Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-83/2023 09.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlaklakdan istifadəyə görə gəlirlə bağlı mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1 0ğlunun, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0,72 ha torpaq sahəsinin kənarının hasarlanması, əkib-becərdiyi meyvə ağaclarına sərf etdiyi 14150 (on dörd min bir yüz əlli) manat pulun, ödədiyi dövlət rüsumunun, eləcə də Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsinin icrası ilə birlikdə qarşılıqlı şəkildə icra olunmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonun Mıxlıqovaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ümimiyyətlə dədə-babaları da Mızlıqovaq kəndində yaşamışlar. Həmin kənd keçmış “Fioletov” adına sovxozun ərazisi olmuşdur. Onun və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi ilə bağlı sovxozla aralarında podrat müqaviləsi olmuş və həmin müqavilənin şərtlərinə uyğun olaraq hər il oradan məhsul yığıb sovxoza təhvil vermişlər. Axıırıncı dəfə sovxozla aralarında olan podrat müqaviləsi 11 dekabr 1988-ci il tarixdə 10 il müddətinə bağlanmışdır. Bununla demək istəyir ki, podrat müqaviləsi 11 dekabr 1998-ci il tarixə kimi qüvvədə olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarına əsasən ailənin qanuni istifadəsində olan 0,72 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hesab edir ki, Aqrar İslahat Komissiyasının bu qərarı 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq İslahatı haqqında Qanun”un tələblərinə ziddir. Belə ki, həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda qeyd etdiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı aparılan zaman onun qanuni istifadəsində olmuşdur. Ona görə də hesab edir ki, aqrar islahat komissiyasının qərarı torpaq islahatı haqqında qanunun tələblərinə zidd olaraq verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağçların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağçların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Əsasnamə ilə bir daha təsdiq olunur ki, JN-634 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh verilmiş torpaq sahəsi qanunun tələbinə zidd olaraq verilmişdir. İşə əlavə etdiyi podrat müqaviləsinin surəti ilə təsdiq olunur ki, mübahisəli torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur və o, və ailə üzvləri qeyd edilən podrat müqaviləsində göstərilən 4,35 ha torpaq sahəsinin hasarlanması, bağın becərilməsi, ağaclara qulluq edilməsi işlərinini hamsını etmişdir. Lakin aqrar islahatı aparıldıqdan sonra onun əlində yalnız 0,72 torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinin kənarının hasarlanması və bütün aqrotexniki işlərin görülməsi üçün əziyyət çəkmiş və pul xərcləmişdir. Onun zəhmət çəkib becərdiyi meyvə ağacları əkdiyi 0,72 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə verildiyinə görə onunla razılığa gəlmişdir ki, ona “Tala” adlanan ərazidə olan 0,50 ha torpaq sahəsini o əkib becərsin. Onunla belə razılığa gəlmişlər. Əkib-becərdiyi meyvə ağacları tamamilə yaxşı bar verməyə başladıqdan sonra cavabdeh torpağın boşaldılmasına dair məhkəmədə iddia qaldırmış və onun iddiası Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdehlə razılaşmışdır ki, “Tala” adlanan sahəsə yerləşən ona məxsus torpaqdan istifadə etsin, cavabdeh onun 0,50 ha torpaq sahəsindən istifadə etmişdir. Artıq 2021-ci ildə, 24 ildən sonra görəndə ki, zəhmət çəkib becərdiyi bağda olan meyvə ağacları yaxşı bar verir,nəfsinə sahiblik edə bilməyərək torpağın geri alınmasına dair məhkəmədə iddia qaldırmışdır. Daha doğrusu meyvə ağacları tam bara düşənə qədər dözümlülük göstərmiş və 2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. O, 0,72 ha torpq sahəsində 110 ədəd fındıq topası, 4 ədəd şabalıd, 3 ədəd qoz, 2 ədəd alma ağacı əkib-becərmişdir. Həmin meyvə ağaclarının əkilib-becərilməsinə sərf etdiyi əməyi, çəkilən xərclərin qiymətləndirilməsi üçün vəkilinin vəsasəti ilə Kənd Təsərrüfatı Nazirliyinin X11 İnkişaf Mərkəzinə müraciət etmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli, MİHQ/1.2.47-2.2022-24 saylı məktubu (rəyi) ilə cavab verilmişdir ki, bağın kənarının hasarlanmasına, çəpərin vurulmasına və görülmüş işlərə 620 manat, 70 ədəd fındıq topası hər bir topa 130 manat hesabı ilə 9100 manat, 30 fındıq topasının hər bir topası üçün 100 manat hesabı ilə 3000 manat, 10 fındıq topası üçün hər topanın qiyməti 80 manat hesabı ilə 800 manat, 4 ədəd şabalıd ağacı üçün hər bir ağacın qiyməti 90 manat ilə 360 manat, 3 ədəd qoz ağacı üçün hər ağacın qiyməti 70 manat hesabi ilə 210 manat, 2 ədəd alma ağacı üçün hər bir ağaca görə 30 manat hesabı ilə 60 manat qiymətləndirilmişdir. Bütün çəkilən xərclərin cəmi dəyəri 14.150 manat təşkil etmişdir ki, həmin pulu cavabdehdən tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 28660 (iyirmi səkkiz min altı yüz altmış) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən 25 il istifadəyə ailə üzvləri ilə birlikdə ciddi şəkildə maneələr törətməklə əldə edə biləcəyi hər il 1932 manat gəlirdən məhrum etməklə son 16 ildə vurduğu ziyanı tələb edir .Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 25 saylı qərarı ilə 6 nəfər ailə üzvlərinə 0,72 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 6 nəfər ailə üzvlərinin adına JN-634 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə adlarına rəsmiləşdirilmişdir. Dövlət aktını aldıqdan sonra bu barədə cavabdehə də bildirmişdir. Həmin sənəd əsasında ondan torpaqdan istifadəsinin dayandırılmasını tələb və xahiş etmişdir. Ancaq nəticəsi olmamışdır. Əksinə ona hədələr edərək ərazinin ona məxsus olduğunu bildirmişdir. Sonrakı mərhələdə dəfələrlə tələb etməyinə baxmayaraq torpaq sahəsini boşaltmamış, əksinə həmin torpaqdan istifadəyə maneələr yaradan hərəkətlərinin davam etdirmişdir. Məcbur olaraq müxtəlif orqanlara müraciətlər etmişdir. Müraciətlərinə cavab olaraq həmin orqanlar məhkəməyə müraciət hüququnun olduğunu nəzərinə çatdırmışdır. Bu hüquqdan istifadə edərək cavabdeh tərəfindən 0,72 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Kassaisya şikayəti hüququndan istifadə etməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrasını yubandırmaq məqsədi ilə cavabdeh Şəki inzibati məhkəməsinə JN-634 saylı Dövlət aktının ləğv olunması və 0,72 ha torpaq sahəsinin adına qeydə alınması və hüquqmüəyyən edici sənədin - şıxarışın verilməsi üçün DƏDRX Publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə həvalə edilməsi tələbi ilə müraciət etmişdir. Bu səbəbdən də icra sənədi üzrə icraat xx.xx.2021-ci il tarixli qərarla dayandırılmışdır. Lakin onun iddiası icraata qəbul edilməmiş və qətnamənin icrasının dayandırılması istiqamətində cəhdi boşa çıxmışdır. Cavabdehin iddiasında qeyd etdiyi 110 ədəd fındıq topası kolxoz dövründə əkilmişdir. Əraziyə qulluq da kolxozçular tərəfindən göstərilimiş və onlara bu işə görə əmək haqqı ödənilmişdir. Qarşılıqlı iddia vermək üçün X10 Mərkəzinə müraciət etmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, 110 ədəd fındıq topasının məhsuldarlığı orta hesabla 15-17 kq təşkil edir. 4 ədəd şabalıd ağacına hər birinə orta hesabla 10 kq, 3 ədəd qoz ağacına 6 kq, 2 ədəd alnma ağacına isə 3 kq məhsuldarlıq müəyən edilir. 110 ədəd fındıq topasının nəzəri məhsuldarlığı 110 x 16 kq = 1760 kq, 1 kq qərzəkli fındığın yığılmasına 30- 40 qəpik vəsait xərclənməklə, 1760 kq x 0,35 qəpik = 616 manat, qərzəkli fındıq məhsulunun təmiz fındığa çevrilməsi üçün hər tona 40 kq təmiz fındıq məhsulunun qiymətində vəsait ödənilir. 1760 kq x 40 = 70 ,4kq x 3 manat = 212 manat təşkil edir. Beləliklə, 110 ədəd fındıq topasından alınan təmiz fındığın dəyəri 792 kq x 3 manat = 2376 manat, həmin məhsulun gəlirindən xərclərin çıxılması - 2376 manat - 616 manat = 212 manat = 1548 manat təşkil edir. 4 ədəd şabalıd ağacı, hər ağaca 10 kq məhsuldarlıqla – 4 x 10 = 40 kq, məhsulun pulla dəyəri – 40 kq x 6 manat = 240 manat, 3 ədəd qoz ağacı – 3 x 8= 24 kq, pulla dəyəri 24 kq x 5 manat = 120 manat, 2 ədəd alma ağacı- 2 x 8 kq = 16 kq pulla dəyəri – 16 x1.5 = 24 manat təşkil edir.Rəyə görə fındıq topalarının gəliri 1548 manat, şabalıd ağaclarının 240 manat, qoz ağacından 120 manat və alma ağacından 24 manat vəsait əldə olunur. İl ərzində 0.72 ha torpaq sahəsində əkilmiş meyvə ağaclarından xərclər çıxıldıqdan sonra 1932 manat qazanc əldə edilir. Cavabdeh 16 il ərzində mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə hər il 1932 manat olmaqla cavabdeh ona 28600 manat ziyan vurmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə tələbində qalaraq və qarşılıqlı iddianı qəbul etməyərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 ilkin iddianı müdafiə edərək təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh iddia tələbində qalaraq və ilkin iddianı qəbul etməyərək ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını və ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan Qutqaşen (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində olan cavan fındıq bağının ailə podratı ilə becərənlərlə sovxoz direktorluğu arasında xx.xx.1988-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, 4,35 hektar torpaq sahəsində yerləşən fındıq topaları ailə podratı ilə “Rüstəmova” soyadlı şəxsə baxılması üçün verilmişdir. Müqavilə 10 il müddətinə bağlanılmışdır. İşdə olan JN-0634 saylı kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı əsasında X1 və onun digər ailə üzvlərinin mülkiyyətinə 1,23 hektar torpaq sahəsi verilmişdir. Dövlət Aktının 634 B cizgisində (planşetində) yerləşən 0,72 hektar torpaq sahəsindəki fındıq topaları, şabalıd, qoz və alma ağacları ilə bağlı tərəflər arasında hazırda mübahisə mövcuddur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə ilə iddia tələbi təmin edilmişdir. JN-634 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X1 digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634B cizgisində göstərilmiş 0,72 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsindən cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpərin sökülməsi və onun tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. İşdə olan və ilkin iddaçı İddiaçı vəkili Vəkil1 müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ X3 ünvanladığı xx.xx.2022-ci il tarixli, MİHQ/1.2.47-2.2022-24 saylı məktubda qeyd edilmişdir ki, bağın kənarının hasarlanmasına, çəpərin vurulmasına və görülmüş işlərə görə təxminən 620 manat vəsait xərclənmiş olar. 0,72 hektar torpaq sahəsində 110 ədəd fındıq topası, 4 ədəd şabalıd, 3 ədəd qoz və 2 ədəd alma ağacı vardır. Hazırkı dövrdə 1 hektar fındıq bağının qiyməti 25 - 27 min arasında dəyişir. 1 hektar fındıq bağında əkin sxemi 8 x 8 intervalında əkilmişsə onda həmin bağda 165 fındıq topası olduğu nəzərə alınar. Bağın bazar qiymətinə uyğun olaraq 15 - 20 illik məhsuldar fındıq bağında olan 1 topanın dəyərini müəyyən etmək üçün 25 min manatın 1 hektar sahədə olan topaların sayına bölünsə, onda 25000 : 156 ədəd = 160 manat alınar. 70 ədəd fındıq topası hər bir topa 130 manat hesabı ilə 9100 manat, 30 fındıq topasının hər bir topası üçün 100 manat hesabı ilə 3000 manat, 10 fındıq topası üçün hər topanın qiyməti 80 manat hesabı ilə 800 manat, 4 ədəd şabalıd ağacı üçün hər bir ağacın qiyməti 90 manat ilə 360 manat, 3 ədəd qoz ağacı üçün hər ağacın qiyməti 70 manat hesabı ilə 210 manat, 2 ədəd alma ağacı üçün hər bir ağaca görə 30 manat hesabı ilə 60 manat qiymətləndirilmək olar. Bütün çəkilən xərclərin cəmi dəyəri 14.150 manat ola bilər. İşdə olan və ilkin iddaçı X1 vəkili Vəkil2 müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ X3 ünvanladığı xx.xx.2022-ci il tarixliŞ 72 saylı məktubda qeyd edilmişdir ki, 110 ədəd fındıq topasının nəzəri məhsuldarlığını orta hesabla 15-17 kq müəyyən etmək olar. 4 ədəd şabalıd ağacına hər birinə orta hesabla 10 kq, 3 ədəd qoz ağacına 6 kq, 2 ədəd alnma ağacına isə 3 kq məhsuldarlıq müəyyən etmk mümkündür.110 ədəd fındıq topasının nəzəri məhsuldarlığı 110 x 16 kq = 1760 kq, 1 kq qərzəkli fındığın yığılmasına 30 - 40 qəpik vəsait xərclənməklə, 1760 kq x 0,35 qəpik = 616 manat, qərzəkli fındıq məhsulunun təmiz fındığa çevrilməsi üçün hər tona 40 kq təmiz fındıq məhsulunun qiymətində vəsait ödənildiyini, 1760 kq x 40 = 70, 4 kq x 3 manat = 212 manat olduğunu müəyyən etmək olar. Beləliklə, 110 ədəd fındıq topasından alınan təmiz fındığın dəyəri 792 kq x 3 manat = 2376 manat, məhsulun gəlirindən xərclərin çıxılması - 2376 manat - 616 manat = 212 manat = 1548 manat müəyyən edilə bilər. 4 ədəd şabalıd ağacı, hər ağaca 10 kq məhsuldarlıqla – 4 x10 = 40 kq, məhsulun pulla dəyəri- 40 kq x 6 manat = 240 manat, 3 ədəd qoz ağacı- 3 x 8 = 24 kq, pulla dəyəri 24 kq x 5 manat = 120 manat, 2 ədəd alma ağacı- 2 x 8 kq = 16 kq pulla dəyəri- 16 x 1.5 = 24 manat müəyyən edilə bilər. Fındıq topalarının gəliri olaraq 1548 manat, şabalıd ağaclarının 240 manat, qoz ağacından 120 manat və alma ağacından 24 manat vəsait əldə olunur. 0,72 ha torpaq sahəsində əkilmiş meyvə ağaclarından xərclər çıxıldıqdan sonra alınmış vəsait 1932 manat ola bilər. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində aqrar islahatı aparılandan əvəllər, kolxoz və sovxozların mövcud olduğu dövrdə Qutqaşen (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində olan cavan fındıq bağının ailə podratı ilə becərənlərlə (ilkin iddia üzrə İddiaçı valideynləri) sovxoz direktorluğu arasında xx.xx.1988-ci il tarixdə bağlanmış müqavilə əsasında 4.35 hektar torpaq sahəsində yerləşən fındıq topaları ailə podratı ilə “Rüstəmova” soyadlı şəxsə baxılması üçün verilmişdir. Müqavilə 10 il müddətinə bağlanılmışdır. Lakin sonradan ərazidə aqrar islahatları aparılmış, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı əsasında X2 və onun digər ailə üzvlərinin mülkiyyətinə 1.23 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları JN-0634 saylı kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Bundan sonra Dövlət Aktının 634 B planşetində yerləşən və tərəflər arasında mübahisələndirilən 0,72 hektar torpaq sahəsi ilə bağlı razılığa gələ bilmədiklərindən X5 cavabdeh olaraq İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və JN-634 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X2 digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilmiş 0,72 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsindən cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpərin sökülməsi və onun tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, sübut etmə yükü qanunvericiliyin tələblərinə görə iddiaçının üzərinə düşdüyündən bu vəzifə iddiaçının, tələb edən tərəfin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh 0,72 ha torpaq sahəsinin kənarının hasarlanması, əkib-becərdiyi meyvə ağaclarına sərf etdiyi 14150 (on dörd min bir yüz əlli) manat pulun alınması barədə iddia tələbini irəli sürmüşdür. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində əkilən fındıq topaları və digər ağaclar Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aqrar islahatı aparılandan əvəllər, Qutqaşen (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində əkilib becərilmiş fındıq topaları və meyvə ağaclarıdır. Bundan da savayı, fındıq topalarının və ağacların yerləşdiyi 0.72 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı əsasında X2 və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları JN-0634 saylı kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Bundan sonra tərəflər mübahisələndirilən Dövlət Aktının 634 B planşetində yerləşən 0,72 hektar torpaq sahəsi ilə bağlı razılığa gələ bilmədiklərindən X5 cavabdeh olaraq İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh 0,72 ha torpaq sahəsinin kənarının hasarlanması, əkib-becərdiyi meyvə ağaclarına sərf etdiyi 14150 (on dörd min bir yüz əlli) manat pulun alınması barədə iddia tələbi, eləcə də iddianın həmin hissəsindən irəli gələn və əlaqəli olan - ödədiyi dövlət rüsumunun, eləcə də Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsinin icrası ilə birlikdə qarşılıqlı şəkildə icra olunmaqla alınıb ona verilməsi barədə tələbləri təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh İddiaçı, torpaqda yerləşən ağaclardan aldığı gəlir olaraq 28660 (iyirmi səkkiz min altı yüz altmış) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində əkilən fındıq topaları və digər ağaclara görə Cavabdeh İddiaçı aldığı gəlir olaraq 28660 (iyirmi səkkiz min altı yüz altmış) manat pulun alınaraq ona verilməsini tələb etsə də, əvəllər torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə ona qarşı məhkəmədə iddia qaldırdığı halda, özünün dediyi kimi əmlaka görə pozulmuş hüquqların gəlirlə bağlı hissəsini bu barədə məlumatlı olsa da mübahisələndirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iİlkin iddia tələbi, eləcə də qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə dövlət rüsumları tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-83/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-83/2023
09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver