Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-765/2022 07.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 277 (iki yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub X6 Təsərrüfatı Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 36 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə Mərkəzin Alıcanlı meşəbəyliyinin 4 saylı dolayın 12-ci kvartalında yoxlama apararkən Qəbələ rayon Qəmərvan kənd sakini Cavabdeh məxsus malqarasını X4 sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Nümayəndə1 barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Nümayəndə1 hüquqazidd hərəkətləri nəticəsində X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 277 (iki yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2021-ci il tarixli 894 nömrəli məktubla vurduğu zərərin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı təşkilat ona və oğluna şər atmaqdadır. Oğlu meşə fonduna heç bir ziyan vurnanışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X1 şahid qismində verdiyi izahatında göstərmişdir ki, əvvəl Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzində mühafizə yegeri işləmiş və hal-hazırda pensiyaya çıxmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzi tərəfindən meşə fonduna aid torpaq sahəsində “Nar-aqro” bağları salınmışdır. Həmin bağlarla ilə Cavabdeh heyvanlarını otardığı sahə arasında təxminən 3 km məsafə vardır. Cavabdeh dəfələrlə məlumat verilmiş ki, heyvanları bağ sahəsinə salmasınlar, lakin nəticəsi olmamışdır. Nar bağlarına heyvanlarını salaraq meşə fonduna ziyan vurmuşlar. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehin nümayəndəsini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzi tərəfindən Qəbələ rayonu Qəmərvan kənd sakini Cavabdeh ünvanlanmış 19 noyabr 2021-ci il tarixli, 894 nömrəli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 277,20 manat məbləğində maddi ziyanın 10 (on) gün müddətinə X4 bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan X3 hesablanması cədvəlindən görünür ki, X3 miqdarı 277,20 (iki yüz yetmiş yeddi manat iyirmi qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Bərdə RMTM-in Alıcanlı meşəbəyliyində 12 noyabr 2021-ci il tarixdə tərtib edilmiş aktda meşə sahəsində mal-qara otarmaq ilə meşəyə ziyan vurmağa Cavabdeh barəsində AR İXM-nin 257-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında ******* nömrəli 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X6 Təsərrüfatı Mərkəzinin direktoru Bakir Qubranov Cavabdeh barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, Cavabdeh İXM-in 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan 12 noyabr 2021-ci il tarixli 001108 nömrəli aktdan görünür ki, Qəbələ rayonu Qəmərvan kənd sakini olan və hal-hazırda Alıcanlı kəndində “Qışlaq” adlandırdıqları ərazidə müvəqqəti məskunlaşmış Cavabdeh onlara məxsus 42 (qırx iki) baş 2 (iki) yaşdan yuxarı olan qara malın qanunsuz olaraq meşə ərazisində otardığı aşkar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarı ilə təsdiq edilmiş “X3 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi: Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh barəsində AR İXM-nin 257-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, X6 Təsərrüfatı Mərkəzinin direktoru Bakir Qubranov tərəfindən ******* nömrəli 03 dekabr 2021-ci il tarixli qərar qəbul edilmiş və Cavabdeh 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh sözügedən qərardan şikayət verməmiş və həmin qərarı münahisələndirməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 277,2 (iki yüz yetmiş yeddi manat iyirmi qəpik) manat məbləğində maddi zərər tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-765/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-765/2022
07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver