Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-832/2021 17.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı Ekologiya və X3 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və X3 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı "ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ekologiya və X3 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 təbiətə dəymiş olan 3960 manat pul alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu Türyançay çay yatağına baxış zamanı müəyyən edilmişdir ki, oradan qarışıq suxur daşınmışdır. Araşdırma zamanı həmin qarışıq suxur cavabdeh X2 göstərişi ilə daşındığı müəyyən edilmişdir. Cavabdeh Ramiq Yedyarov tərəfindən təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 saylı qərarı əsasında hesablanaraq 3960 manat müəyyən edilmişdir. Cavabdehə dəfələrlə dəmiş ziyanı ödənilməsi barədə tələb edilsədə, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında iddiaçı Ekologiya və X3 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizələrinə uyğun izahat verərək, iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o 2019-cu ilin dekabr aylarında qeyd olunan ərazidən suxur daşımışdır. Suxur daşımaq üçün yol keçən maşınlardan kömək istəmişdir. Onlar da razılaşmışdılar. Etdiyi hərəkətin qanun pozuntusu olduğunu bilməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan həcm-qiymət cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1988-ci il tarixli 239 saylı qərarına əsasən Təbiətə Cavabdeh tərəfindən vurulmuş zərərin məbləği hesablanmış, müvafiq rəsmiləşdirmə və hesablama aparıldıqdan sonra Təbiətə 3960 (üç min doqquz yüz altmış) manat dəyərində zərərin vurulması müəyyən edilmişdir. İşdə olan Ekologiya və X3 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 3/İ saylı, 15.01.2020-ci il tarixli məktubdan görünür ki, cavabdehə hesablanmış 3960 (üç min doqquz yüz altmış) manat məbləğində vurulmuş zərərin ödənilməsi barədə xəbardarlıq edilmişdir. İşdə olan Ekologiya və X3 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 01 yanvar 2020-ci il tarixdə tərtib olunmuş 56516 saylı Aktın surətindən görünür ki, Ağdaş rayonu Qumluq kəndi ərazisinə baxış keçirilən zaman məlum oldu ki, oradan qarışıq suxur daşınmışdır. Müəyyən edildi ki, qarışıq suxur Qumluq kəndində yeni qurulan obyektin ərazisinə yol çəkilməsi məqsədi ilə daşınmışdır. Araşadırma apararkən məlum olmuş ki, qarışıq süxuru obyektə ünvan 1 ünvanında yaşayan Cavabdeh göstərişi ilə daşınmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin qarışıq suxur daşınmasında təqsirli olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Cavabdeh tərəf zərərin məbləğini mübahisələndirməmiş, daha az zərər vurulmasına dair hər hansı sübut təqdim etməmiş, müvafiq ekspertizaların keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3960 (üç min doqquz yüz altmış) manat məbləğində vurulmuş zərər Cavabdeh 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. 3960 (üç min doqquz yüz altmış) manat məbləğində vurulmuş zərər Cavabdeh 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-832/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-832/2021
17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver