Məhkəmə qərarları › İş №2(025)-760/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-760/2020

14.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-760/2020 14.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Hüseynova (Süleymanova) Gülyaz Allahverən qızının iştirakı ilə İddiaçılar İddiaçı1 və Hüseynova (Süleymanova) Gülyaz Allahverən qızının cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2nə qarşı “mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçılar İddiaçı1 və Hüseynova (Süleymanova) Gülyaz Allahverən qızı cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2nə qarşı “mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 x1 və Cavabdeh2ndən mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar 0,50 ha torpaq sahəsinə görə 50.000 (əlli min) manat məbləğində kompensasiya, 7.200 (yeddi min iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57.200 (əlli yeddi min iki yüz) manat məbləğində dəymiş ziyanın tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iddiaçı Hüseynova (Süleymanova) Gülyaz Allahverən qızı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçı1 və cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1 və cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə İddiaçı1 və cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Hüseynova (Süleymanova) Gülyaz Allahverən qızının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara a l d ı: İddiaçı Hüseynova (Süleymanova) Gülyaz Allahverən qızının ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və Hüseynova (Süleymanova) Gülyaz Allahverən qızının cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2nə qarşı “mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar