Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-808/2020 28.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı X6 ödənilməmiş 511,97 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 369,23 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manat borc, ümumilikdə 996,91 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxx” X7 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 132/2013 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 23% dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulası ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan Cavabdeh1 xx.xx.2020-ci il tarixinədək İddiaçı X6 ödənilməmiş 511,97 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 369,23 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manat borc, ümumilikdə 996,91 manat məbləğində kredit borcu vardır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş göndərilmişdir. Lakin, cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Cavabdeh qeyd olunan tarixə qədər müraciət etmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda məhkəməyə X4 Palatasının internet saytının “kompensasiya məbləğinin sorğulanması” bölməsindən çıxarılmış çıxarışı təqdim edərək, kompensasiya hesablandıqdan və ödənildikdən sonra cavabdehin əsas borcunun 511,97 manat qaldığını qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı banka güzəştli şərtlərə kredit müqaviləsi bağlamaq üçün müraciət etməmişdir. Kredit borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Onunla iddiaçı bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 132/2013 saylı kredit müqaviləsi üzrə kompensasiya hedsablandıqdan və borca silindikdən sonra 511,97 manat əsas borcu qalmışdır. Əsas borc məbləğini qəbul edir. Lakin cərimə borcunu və gecikdirilmiş vaxt üçün illik beş faizlə tələb olunan borcunda ondan tutulması əsassız və qanunsuz hesab edir, eyni zamanda bu onun maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyərək, onların izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən Borc alan krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 4000 AZN kredit məbləğini 24 ay müddətinə, illik 23 %-lə, aylıq 209,49 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu həmin müqaviləyə əsasən, xx.xx.2013-cü il tarixli 132/2013 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 əsas borc üzrə 511,97 AZN, faiz borcu üzrə 0 AZN, 369,23 AZN cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manat borcu olmaqla, cəmi 996,91 AZN borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********530 nömrəli LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya edilməsi məqsədilə bankın inzibati binasına yaxınlaşması bildirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbardarlıqdan görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 5 iş günü müddətinə ləğv etməyi təklif etmişlər, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1992-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş və Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə əsas kredit borcu 511,97 manat tutulmalıdır. Məhkəmə cavabdehlərdən müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun və cərimə borcunun tutulması ilə bağlı aşağıdakıları qeyd etəməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanının 1 və 1.3-cü bəndinə əsasən 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 6-cı bəndinə əsasən: 6.1 bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi təklif edilsin. 6.2 fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. 6.3 borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu iddia ərizəsində, Cavabdeh1 ilə bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri dairəsinə düşməsini qeyd etmiş, Fərmanın icrası ilə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilmədiyi üçün məhkəməyə müraciət edildiyi göstərilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəməyə X4 Palatasının internet saytının “kompensasiya məbləğinin sorğulanması” bölməsindən çıxarılmış çıxarışı təqdim etmiş və həmin çıxarışda Cavabdeh1 əsas borcunun 511,97 manat olduğu göstərilmişdir. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Sözügedən fərmandam göründüyü kimi, fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşılamışdır. Cavabdehlərin Banka yeni müqavilə bağlanması üçün müraciət etməmələri, onların fəmranın təsirindən kənarda qalmağına, həmi fərmandan yararlanmamalarına dəlalət etmir. Əksinə fərmanın 6.3-cü maddəsinə əsasən banklara borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi tövsiyyə olunmuşdur. Lakin cavabdehlərdən müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz borcun və cərimə borcunun yenidən alınması onların vəziyyətinə yüngülləşdirmək əvəzinə, daha da ağırlaşdırmaqdadır. Beləliklə məhkəmə, X4 Palatasının internet saytının “kompensasiya məbləğinin sorğulanması” bölməsindən çıxarılmış çıxarışa əsasən cavabdehlərdən yalnız əsas borcun tutulmasını əsaslı hesab edir və iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu ASC-nin xeyrinə 511,97 (beş yüz on bir manat doxsan yeddi qəpik) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu ASC-nin xeyrinə 511,97 (beş yüz on bir manat doxsan yeddi qəpik) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-808/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-808/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver