Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-831/2020 24.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 548,57 (beş yüz qırx səkkiz manat əlli yeddi qəpik) manat, faiz borcu üzrə 0,00 (sıfır) manat, cərimə üzrə 54,86 (əlli dörd manat səksən altı qəpik) manat olmaqla ümumilikdə 603,43 (altı yüz üç manat qırx üç qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X4 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2016-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 104 ABŞ dolları dəyərində olan çəkisi 6,8 qr olan 585 əyyar qolbağ qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin X4 Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 Təşkilatı «X3» MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə xx xxxxxx 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2869 (iki min səkkiz yüz altmış doqquz) manat məbləğində kredit verilmişdir. BOKT “X3" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və X2 Kredit Təşkilatı “xxxxxxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2016-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 104 ABŞ dolları dəyərində olan çəkisi 6,8 qr olan 585 əyyar qolbağı qızıl-zinyət əşyaları X4 Təşkilatı «X3» MMC-yə girov qoyulmuşdur. Həmçinin, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə X1 tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensiyasiya düşübdüşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına Cavabdeh görə iddiaçıya kompensasiya ödənilməmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli arayışa əsasən BOKT «xxxxxxxx» MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 548,57 (beş yüz qırx səkkiz manat əlli yeddi qəpik) manat, faiz borcu üzrə 0,00 (sıfır) manat, cərimə üzrə 54,86 (əlli dörd manat səksən altı qəpik) manat olmaqla ümumilikdə 603,43 (altı yüz üç manat qırx üç qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, eyni zamanda məhkəməyə yazılı təqdim edərək borc məbləğinin bir hissəsinin girov qoyulmuş əmlak hesabına ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, X4 Təşkilatı «X3» MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə xx.xx.2019-cu il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 2869 (iki min səkkiz yüz altmış doqquz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 80,0 manat, sonuncu ay isə 69,0 manat məbləğində ödənişlər etməklə 36 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2016-cı il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus qızıl-zinət əşyaları X4 Təşkilatı «X3» MMC-nə girov qoyulmuşdur. İş materiallarında olan «xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı Girov müqaviləsinə 1 saylı əlavə»nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus və aşağıda qeyd olunan qızıl-zinət əşyaları X4 Təşkilatı «X3» MMC-nə girov qoyulmuşdur: Tv Samsung, soyuducu Saratov, Antena super max, Ət maşını Texnoluks, xalça, Yataq dəsti, mebel (dəst), inək, dana, qolbağı X4 Təşkilatı «X3» MMC-nə girov qoyulmuşdur. İş materiallarında olan “Qızıl və Zinət Əşyalarının Götürülməsi Haqqında” xx xxxxxx 2014cü il tarixli Aktdan görünür ki, 104 ABŞ dolları dəyərində olan çəkisi 6,8 qr olan 585 əyyar qolbağı qızıl-zinyət əşyaları X4 Təşkilatı «X3» MMC tərəfindən Cavabdeh götürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilənin bitdiyi, yəni xx.xx.2019-cu il tarixə Cavabdeh 548,57 (beş yüz qırx səkkiz manat əlli yeddi qəpik) manat, 54,86 (əlli dörd manat səksən altı qəpik) manat cərimə, cəmi 603,43 (altı yüz üç manat qırx üç qəpik) manat əsas borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X4 Təşkilatı «X3» MMC-nin xəzinadarlığından 5.550,0 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün müddətində kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-ci il tarixdə Qəbələ rayonu Soltan Nuxa kəndində doğulmuş, Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, X4 Təşkilatı «X3» MMC-i ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas məbləğ üzrə 548,57 (beş yüz qırx səkkiz manat əlli yeddi qəpik) manat iddiaçının xeyirinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 54,86 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olduğundan cərimə məbləği üzrə 54,86 (əlli dörd manat səksən altı qəpik) manat cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbini kreditin tutmaya yönəldilməsi hissəsində, qismən təmin edilməli, xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə tutulacaq kreditin təminatı kimi çəkisi 6,8 qr olan 585 əyyar qolbağı qızıl-zinyət əşyasına yönəldilməli, həmin qızıl-zinət əşyası hərracda satılmalı və satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilməlidir. Məhkəmə hesab edir ki, çəkisi 6,8 qr olan 585 əyyar qolbağı qızıl-zinyət əşyasının dəyəri hərrac zamanı müəyyən olunacağından və həmin qızıl-zinyət əşyalarının hazırkı dövrdə dəyərinin 104 ABŞ dolları dəyərində qiymətləndirilməsi yolverilməzdir və iddia tələbi çəkisi 6,8 qr olan 585 əyyar qolbağı qızıl-zinyət əşyasının dəyərinin 104 ABŞ dolları olması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minib icraya yönəldikdən sonra icra orqanı qeyd olunan girov predmetini qiymətləndirməli və icra vaxtına uyğun bazar dəyərini müəyyən etməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qızıl-zinət əşyaları satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi əsasən 548,67 manat əsas borc və 54,86 manat cərimə borcu olmaqla, cəmi 603,43 (altı yüz üç manat qırx üç qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu X4 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalı, tutulacaq məbləğ kreditin təminatı kimi girov qoyulmuş çəkisi 6,8 qr olan 585 əyyar qızıl-zinyət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilməli, qızıl-zinət əşyaları satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 08noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi əsasən 548,67manat əsas borc və 54,86 manat cərimə borcu olmaqla, cəmi 603,43 (altı yüz üç manat qırx üç qəpik) manatkreditborcuvə 30 manatdövlətrüsumuBankOlmayanKreditTəşkilatı «xxxxxxxx» MMC-ninxeyrinə tutulsun. Tutulacaq məbləğ kreditin təminatı kimi girov qoyulmuş çəkisi 6,8 qr olan 585 əyyar qızılzinyət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilsin. Qızıl-zinət əşyaları satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-831/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-831/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver