Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-776/2023 07.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi icra məmuru X3 və cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlundan elektron nəzarət vasitəsinin dəyəri 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaitini alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Fəxrəddm Qəbələ Rayon Məhkəməsinin 1(025)- 27/2022 saylı xx.xx.2022-ci il tarixil hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci, 177.2.1 -ci, 177.2 1-ci 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaran 01/biri İİ 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 05 oktyabr 2023-cü il tarixdə böyük icra məmuru Aysel Həsənova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Həmin gün müvafiq iltizamla 01 ədəd mobil qurğu (Attenti markalı, 35630432 №-li), 01 ədəd mobil qurğunun enerji topiayıcı adaptoru. 01 ədəd sadə elektron qolbaq, 01 ədəd mobil qurğu üçün qoruyucu oəb hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdmlaraq təhvil verilmişdir. Bu nəzarət avadənlıalanmn istifadənə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istıfacə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayiraq cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsi olan mobil qurğunun ana palatasını zədəliyib istifadəyə tam yararsız salaraq Azərbaycan Respublikas: Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. M.Sənani elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manar 40 qəpik) manat pulun təqdim olunmuş müvafiq hesaba ödəməsi barədə xx.xx.2023-cü ii tarixdə bildiriş təqdirm edilməsinə baxmayaraq o, tələbi icra etməmişdir. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyam könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı nümayəndəsi icra məmuru X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, işdə olan zaman İddiaçı icra məmuru Aysel Həsənova ona zəng edərək onun zərərinə quraşdırılmış elektron nəzarət vasitəsinin açıldığnı bildirmiş və şöbəyə dəvət etmişdir. Dərhal İddiaçınə gəlimiş, icra məmurui ona elektron nəzarət vasitəsinin açılmasını bildirərək iradlarını bildirmişdir. İcra məmuru dərhal onun üzərində olan elektron nəzarət vasitəsini çıxararaq, başqa vasitəni quraşdırmış və vasitənin yoxlanılması üçün ekspertizaya göndərəcəyini, rəy alınadan sonra məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra icra məmuru Aysel Həsənova onu şöbəyə dəvət edərək nazirlikdən rəy gəldiyini və nəzarət vasitənin pozulamsına onun günahı olmadığını və birdirdiyi iradlara görə ondan üzr istəmişdir. X4 təzədən şöbəyə dəvət edərək yeni rəy gəldiyini və həmin rəyə görə oun tərəfindən elektron vasitənin zədələdiyini və aparata 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində ziyan dəydini bildirərək həmin ziyanın ödənilməsini tələb etmişdir. Elektron nəzarət vasitəni zədələməmiş, sadəcə vasitə onun ayağına bərk bağlandı və onun hərəkədə olduğu üçün bir az boşaldığını bildirmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci si 10 aprel tarixli 144 nömrəli Qərarının 7.5ci bəndinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-27/2022 saylı xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Məmmədli X1 Respublikası CM-nin 32.5, 177.2.1-ci, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 1(025)-27/2022 saylı xx.xx.2022-ci il tarixli İş hökmün icrası barədə göstərişin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin Cavabdeh barəsində olan 1(025)- 27/2022 saylı xx.xx.2022-ci il tarixli hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İş materiallarında olan “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 1(025)-27/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın çəkdiyi müddətdə saxşam saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməməlidir. Məhkuma mobil qurğu üçün “Azercell” nömrə,"Attenti" markalı 35630432 nömrəli mobil qurğu, mobil qurğunun enerji adapteri, № 50746 elektron qolbaq tam saz və işlək vəziyyətdə verilmiş və quraşdırılmış, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətdə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan ED 000192 saylı “Elektron nəzarət vasitənin vəziyyəti haqqında Texniki Rəy”in surətindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İarəsinin sifarişi əsasında ENV-ni tətbiq edən İddiaçı tərəfindən nəzarət obyekti olan Cavabdeh üzərinə quraşdırılmış seriya nömrəsi 35630432 olan "Attenti V6" markalı mobil qurğuya xx.xx.2023cü il tarxidə baxış keçirmiş, baxış zamanı “Ana platada korroziya müşahidə olunur. Təmiri mümkün deyil. İstifadəyə tam yarasız” olması barədə rəy verilmişdir. İş materiallarında olan Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/531 etibarnamənin surətindən görünür ki, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən yerli qurumlara təhvil verilmiş, istifadə zamanı zədələnmiş və ya digər üsulla yararsız vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyərinin məhkumlardan tutularaq təmirə yararlı olduqda aidiyyəti təşkilatın hesabına, təmirə yararsız olduqda isə X2 hesabına köçürülməsini təmin etmək məqsədilə məhkəmələrdə iddia tələbləri üzrə təmsil etmək, o cümlədən iddia ərizəsini yazmaq və imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağls Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən bütün rayon (şəhər) icra və probasiya şöbələrinə ünvanlanmış 21/3-174 saylı, 10 iyun 2022-ci il tarixli xidməti məktubun surətində görünür ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, habelə Nazirlər Kabinetinin 2018-ci ii 10 aprel tarixli 144 nömrəli Qərarının tələblərinə gələcəkdə dönmədən əməl olunması icra məmurlarının (probasiya üzrə) nəzərinə çatdırılmaqla, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan məhkumlardan həmin elektron cihazın dəyərinin tutulması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsini və bununla bağlı iddia tələblərinə Ədliyyə Nazirliyi tərəfindən yerli probasiya qurumlarının aidiyyəti əməkdaşlarına verilmiş. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlu üzərinə İddiaçı tərəfindən quraşdırılmış seriya nömrəsi 35630432 olan "Attenti V6" markalı mobil qurğunu zədələyərək istifadəyə tam yarasız vəziyyətə salmış və iddiaçıya 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmuşdur, iddiaçı maddi ziyanın ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlunun hərəkətləri mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirilməli, Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlu iddiaçı qarşısında cavabdehdir və 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlundan 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Məmmədlı̇ Sənanı̇ Fəxrəddı̇ n oğlundan 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-776/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-776/2023
07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver