Məhkəmə qərarları › İş №2(025)-873/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-873/2022

18.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-873/2022 18.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "bağlanmış yolun açılması, tikanlı məftildən çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: bağlanmış yolun açılması, tikanlı məftildən çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "bağlanmış yolun açılması, tikanlı məftildən çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "bağlanmış yolun açılması, tikanlı məftildən çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh X14 tərəfindən İddiaçı1, Cavabdeh2 tərəfindən isə İddiaçı2 mülkiyyətinə gedən yoldan istifadələrinə törədilən maneələrə son qoyulması, cavabdehlərin hesabına yola çəkilmiş tikanlı məftil hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, torpaq islahatı keçirilən zaman onlara ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində kənd təsərrüfatı təyibatlı pay torpaq sahəsi verilmişdir. Pay torpaq sahəsi 2,67 ha olmaqla ona İddiaçı1 və digər ailə üzvlərinin adına JN – 242 saylı, kodu 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə, 1,58 ha torpaq sahəsi onun, İsmiyev və digər ailə üzvlərinin adına JN-239 saylı kodu 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Hər iki torpaq sahəsi iddiaçılara və ailə üzvlərinə Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə verilmişdir. Onlar qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli istifadə edə bilmirlər. Cavabdehlər tərəfindən hər iki qonşu torpaq sahəsinə gedən yolun tikanlı məftil hasarla və yolun hərəkət hissəsinə yasəmən əkməklə hərəkətlərini (gediş-gəlişlərini) tam olaraq məhdudlaşdırmışlar. Dəfələrlə cavabdehlərə yolun qanunsuz bağladıqlarını, nəticədə mülkiyyətlərində olan torpaq sahələrinə gedə bilmədiklərini, torpaqdan səmərəli istifadə edə bilmədiklərini bildirsələr də, nəticəsi olmamış, əksinə yoldan istifadəyə maneələrini davam etdirmişlər. Qeyd olunan maneələri ilə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə, səmərəli istifadələrinə maneələr yaratmışlar. Həmin maneələri könüllü aradan qaldırmaqdan bilərəkdən yayınırlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 mütəxəssis rəyini nəzərə alaraq, yol yerinin açılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, mütəxəssis rəyi ilə tanış olmuş və mütəxəssis rəyində yol yerinin onun və İddiaçı1 istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü göstərilmişdir. İddiaçı1 tərəfindən yol yeri açıldığı təqdirdə, o da yol yerini açmağa hazırdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mütəxəssis tərəfindən verilmiş rəydən də göründüyü kimi yol yeri onun tərəfindən bağlanmamışdır. Bu səbəbdən iddia tələbinin ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X4, İddiaçı1, X2, X5, X6 və X1 ümumi birgə mülkiyyətinə 2,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-239 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X3, X15, X16, İddiaçı2 və X9 ümumi birgə mülkiyyətinə 1,58 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 sentyabr 2022-ci il tarixli, **********43 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə X4 və 5 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 2,67 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda yol mövcud deyil. Yol yeri İddiaçı1 və Cavabdeh1 istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə X3 və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 1,58 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda yol mövcud deyil. Yol yeri İddiaçı1 və Cavabdeh1 istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Sözügedən torpaq sahələrinə nəzərdə tutulmuş yol yerinin 0,1435 hektar hissəsi İddiaçı1, 0,0823 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Sözügedən torpaq sahələrinə nəzərdə tutulmuş yol yerlərinin kənarları kol çəpər ilə hasarlanmışdır. İşdə olan Qəbələ rayon Nic Bələdiyyəsi tərəfindən Nic qəsəbə sakinləri İddiaçı2 və İddiaçı1 ünvanlanmış 05 aprel 2022-ci il tarixli, 24 nömrəli məktubda göstərilmişdir ki, mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun zəbt olunduğunu, həmin yol problemi ilə əlaqədar məhkəmədəyə müraciət etmək tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən 2,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsiverilmişdir.Eyni zamanda İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə JN-239 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Lakin iddiçılar, həmin torpaq sahələrinə gedən yolun cavabdehlər tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. İddiaçılarmülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yoluna cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmasını, cavabdehlər tərəfindən tutulmuş yol yerinin açılmasını tələb edirlər. Cavabdeh1 isə yol yerinin onların mülkiyyətlərində olduğunu, yol yerinin onlar tərəfindən bağlanıldığı təqdirdə könüllü olaraq açmağa hazır olduqlarını bildirmişlər. Məhkəmə tərəfindən mülki işə mütəxəssis cəlb edilmiş və mütəxəssis rəyinin verilməsiAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 sentyabr 2022-ci il tarixli, **********43 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə X4 və 5 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 2,67 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda yol mövcud deyil. Yol yeri İddiaçı1 və Cavabdeh1 istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə X3 və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 1,58 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda yol mövcud deyil. Yol yeri İddiaçı1 və Cavabdeh1 istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Sözügedən torpaq sahələrinə nəzərdə tutulmuş yol yerinin 0,1435 hektar hissəsi İddiaçı1, 0,0823 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Sözügedən torpaq sahələrinə nəzərdə tutulmuş yol yerlərinin kənarları kol çəpər ilə hasarlanmışdır. Məhkəmə yuxarıda qeyd edilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Beləliklə, iddiaçıların iddia tələbindən görünür ki, iddiaçılarmülkiyyətlərində olan torpaq sahələrinə gedən yolun istifadəsinəcavabdehlər tərəfindən törədilən manelərə son qoyulmasınıvə yol yerinin açılmasını tələb edir. Hazırkı iddia tələbi üzrə mütəxəssis rəyindən görünür ki, İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,67 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə, həmçinin İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,58 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinəgedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda yol mövcud deyil. Sözügedən torpaq sahələrinə nəzərdə tutulmuş yol yerinin 0,1435 hektar hissəsi İddiaçı1, 0,0823 hektar hissəsi Cavabdeh1 istifadəsindədir.Göründüyü kimi mütəxəssis rəyindən də müəyyən edilir ki, iddiaçılarınmülkiyyətlərində olan torpaq sahələrinə gedən yol yerinin0,0823 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia etdikləri və mülkiyyətlərində torpaq sahələrinə gediş-gəliş yolu ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yerinin 0,0823 hektar hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Cavabdeh1 mütəxəssis rəyi ilə razılaşmış və yol yerini açmağa hazır olduğunu bildirmişdir. İddiaçılar yol yerinin açılmasını tələb edir və mütəxəssis rəyinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yerinin 0,0823 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Bu səbəbdən iddiaçılarsözügedən yol yerindən istifadə edə bilmirlər. Bu səbəbdən Cavabdeh1 tərəfindən iddiaçılarnın mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri açılmalı və həmin yol yerinə Cavabdeh1tərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdikləri maneə qismən mövcud olduğundan iddia qismən əsaslıdır və bu səbəbdən iddia tələbiqisməntəmin edilməlidir. Belə ki, iddiaçılar iddia ərizəsində onların və ailə üzvlərinin mülkiyyətində olan yol yerinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulduğunu qeyd etsələr də, mütəxəssis rəyindən də göründüyü kimi iddiaçıların iddia etdikləri yol yerinin 0,0823 hektar hissəsinin Cavabdeh1 istifadəsində olması müəyyən edilmiş, lakin Cavabdeh2 tərəfindən iddiaçılara məxsus torpaq sahələrinə gedən yol yerinin tutulması və ya hər hansı maneəçilik törədilməsi müəyyən edilməmişdir. İddiaçılar isə onların və ailə üzzvlərinin mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol yerinin Cavabdeh2 tərəfindən də tutulmasına və ya hər hansı maneəçilik törədilməsinə dar sübut təqdim etməmişlər. Bu səbəbdən iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəyinə iddiaçılara və onların ailə üzvlərinə məxsus torpaq sahələrinə gedən yol yerinin 0,0823 hektar hissəsi Cavabdeh1 istifadəsindədir və Cavabdeh1tərəfindən tutulmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərində mülkiyyətlərinə gedən yola cavabdehlərin hesabına çəkilmiş tikanlı məftil hasarın da sökülməsini tələb etmişlər. İşdə olan mütəxəssis rəyindəndən də göründüyü kimi, sözügedən torpaq sahələrinə nəzərdə tutulmuş yol yerlərinin kənarları kol çəpər ilə hasarlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahələrinə gedən yolun 0,0823 hektar hissəsi Cavabdeh1 istifadəsində olduğundan həmin hissədə yola çəkilmiş tikanlı məftil hasar Cavabdeh1 tərəfindən sökülməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,67 ha torpaq sahəsinə və JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə gediş-gəliş yolunun (mütəxəssis rəyinə əlavə edilmiş sxemlər nəzərə alınmaqla) 0,0823 ha hissəsindən Cavabdeh1 tərəfindən istifadəyə törədilən maneələrə son qoyulmalı və həmin hissədə yola çəkilmiş tikanlı məftil hasar Cavabdeh1 tərəfindən sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. JN-242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,67 ha torpaq sahəsinə və JN- 242 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə gediş-gəliş yolunun (mütəxəssis rəyinə əlavə edilmiş sxemlər nəzərə alınmaqla) 0,0823 ha hissəsindən Cavabdeh1 tərəfindən istifadəyə törədilən maneələrə son qoyulsun və həmin hissədə yola çəkilmiş tikanlı məftil hasar Cavabdeh1 tərəfindən sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar