbələ rayonu Tikanlı kəndində Cavabdeh məxsus ünvanda sənədsiz gətirilmiş odun aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 636 saylı qərarı ilə təsdiq edilmiş “X7 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 62,16 (altmış iki manat on altı qəpik) manat məbləğində maddi zərər tutulub X5 üzrə Dövlət Fonduna ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar