Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-836/2021 31.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Aləddı̇ n oğlunun, iddiaçının vəkili X1, Cavabdeh2 Məzahı̇ r oğlunun və maraqlı şəxs Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X3 iştirakları ilə, İddiaçı Aləddı̇ n oğlunun cavabdehlər Qərı̇ bov Ruslan Rəsul oğlu, Cavabdeh2 Məzahı̇ r oğlu, Əzı̇ zov Sərxan Namı̇ zəd oğlu, Vəlı̇ yev Səmı̇ mi Nı̇ yazı oğlu, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ rayon Bum Bələdiyyəsinə qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Aləddı̇ n oğlu cavabdehlər Qərı̇ bov Ruslan Rəsul oğlu, Cavabdeh2 Məzahı̇ r oğlu, Əzı̇ zov Sərxan Namı̇ zəd oğlu, Vəlı̇ yev Səmı̇ mi Nı̇ yazı oğlu, maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ rayon Bum Bələdiyyəsinə qarşı “torpaq sahəsindən istifadyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, JN-886, KOD 40600038 olan olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ona və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Bum qəsəbəsindəki torpaq sahəsinin 0.7681 ha hissəsinə olan gediş-gəliş yolunun cavabdehlər tərəfindən qanunsuz olaraq ağac dirəklərə tikanli məftillərlə bağlanmış və dəmir, barmaqlıqlardan ibarət qapıların sökülərək-açılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz hesabına əvvəlki vəziyyətə qaytarılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli, 11 nömrəli qərarı ilə ona və digər ailə üzvləri X2, X7, X5 və X8 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.09 ha torpaq sahəsinə görə onlara JN-886, KOD 40600038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Dövlət Aktına əsasən verilmiş torpaq sahəsinin 0.7681 ha hissəsi Bum qəsəbəsində suvarılan düzənlik ərazisindən, digər 0.3211 ha hissəsi isə Tosih kəndində suvarılmayan dağ ərazisindən verilmişdir. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsi X14 getdikdən sonra pay torpaq sahəsi kimi verildiyi zaman torpaq sahələrinin əkib-becərilməsinin mümkün olaması üçün, kənd təsərrüfatı texnikasının, nəqliyyat vasitələrinin sərbəst hərəkət edə bilməsi üçün gediş-gəliş yolu müəyyən olunmuşdur. Təxminən 15 il olar ki, nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş yol Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və qeyriləri tərəfindən qanunsuz zəbt edilərək tikanlı məftilləri ağac dirəklərə bağlayaraq, həmçinin dəmir və barmaqlıqlardan ibarət qapılar ilə bağlanılmışdır. Hal-hazırda mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitəsilə, nə də digər şəkildə sərbəst olaraq gediş-gəlişimiz mümkün deyildir. Onlara dəfələrlə onların qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan gediş-gəliş yolunun açılmasını nəzərlərinə çatdırsalar da, lakin görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə qəsəbə bələdiyyəsinə, Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Reyestr Xidmətinə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyeystri Xidmətinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə rəsmi qaydada ərizə ilə müraciət etməyimə baxmayaraq 25 fevral 2020-ci il tarixli **********13 saylı məktub ilə aidiyyəti üzrə məhkəməyə və ya digər orqanlara müraciət olunması tövsiyyə olunmuşdur. Ona görə də onlar qanunsuz bağlanılmış gediş-gəliş yolunun əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Aləddı̇ n oğlu iddia tələblərini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Məzahı̇ r oğlu iddianı qəbul etməyərək göstərdi ki, istifadələrində olan torpaq sahəsini 15-16 ildir ki alıblar. Sonra həmin torpaq sahəsi 2 qardaş arasında bölünüb. İddiaçını isə 1-2 ay olar ki, tanıyırlar. İstifadələrində olan torpaq sahəsində yol yerinin olduğundan xəbərsiz olmuşlar. Onlar özləri razılığa gələ bilmir. Bu səbəblərdən də iddiaçının tələbləri tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X6 izahatında bildirdi ki, qeyd olunan ərazidə yerləşən torpaq sahələri Mıxlıqovaq və Uludaş kənd sakinlərinin istifadəsindədir, yol yeri isə Bələdiyyənin mülkiyyətindədir. Bu öz əksini xəritədə də tapır. Yol yeri açıqdır, lakin hazırki 9 nəfərin torpaq sahəsinə çatanda bağlanır. İddiaçı Aləddı̇ n oğlunun istifadəsində olan torpaq sahəsi onun qanuni mülkiyyətindədir, həmin sahəyə əsas yol açılmalıdır. Cavabdehlər yolu hasarla, dəmirlə bağlayıblar. Onun sədrlik etdiyi dövrdən öncə həmin torpaq sahəsi satılıb, ona görə bilməyib, yalnız vergi ödənəndə torpağın mülkiyyətçisi ona aydın olmuşdur. Cavabdehlərə yol yeri barədə xəbərdarlıq edilib, lakin onlar ərazini bilə-bilə zəbt ediblər. Dəmir hasarı Qəribov ədalət çəkib. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Qərı̇ bov Ruslan Rəsul oğlu, Cavabdeh2 Məzahı̇ r oğlu, Əzı̇ zov Sərxan Namı̇ zəd oğlu, Vəlı̇ yev Səmı̇ mi Nı̇ yazı oğluna və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onlarən iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, mütəxəssis rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan JN-886 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən İddiaçı Aləddı̇ n oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Bum qəsəbəsində 1.09 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.05.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX №0851563 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh2 Məzahı̇ r oğlunun Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. 1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdehlər tərəfindən bağlanmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir?
1. Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayonu Bum qəsəbə ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən JN- 886 (kod ********) nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,7681 hektar torpaq sahəsinə yol yeri nəzərdə tutulmuşdur (sxemi). Sözügedən torpaq sahəsinə ayrılmış yol yeri, cavabdehlər Cavabdeh4 Niyazı oğlu (sxem 2), Cavabdeh2 (sxem 3) Cavabdeh1 (sxem 4), Cavabdeh3 (sxem 5) tərəfindən istifadə olunur.
2. Qəbələ rayonu Bum qəsəbə ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətinə aiddir. Ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 1.09 ha torpaq sahəsi JN- 886 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən İddiaçı Aləddı̇ n oğlunun və ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdehlər qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. Hazırda iddiaçı JN-886, KOD 40600038 olan olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ona və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Bum qəsəbəsindəki torpaq sahəsinin 0.7681 ha hissəsinə olan gediş-gəliş yolunun cavabdehlər tərəfindən qanunsuz olaraq ağac dirəklərə tikanli məftillərlə bağlanmış və dəmir, barmaqlıqlardan ibarət qapıların sökülərək-açılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz hesabına əvvəlki vəziyyətə qaytarılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli və JN-886 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən Qəbələ rayonu Bum qəsəbəsində İddiaçı Aləddı̇ n oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.09 ha torpaq sahəsinin 0.7681 ha hissəsinə gedən yol yeri açılmalı, nəzərdə tutulmuş yol yerində cavabdehlər tərəfindən quraşdırılmış ağac dirəkləri, tikanlı məftillər və dəmir barmaqlıqlardan ibarət qapılar cavabdehlər Qərı̇ bov Ruslan Rəsul oğlu, Cavabdeh2 Məzahı̇ r oğlu, Əzı̇ zov Sərxan Namı̇ zəd oğlu və Vəlı̇ yev Səmı̇ mi Nı̇ yazı oğlunun öz hesablarına söküllüb, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat cavabdehlər Qərı̇ bov Ruslan Rəsul oğlu, Cavabdeh2 Məzahı̇ r oğlu, Əzı̇ zov Sərxan Namı̇ zəd oğlu və Vəlı̇ yev Səmı̇ mi Nı̇ yazı oğlundan müştərək qaydada tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət e t d i:
İddia təmin edilsin. JN-886 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən Qəbələ rayonu Bum qəsəbəsində İddiaçı Aləddı̇ n oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.09 ha torpaq sahəsinin 0.7681 ha hissəsinə gedən yol yeri açılsın, nəzərdə tutulmuş yol yerində cavabdehlər tərəfindən quraşdırılmış ağac dirəkləri, tikanlı məftillər və dəmir barmaqlıqlardan ibarət qapılar cavabdehlər Qərı̇ bov Ruslan Rəsul oğlu, Cavabdeh2 Məzahı̇ r oğlu, Əzı̇ zov Sərxan Namı̇ zəd oğlu və Vəlı̇ yev Səmı̇ mi Nı̇ yazı oğlunun öz hesablarına söküllüb, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat cavabdehlər Qərı̇ bov Ruslan Rəsul oğlu, Cavabdeh2 Məzahı̇ r oğlu, Əzı̇ zov Sərxan Namı̇ zəd oğlu və Vəlı̇ yev Səmı̇ mi Nı̇ yazı oğlundan müştərək qaydada tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elman İsayev