Məhkəmə qərarları › İş №2(025)-879/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-879/2022

15.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-879/2022 15.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq münasibətləri üzrə sair mübahislər) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu Vəndam kəndində yerləşən 15.01 2014-cü il tarixli, 0316148, ******* saylı DƏDR-dən Çıxarışlara əsasən mərhum anası X2 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələri üzərində Qəbələ rayon məhkəməsinin xx.xx.2017ci il tarixli, 169 saylı qətnaməsi ilə vərəsəlik hüququnun tanındığı və xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri amaraq ona qaytarılması, cavabdehin qanunsuz olaraq bağladığı metal torların cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin verdiyi 15.01 2014-cü il tarixli, ********** saylı DƏDR- dən Çıxarışlara əsasən mərhum anası X2 miras qalmış 0.15 ha torpaq sahəsi və xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarışa əsasən 0.0927 ha torpaq sahəsi isə onun öz mülkiyyətindədir. Qeyd etdiyi hər iki torpaq sahəsində ona istifadə etməyə qardaşı Cavabdeh imkan vermir. Hər gün aralarında söz-söhbət olur. Ona sakit həyatını yaşamağa imkan vermirlər. Çünkü yuxarda qeyd etdiyi öz mülkiyyətində olan torpaq sahələrinə onu buraxmır və ona mülkiyyətindən tam olaraq istifadə etməyə imkan vermir. Onun mülkiyyətində olan torpaq sahələrinin bir hissəsəində özbaşına ağac əkir, metal tor çəkir. Dəfələrlə qardaşı Cavabdeh torpaq sahəsindən çıxmağı, torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Lakin bu günədək nəticə əldə edə bilməmişdir. Yuxarda qeyd etdiyi problemlərlə qarşılaşıdığı üçün o, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək məcuriyyətində qaldı. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının şözü gedən iddiasını o, qəbul etmir. Belə ki, qanuni qüvvəsini almış eyni əsas və eyni predmet ilə həll olunmuş məhkəmə qətnamələri olmağına baxmayaraq İddiaçı yenidən eyni iddia tələbi ilə müraciət edir. 01 may 2003-cü ildə atası X1 miras qalmış 0.20 ha torpaq sahəsi və tikililər 2-35/2003 saylı Qəbələ rayon məhkəməsinin verdiyi qətnaməyə əsasən vərəsələr arasında bölünmüşdür. Bölgüdən sonra anası X4 0.10 ha torpaq sahəsi qalmışdır. X4 faktiki olaraq 0.10 ha qaldığı halda DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi saxtakarlıq edərək dolayısı yolla ona xx.xx.2014-cü il tarixli seriya RX0316149 saylı dövlət çıxarışı ilə 0.15 ha torpaq sahəsinin sənədini vermişlər. Bütün problemlərdə bundan sonra əmələ gəlmişdir. Belə ki, 2003-cü ildə Azərbaycan Respublikası adından çıxarılmış Qətnaməyə əsasən həllini tapmış işə aşağıdakı vaxtlarda yenidən baxılmış və nəticədə Azərbaycan Respublikası MPM-nin 82.3-cü,152.2-ci,233.3-cü,259.0.4cü,262.4-cü və Mülki Məcəllənin 19-cu maddələri kobud şəkildə pozulmuşdur. 1. 31 yanvar 2017-ci il tarixli 2 (0.25)-169/2017 saylı iş. Qəbələ rayon məhkəməsi (hakim X6), 2. 31 oktyabr 2019-cu il tarixli 2 (0.25)-15/2019 saylı iş.Qəbələ rayon məhkəməsi (hakim Əliyev Abbas Baba oğlu), 3. xx.xx.2020-ci i! tarixli 2 (107)-376/2020 saylı iş.Şəki Apelyasiya Məhkəməsi (hakim X7), 4. xx.xx.2021-ci il tarixli 2/1/(116)-415/2021 saylı qərar.Şəki İnzibati Məhkəməsi (hakim X5), 5. Şəki Apelyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1 (107)-449/2021 saylı iş (hakim Məiikov Vəzirxan). Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi üzərində X3 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabında 78 nömrəli vərəqədində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 739203 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0927 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabında 79 nömrəli vərəqədində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 739202 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan JN-1132A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X3 tam mülkiyyətinə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 01 may 2003-cü il tarixli, 2(025)-35/2003 saylı Qətnaməsi ilə X3 Cavabdeh qarşı “evdən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-35/2003 saylı mülki işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22080 saylı ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən mərhum X3 mülkiyyətində olan RX № ******* saylı Çıxarışa əsasən 0.15 ha və RX № ******* saylı Çıxarışa əsasən 0.0927 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi verilmədiyindən və eyni zamanda torpaq sahəsinin faktiki vəziyyəti ilə Ərazi idarəsində mövcud olan elektron məlumatlar ilə müqayisədə uyğunsuzluq olması səbəbindən sarpaq sahələri naturada bölünərək ayrılması və sərhədlərinin müəyyən edilməsi mümkün deyildir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2010-cu il tarixli, 2(025)-76/2010 saylı Qətnaməsi ilə iddia qismən təmin edilmiş, Torpağın Mülkiyyətə verilməsinə dair JN-1132A və JN- 1132F saylı kod 40600048 olan Şəhadətnamələr və Torpağa Mülkiyyət hüququna Dair JN- 1380 saylı kod 40600048 olan Dövlət Aktı ilə mərhum X2 miras qalmış 0,20 ha, 0,13 ha və 0,12 ha torpaq sahələrinin hər birinin 2 yerə (0,20 ha : 2 = 0,10; 0,13 : 2 = 0,065 və 0,12 : 2 = 0.06) bölünməsi, bölgüdən sonra alınan torpaq sahələrinin yarısı, yəni 0,05 ha, 0,03,3 ha və 0,03 ha, cəmi 0,11,3 ha həcmində torpaq sahələrinin məcburi pay qismində ayrılması və həmin torpaq sahələrinin Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(025)-169/2017 saylı Qətnaməsi ilə X2 «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı və RX № ******* saylı Çıxarışlara əsasən miras qalmış 0.09 ha kənd təsərrüfatı təyinatlı və 0.15 ha torpaq sahələri üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 saylı Qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahələrinin naturada ayrılmaqla sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(107)- 376/2020 saylı Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.927 ha torpaq sahəsinə və mərhum anası X3 adına ********** qeydiyyat nömrəli. xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə plan və ölçü sənədlərinin, hazırlanması öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2-1(107)- 449/2021 saylı qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövi) Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-1132A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən X3 tam mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.15 ha torpaq sahəsi və RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.09 ha torpaq sahələri üzərində X3 mülkiyyəti hüquuq xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.15 ha torpaq sahəsi və RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.0927 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyəti hüquuq xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı Qəbələ rayonu Vəndam kəndində yerləşən xx.xx.2014-cü il tarixli, 0316148, ******* saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X2 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələri üzərində Qəbələ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 169 saylı qətnaməsi ilə vərəsəlik hüququnun tanındığı və xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehin qanunsuz olaraq bağladığı metal torların cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahəsinin əvvəllər onun mülkiyyətində olduğunu göstərib, 2021-ci ildə başqa şəxsə satdığını, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının iddia tələbini Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014cü il tarixli, RX №0316148, RX №0316149 saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X2 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması hissəsində aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, iddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, RX №0316148, RX №0316149 saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X2 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı mübahisəli torpaq sahəsinin mərhum X3 mülkiyyətində olduğu aşkar edilmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-169/2017 saylı qətnaməsi ilə iddiaçının həmin torpaq sahələri üzərində vərəsəlik hüququ tanınsa da, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq sənəd (Çıxarış) əldə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və deməli, “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması”na iddia tələbi “Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, RX №0316148, RX №0316149 saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X2 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələri”nə aid olan hissədə iddiaçının maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi mülkiyyətçinin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2ci maddəsi). Bundan başqa məhkəmə iddiaçının iddia tələbini Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahəsinin zəbt olunmuş hissəsinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması hissəsində aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir. Məhkəmə qeyd edir ki, hal-hazırkı tərəflər arasında eyni predmet üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2010-cu il tarixli, 2(025)-76/2010 saylı Qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilmiş, Torpağın Mülkiyyətə verilməsinə dair JN- 1132A və JN-1132F saylı kod 40600048 olan Şəhadətnamələr və Torpağa Mülkiyyət hüququna Dair JN- 1380 saylı kod 40600048 olan Dövlət Aktı ilə mərhum X2 miras qalmış 0,20 ha, 0,13 ha və 0,12 ha torpaq sahələrinin hər birinin 2 yerə (0,20 ha : 2 = 0,10; 0,13 : 2 = 0,065 və 0,12 : 2 = 0.06) bölünməsi, bölgüdən sonra alınan torpaq sahələrinin yarısı, yəni 0,05 ha, 0,03,3 ha və 0,03 ha, cəmi 0,11,3 ha həcmində torpaq sahələrinin məcburi pay qismində ayrılması və həmin torpaq sahələrinin Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(025)-169/2017 saylı Qətnaməsi ilə X2 «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı və RX № ******* saylı Çıxarışlara əsasən miras qalmış 0.09 ha kənd təsərrüfatı təyinatlı və 0.15 ha torpaq sahələri üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır. Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 saylı Qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahələrinin naturada ayrılmaqla sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(107)-376/2020 saylı Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.927 ha torpaq sahəsinə və mərhum anası X3 adına ********** qeydiyyat nömrəli. xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə plan və ölçü sənədlərinin, hazırlanması öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2-1(107)-449/2021 saylı qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövi) Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tərəflərin əvvəllər Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.0927 ha torpaq sahəsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllin tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçınun Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar