Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-834/2020 21.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1346 (min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı müvafiq iddia tələbiilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi “İddiaçı rəisi vəzifəsini müvəqqəti icra edən İ dərəcəli ədliyyə qulluqçusu” Sənan Quliyev tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsini imzalamış şəxsin, yəni Sənan Quliyevin iddia ərizəsini imzalamağa hüququnun olması, onun səlahiyyətlərini təsdiq edən sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində icra məmurlarının vəzifələri, 8-ci maddəsində isə icra məmurlarının hüquqları göstərilmişdir. Lakin, icra məmumlarının hüquq və vəzifələrindən bəhs edən “İcra məmurları haqqında” qanunun İİ fəsildə, icra məmurunun müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək kimi hüququ göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-834/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-834/2020
21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver