Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-781/2020 06.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh və maraqlı şəxs Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh, maraqlı şəxslər Qəbələ rayon Hacıalılı bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı “icarə müqaviləsinin ləğv olunduğu andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh, maraqlı şəxslər Qəbələ rayon Hacıalılı bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı “icarə müqaviləsinin ləğv olunduğu andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 ilə Çarxana Bələdiyyəsinin sədri X4 arasında 0,54 hektar torpaq sahəsinin 99 il müddətə icarəyə verilməsinə dair xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış, Mehdi Heydərov tərəfindən 2004-cü ildə ləğv edilmiş icarə müqaviləsinin ləğv olunduğu andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr tərəfindən xx.xx.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli icarə hüququ ilə X1 adına tərtib edilmiş və Reyestr tərəfindən xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli istifadə hüququnun vərəsəsi kimi Cavabdeh adına tərtib edilmiş Çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin işin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmalısını xahiş etdi. Cavabdeh və maraqlı şəxs Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh, maraqlı şəxslər Qəbələ rayon Hacıalılı bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı “icarə müqaviləsinin ləğv olunduğu andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-781/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-781/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver