Məhkəmə qərarları › İş №2(025)-830/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-830/2020

17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-830/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlu, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ rayon Tikanlı kənd sakini Cavabdeh vurmuş olduğu 126,10 (bir yüz iyirmi altı manat on qəpik) manat maddi ziyan məbləğinin alınaraq Şahdağ Milli Parkının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Şahdağ Milli Parkının əməkdaşları Milli Parkın Qəbələ bölməsi üzrə sabiq sahə müfəttişi X2, Milli Parkın Qəbələ bölməsi Bum meşəbəyliyi 01 saylı dolayının mühafizə yegeri X1 iştirakı ilə Qəbələ bölməsi Bum meşəbəyliyi 01 saylı dolayı ərazisinə təftiş keçirərkən ərazidən qanunsuz olaraq fıstıq cinsindən 08 sm bir ədəd, vələs cinsindən 12 sm bir ədəd, 16 sm bir ədəd, 20 sm üç ədəd, 40 sm bir ədəd, 51 sm bir ədəd, alma cinsindən 8 sm bir ədəd, qarağac cinsindən 24 sm bir ədəd, göyrüş cinsindən 24 sm bir ədəd, cökə cinsindən 28 sm bir ədəd qanunsuz olaraq köküstə yaş ağac kəsildiyi mühafizə yegerinin məlumatı əsasında müəyyən edilmişdir. Mühafizə yegerinin vermiş olduğu məlumata əsasən ağacları qanunsuz olaraq Qəbələ rayonu Tikanlı kənd sakini Cavabdeh kəsdiyi müəyyən edilmişdir. Qeyd olunan qanun pozuntusu ilə əlaqədar Milli Parkın əməkdaşları tərəfindən təbiətə dəymiş ziyanın məbləği 126,10 (bir yüz iyirmi altı manat on qəpik) manat məbləğində hesablanmışdır. Fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək sözü gedən vətəndaş barəsində xx.xx.2020-ci il tarixli 50879 nömrəli akt və ******* nömrəli protokol tərtib edilmişdir. Vətəndaş Cavabdeh Milli Parka vurmuş olduğu ziyan məbləğini bu günə qədər köçürtməmişdir. Həmçinin təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il 636 və 7 saylı qərarları ilə təsdiq edilmiş normativlərə əsasən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şahdağ Milli Parkının əməkdaşları Milli Parkın Qəbələ bölməsi üzrə sabiq sahə müfəttişi X2, Milli Parkın Qəbələ bölməsi Bum meşəbəyliyi 01 saylı dolayının mühafizə yegeri X1 iştirakı ilə Qəbələ bölməsi Bum meşəbəyliyi 01 saylı dolayı ərazisinə təftiş keçirərkən ərazidən qanunsuz olaraq fıstıq cinsindən 08 sm bir ədəd, vələs cinsindən 12 sm bir ədəd, 16 sm bir ədəd, 20 sm üç ədəd, 40 sm bir ədəd, 51 sm bir ədəd, alma cinsindən 8 sm bir ədəd, qarağac cinsindən 24 sm bir ədəd, göyrüş cinsindən 24 sm bir ədəd, cökə cinsindən 28 sm bir ədəd qanunsuz olaraq köküstə yaş ağac kəsildiyi mühafizə yegerinin məlumatı əsasında müəyyən edilmişdir. Mühafizə yegerinin vermiş olduğu məlumata əsasən ağacları qanunsuz olaraq Qəbələ rayonu Tikanlı kənd sakini Cavabdeh kəsdiyi müəyyən edilmişdir. Qeyd olunan qanun pozuntusu ilə əlaqədar Milli Parkın əməkdaşları tərəfindən təbiətə dəymiş ziyanın məbləği 126,10 (bir yüz iyirmi altı manat on qəpik) manat məbləğində hesablanmışdır. Fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək sözü gedən vətəndaş barəsində xx.xx.2020-ci il tarixli 50879 nömrəli akt və ******* nömrəli protokol tərtib edilmişdir. Vətəndaş Cavabdeh Milli Parka vurmuş olduğu ziyan məbləğini bu günə qədər köçürtməmişdir. Həmçinin təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il 636 və 7 saylı qərarları ilə təsdiq edilmiş normativlərə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdeh Qəbələ rayonu Tikanlı kənd sakini Cavabdeh 126,10 (bir yüz iyirmi altı manat on qəpik) manat məbləğində maddi zərər tutulub Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Şahdağ Milli Parkınınhesabına ödənilməli, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Qəbələ rayonu Tikanlı kənd sakini Cavabdeh 126,10 (bir yüz iyirmi altı manat on qəpik) manat məbləğində maddi zərər tutulub Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar