Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-819/2021 17.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» MMC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə BOKT “xxxx” MMC arasında bağlanmış 19.07.2019-cu il tarixli, L-BK-0047435-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6.421,42 (altı min dörd yüz iyirmi bir manat qırx iki qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 2.048,43 (iki min qırx səkkiz manat qırx üç qəpik) manat faiz borcu və 484,28 (dörd yüz səksən dörd manat iyirmi səkkiz qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 8.954,13 (səkkiz min doqquz yüz əlli dörd manat on üç qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT “xxxx” MMC-nə verilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin məhkəmə hazırlıq iclasını 01.06.2021-ci il tarixə təyin etmiş, həmin iclasda iddiaçının nümayəndəsi və cavabdeh iştirak etməmiş, məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək məhkəmə baxışı iclası 17.06.2021-ci il tarixə, saat 11:30a təyin edilmişdir. İddiaçı BOKT “xxxx” MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzürlü hesab olunması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin ərizəsini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədiyinə, cavabdehin nümayəndəsi və vəkili isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-819/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-819/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver