Məhkəmə qərarları › İş №2(025)-849/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-849/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-849/2020 24.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş xx.xx.2020-ci il tarixdən onun himayəsinə verilən X1 üçün xx.xx.2019-cu il tarixli qətnamədə qət edilmiş 80 manat sabit pul məbləği, eyni zamanda himayəsində olub həmin məhkəmə qətnaməsi ilə xx.xx.2013-cü il tarixdə doğulmuş X2 üçün tutuluan 80 manat sabit pul məbləğində alimentin məbləği hər iki uşağa münasibətdə hər ay hər uşağa 160 manat sabit pul məbləğində cəmi hər ay 320 manat sabit pul məbləğində tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-103/2019 saylı qətnaməsinə əsasən hər uşağa 80 manat olmaqla təyin olunmuş aliment məbləğinin dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü Elvaris və xx.xx.2013-cü il təvəllüdlü Ayşən adlı övladlarının yetkinlik yaşına çatanadık saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2012-ci il tarixdə evlənərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Elvaris və xx.xx.2013-cü il tarixdə isə Ayşən adlı uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)- 103/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, hər iki uşağın onun himayəsində saxlanılması qət edilmişdir. Qətnamədə həmçinin xx.xx.2012-ci il təvəllüdlü uşağın cavabdehdən alınıb ona verilməsi və alimentin hesablanması uşağın ona verildiyi tarixdən hesablanması qət edilmişdir. Qətnamənin cavabdehin yanında (himayəsində) olan Elvarisin alınıb ona verilməsi tələbinin icrası Qəbələ İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icra edilmişdir. Hazırda hər iki uşaq onun yanındadır. Qəbələ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş, hər uşağa 80 (səksən) manat sabit pul məbləğində aliment hesab edir ki, hazırkı dövrdə çox azdır və bu məbləğ uşaqların ərzaq, geyim və dərs ləvazimatlarının cüzi bir hissəsinin ödənilməsinə kifayətdir. Ona görə də cavabdehin uşaqların minimum tələbatını ödəmək imkanına malikdir. Ancaq könüllü ödənişdən yayınır. Ona görə də cavabdehdən hər uşağa hər ay Respublikada uşaqlar üçün 2020-ci il tarixdə müəyyən olunmuş yaşayış minimumu həddində, yəni hər uşağa 160 manat sabit pul məbləğində cəmi 320 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-103/2019 saylı qətnaməsi ilə cavabdehdən aliment tutulması qət edilsə də, uşağını cavabdehdən almaq üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək alimentdən imtina etmişdir. Hal-hazırda isə uşaqlara baxmağa maddi imkanı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, hazırda işsizdir. Alimenti ödəməyə maddi imkanı yoxdur və iddiaçı onun uşaqla görüşməyinə şərait yaratmır. Həmçinin himayəsində yaşlı anası vardır. Alimenti imkanı çatdıqca ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-103/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X13 arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2012-ci il aprelin ayının 27-də qeydə alınmış 32 nömrəli nikahın pozulması, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X7 iddiaçı X8 yanında saxlanılması, xx xxx 2012-ci il təvəllüdlü X6 Cavabdeh alınıb anası X9 verilməsi, Cavabdeh 2018ci il avqustun 30-dan başlayaraq uşağı - xx xxxxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulub X9 verilməsi, xx xxx 2012-ci il təvəllüdlü X1 üçün 80 (səksən) manat sabit pul məbləğində aliment X6 Cavabdeh alınıb iddiaçı X9 verildiyi tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 190651 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 888 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X10r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 872510 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-i ildə 330 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X10r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 250280 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X13 arasında nikahın pozulması xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Xalidli soyadı verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Bunud kənd İƏD tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X4 rayonu, Bunud kəndində yaşayır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1991-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA0543879 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh02aprel 1984-cü il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxx 2012-ci il təvəllüdlü X11 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx xxx 2012-ci il təvəllüdlü X11 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yanındadır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)- 103/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X13 arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2012-ci il aprelin ayının 27-də qeydə alınmış 32 nömrəli nikahın pozulması, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X7 iddiaçı X8 yanında saxlanılması, xx xxx 2012-ci il təvəllüdlü X6 Cavabdeh alınıb anası X9 verilməsi, Cavabdeh 2018-ci il avqustun 30-dan başlayaraq uşağı - xx xxxxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulub X9 verilməsi, xx xxx 2012-ci il təvəllüdlü X1 üçün 80 (səksən) manat sabit pul məbləğində aliment X6 Cavabdeh alınıb iddiaçı X9 verildiyi tarixdən hesablanması, iddiatələbininqalanhissədə təminolunmaması qətedilmişdir.İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx xxx 2012ci il təvəllüdlü X11 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 üçün hər uşaq üçün 160 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, hal-hazırda işsiz olduğunu, himayəsində yaşlı anasının olmasını və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq xx xxx 2012-ci il təvəllüdlü X11 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını, cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 100 (bir yüz) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, iddiaçının cavabdehin hər ay 320 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-103/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx xxx 2012-ci il təvəllüdlü X11 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-103/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx xxx 2012-ci il təvəllüdlü X11 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar