Məhkəmə qərarları › İş №2(025)-774/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-774/2020

28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-774/2020 28.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X7, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X5 və X1 üçün hər birinə hər ay 170 manat, ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə ailə qurmuşdur. Bu nikahdan xx.xx.2012-ci il tarixdə Qumru adında qızları, xx.xx.2014-cü il tarixdə isə əkiz övladları olan Nərmin və Adil dünyaya gəlmişlər. Lakin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi ilə nikahlarına xitam edilmişdir. Həmin qətnamə ilə onların aralarında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydə alınmış 187 nömrəli nikahın pozulması, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X8 onun yanında qalması, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 Cavabdeh alınıb ona verilməsi, Cavabdeh 2018-ci il noyabrın 13-dən başlayaraq uşaqları - xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 üçün 80 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verildiyi tarixdən hesablanması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, cavabdehdən 10 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Habelə, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, uşaqlar azyaşlı və kiçik olmaqla ana qayğısına, ana nəvazişinə ehtiyacları vardır. Baxmayaraq ki, uşaqlardan Qumru hələ də atasının yanında yaşayır, lakin onların bir-birindən təcrid olunmaları onlara mənfi təsir göstərə bilər. Ona görə də hər üç uşağın ananın yanında qalması məqsədəmüvafiqdir. Məhkəmə bu nəticəyə gələrkən həm də onu əsas götürmüşdür ki, uşaqlar azyaşlıdır, onların normal inkişaf etməsi və böyüməsi üçün ciddi qulluq və ana qayğısı lazımdır, onların anası cavan və sağlamdır, əmək qabiliyyətlidir, uşaqlara lazımi qayğı və qulluq göstərmək imkanına malikdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7408/2019 saylı qərarına əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2149/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Halhazırda o, işləmir. Ailəni dolandıran yeganə şəxs odur. Himayəsindəki uşaqlara baxmağa isə maddi gücü kifayət etmir. Uşaqlar isə böyüyür, günü-gündən onların ehtiyacları artır, o isə bu ehtiyacları qarşılaya bilmir. Bu səbəbdən də alimentin miqdarı artırılmalıdır. Heç bir yerdən gəliri, qazancı yoxdur. Atasının yanında yaşayır, valideynləri də işləmir. Həmçinin X3 nasazıqlar var. Nəfəs alıb-verməsində problemlər olduğu üçün həkimlər əməliyyat olmasını məsləhət biliblər. Cavabdeh isə təsərrüfatla məşğuldur və meyvə bağı vardır. Habelə cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, 50 ha torpaq sahəsi var, həm təsərrüfatla məşğuldur, həm də taksi fəaliyyəti ilə də məşğuldur, uşaqlara baxmağa gücü çatır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, uşaqlar böyüdükcə günü-gündən onların ehtiyacları da artır. Qəyyumluq və Himayəçilik komissiyası əvvəlki məhkəmə işlərində rəyində yazmışdır ki, cavabdehin 0,50 ha torpağı var, həmin torpaqda təsərrüfatla məşğul olur. Həmçinin bundan əlavə cavabdeh taksi işləyir. Beləliklə, cavabdehin aliment ödəməsi üçün kifayət qədər imkanı vardır. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil uşaqların yaşayış minimunun artırıldığını, uşaqların saxlanılması üçün ölkə üzrə minimunun 170 manat olduğunun nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, hazırda işsizdir. Atasının maşınını satıb 1600 manat aliment borcunu ödəmişdir. Bu səbəbdən hazırda taksi fəaliyyətilədə məşğul ola bilmir. Həmçinin atasına və anasınada o baxır. 80 manat alimenti güclə ödəyir və hələ ödənilməmiş aliment borcu vardır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkili və etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi,X11 ilə Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2011-ci il noyabr ayının 18-də qeydə alınmış 187 nömrəli nikahın pozulması,xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X8 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında saxlanılması, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 X6 alınıb anası Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızına verilməsi,ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2019-cu il noyabrın 13-dən başlayaraq uşağları - xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 üçün 80 (səksən) manat sabit pul məbləğində alimentin X7 cavabdeh X6 alınıb iddiaçı Abdullazadə ( Dadaşzadə) Tamella İntiqam qızına verildiyi tarixdən hesablanması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7408\2019 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayətinin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)- 2149/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1991-ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü X12, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X13 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X13 ananın yanındadır. Tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2012-ci il təvəllüdlü X12 adlı uşaqlarının məhkəmə qətnaməsi ilə iddiaçının himayəsinə verilməsi qət edilsə də, hal-hazırda cavabdehin yanındadır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi,X11 ilə Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2011-ci il noyabr ayının 18-də qeydə alınmış 187 nömrəli nikahın pozulması,xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X8 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında saxlanılması, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 X6 alınıb anası Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızına verilməsi,ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2019-cu il noyabrın 13-dən başlayaraq uşağları - xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 üçün 80 (səksən) manat sabit pul məbləğində alimentin X7 cavabdeh X6 alınıb iddiaçı Abdullazadə ( Dadaşzadə) Tamella İntiqam qızına verildiyi tarixdən hesablanması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir.İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, cavabdehin isə kifayət qədər qazancı olduğunu, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü X12, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X4 üçün hər uşaq üçün 170 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, 20 manatda əlavə ödəyə biləcəyini, məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq xx xxxxxx 2012-ci il təvəllüdlü X12 və xx xxxxxxxx 2014cü il təvəllüdlü X10 və X1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını, cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 110 (bir yüz on) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, iddiaçının cavabdehin hər ay 510 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X13 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment isə X7 cavabdeh X6 alınıb İddiaçı verildiyi tarixdənhesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X13 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment isə X7 cavabdeh X6 alınıb İddiaçı verildiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar