Məhkəmə qərarları › İş №2(025)-838/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-838/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-838/2024 30.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və İddiaçı icra məmuru (stajor) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi iddia qaldıraraq Cavabdeh 2277.40 manat tutularaq AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin müvafiq hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı icra məmuru (stajor) X3 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(025)-34/2022 saylı hökmü ilə AR CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza müddəti ərzində üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Məhkum Qəbələ rayon İPŞ-də qeydiyyata götürüldükdən sonra xx.xx.2023-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək cihazın zədələnməsi nəticəsində dəymiş zərərin onun tərəfindən ödənilməsi barədə qabaqcadan xəbərdar edilib müvafiq protokol tərtib edilməklə bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağın enerji bankı, iki ədəd siqnal ötürücüsü, bir ədəd adaptor Cavabdeh təqdim olunmuşdur. Şəmiyev Cavabdeh cəzanı çəkməkdən boyun qaçırmaq məqsədilə ona tətbiq edilən ENV-ni fiziki qüvvə tətbiq etməklə bağlama yerindən qoparmış və sonra üzərinə qoyulan ərazi məhdudiyyəti tələblərini pozaraq Qəbələ rayonu ərazisini tərk etmişdir. Ona tətbiq olunan ENV-nin zədələnməsi nəticədə qurğu tamamilə yararsız vəziyyətə düşdüyü üçün istismardan çıxarılmışdır. Ona görə də, Cavabdeh 2277,40 manat tutularaq AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin müvafiq hesaba ödənilməsi haqqında iddia qaldırılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(025)-34/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh AR CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza müddəti ərzində üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00dək yaşayış yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-75/2023 saylı qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1(025)- 34/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 02 mart 2023-cü il tarixli protokola əsasən məhkum Cavabdeh bir ədəd “Attent” markalı 35628418 nömrəli mobil qurğu, CE31942 nömrəli qolbaq elektron nəzarət vasitəsi olan komplekti təhvil verilmiş və ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(025)-25/2023 saylı qərarın surətinə əsasən Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 1(025)-34/2022 nömrəli 07 dekabr 2022ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 13 (on üç) gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək ona 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli 3-16-16/2-3/2183 nömrəli ekspert rəyinə əsasən İddiaçı tərəfindən tədqiqata təqdim edilən “Attent” markalı elektron nəzarət qurğusunun üzərində rəyin tədqiqi hissəsində təsvir edilən qırılma zədələri var, təqdim edilmiş elektron nəzarət qurğusu fiziki qüvvə təsil edilməsi nəticəsində bağlanma yerlərindən qırılmışdır. İşdə olan AR "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ED-M-№ 96-21 nömrəli məlumata əssən 1 ədəd “Attent” markalı elektron nəzarət vasitəsinin qiyməti 347,40 manat ƏDV ilə birlikdə 2277,40 manat təşkil edir. AR Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2277,40 manat tutulub X1 Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat tutulub iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************: səviyyə kodu: 1: təsnifat kodu: 142330: valyuta: azn, VÖEN: **********) ödənilsin. Cavabdeh 43,0 manat dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar