Məhkəmə qərarları › İş №2(025)-88/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-88/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-88/2022 16.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və XXX Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, cavabdeh XXX Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və XXX Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və XXX Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə məxsus olan “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 1680.41 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 37.21 manat dövlət rüsumunun, cavabdehlər Cavabdeh2 və XXX Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində Cavabdeh2 məxsus və XXX Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21214” markalı, **-KO-*** qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu. Zarağan kəndi ərazisində diqqəti idarəetmədən yayındığı üçün ondan qarşıda eyni istiqamətdə olan İddiaçı MMC-nin mülkiyyətində olan X9 etibarnamə ilə idarə etdiyi “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. İstintaq və Təhqiqat Şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardanda görünür ki, XXX Cavabdeh1 yol-nəqliyyat hadisəsində təqsirli bilinərək inzibati qaydada cərimə olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nə məxsus “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. “SERVİS MƏRKƏZİ” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6370 manat məbləğində maddi ziyan hesablanmışdır. XXX Cavabdeh1 idarə etdiyi Cavabdeh2 məxsus “VAZ 21214” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalayan "xxxx" Şirkəti ASC tərəfindən yol nəqliyyat hadisəsində iki avtomobilə zərər vurulması səbəbindən İddiaçı MMC-nə dəymiş ziyana görə xx.xx.2021-ci il tarixdə 4689.59 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsait İddiaçı MMC-nə dəymiş ziyanı ödəməsinə kifayət etməmişdir. Odur ki, dəymiş ziyana görə 1680.41 manat məbləğində pul İddiaçı MMC-nə ödənilməlidir. Buna görə də “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəyə yararlı vəziyyətə gətirmək üçün 1680.41 manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 36.81 manat dövlət rüsumu İddiaçı MMC-nə ödənilməlidir Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh XXX Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan, X4 etibarnamə ilə idarə etdiyi **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və həmin ziyana görə 4689.59 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən İddiaçıya ödənilmişdir. İddiaçı ona ödənilmiş məbləğlə razıişmayaraq "xxxx" MMC-nin Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında avtomobilə dəymiş maddi ziyanın məbləği 6370 manat müəyyən olunduğundan həmin məbləğlə ona ödənilmiş məbləğ (4689.59 manat) arasındakı fərqin (1680.41 manat) İddiaçıya ödənilməsini tələb edir. Əgər iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin təsis sənədlərinə nəzər salsaq İddiaçının təsisçilərindən birinin ən çox payla (50%) "xxxx" MMC-nin olduğunu müəyyən edə bilərik. Beləliklə "xxxx" MMC-nin İddiaçıya münasibətdə maraqlı şəxs olduğu danılmaz faktdır. Belə olan halda servis mərkəzinin "xxxx" MMCyə məxsus olduğunu nəzərə alaraq, həmin servis mərkəzi tərəfindən dəymiş zərərin 6370 manat məbləğində müəyyən edilməsi həmin məbləğə əsaslı şübhələr yaradır. Digər tərəfdən "xxxx" MMCnin servis mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2021 - ci il tarixli qüsur aktına əsasən ümumi ehtiyat hissələrinin dəyəri - 4280 manat; ümumi xidmət haqqı - 2090 manat, ümumi məbləğ 6370 manat (4280+2090 = 6370) müəyyən edilmişdir. Göründüyü kimi, həmin akta əsasən yalnız xidmət haqqı 2090 manat müəyyən olduğu halda, ehtiyat hissələrinin dəyəri ona ödənilən məbləğdən 409 (4689-4280 = 409) manat azdır. Beləliklə, İddiaçı tərəfindən yalnız özünün (öz təsisçisinin) servis mərkəzi tərəfindən göstərilən xidmətə görə haqq tələb etməsi açıq aydın görünür. Ziyan dəymiş avtomobil İddiaçıya məxsus olduğundan, "xxxx" MMC İddiaçı üçün qarşılıqlı asılı (maraqlı) şəxs olduğundan və nəticədə servis mərkəzi İddiaçıya məxsus olduğundan avtomobilə dəymiş zərər süni şəkildə şişirdilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən tələb olunan məbləğin nəyə əsasən müəyyən olunduğu iddia ərizəsində əsaslandırılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 22 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, toplanmış materialdan müəyyən olunmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X5 yüngül dərəcəli bədən xəsarətləri aldığından göstərilən xiisusatda cinayət hadisəsi yoxdur. Lakin sürücü Cavabdeh1 qarşıda gedən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamamaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş və Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 isə avtomobili etibarnamə olmadan idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin tələblərini pozmuş və Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 əməllərində hər hansı inzibati xəta və cinayət hadisəsi əlamətləri aşkar edilməmişdir. Həmçinin qeyd olunan qərara əsasən toplanmış HK-1/ 869 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 və X10 barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti BDYPİ-nin YPX Alayına verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “Ravon R4” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı motosikletə avtomobilə zərərin ümumi məbləği 6370 (altı min üç yüz yetmiş) manat təşkil edir. İşdə olan “AutoBox”automobile services tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “Ravon R4” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı motosikletə avtomobilə İşdə olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 15/869 saylı arayışdan görünür ki, 02 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən 75-ci km-də sürücü Qəbələ rayonu Xırxatala kəndində yaşayan xx.xx.1994-cü il təv. XXX Cavabdeh1 İsmayıllı istiqamətində idarə etdiyi VAZ 21214 markalı, ** KO *** dövlət qeydiyyat nişanlı minik avtomobili qarşıda eyni istiqamətdə hərəkət edən, Oğuz rayonu Mollalı kəndində yaşayan xx.xx.1972-ci il təv. X6 idarə etdiyi Ravon R4 LTZ markalı, ** PU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən Ravon R4 LTZ markalı avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan, Ağdaş rayonu C.Məmmədquluzadə küç. 1/13-də yaşayan xx.xx.1969-cu il təvəllüdlü X7 idarə etdiyi VAZ 21063 markalı, ** DS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsinə dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Ravon R4 LTZ markalı avtomobilin salonunda olan sərnişin, Oğuz rayon Tərkeş kəndində yaşayan xx.xx.1974-cü il təvəllüdlü X5 xəsarət almışdır. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.

1. "Ravon R4 LTZ" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli 9/1189 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "Ravon R4 LTZ" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı, 2020-ci il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6199 (altmın bir bir yüz doxsan doqquz) manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat təşkil edir. İşdə olan PXA93258 saylı 01 oktyabr 2021-ci il tarixli sığorta aktından görünür ki, “VAZ 21214” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillin xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 4689.59 manat məbləğində pul vəsaiti cavabdehin sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı hesabina ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "Ravon R4 LTZ" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir və xx.xx.2021-ci il tarixli daxili lizing müqaviləsinə əsasən X8 lizingə verilmişdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. İş materialları ilə müəyyən edildi ki, XXX Cavabdeh1 02 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi “VAZ 21214” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan və X6 lizing müqaviləsi və etibarnaməyə əsasən idarə etdiyi "Ravon R4 LTZ" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “"Ravon R4 LTZ" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, "Ravon R4 LTZ" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişməli hissələrinin qiyməti 4109 manat, təmir-bərpa işlərinin qiyməti 2090 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 6370 (altı min üç yüz yetmiş) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin İddiaçı iddia tələbinin Cavabdeh2 qarşı olan hissədə əsassız hesab edir. Belə ki, AE seriyalı, 081978 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ 21214” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materillarında olan xx.xx.2021-ci il tarixli ƏN-V № 567619 saylı Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh2 özünə məxsus “VAZ 21214” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiiyətini etibar edilən XXX Cavabdeh1 vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin maddənin 2-ci bəndinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom eneıjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüwəniiı təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur, Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzəfinə qoyula bilər. Göründüyü kimi, “VAZ 21214” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobili üzrə idarəetmə səlahiyyəti avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl xx.xx.2021-ci il tarixində XXX Cavabdeh1 verilmişdir və XXX Cavabdeh1 qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, həmin şəxsin vurduğu zərər üçün Cavabdeh2 məsuliyyət daşımalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia XXX Cavabdeh1 dəymiş zərərin məbləği 1509.41 manat və ödənilmiş dövlət rüsumu 37.21 manat olmaqla, cəmi 1546.62 (bir min beş yüz qırx altı manat altmış iki qəpik) manat pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat cavabdeh XXX Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 37.50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh XXX Cavabdeh1 dəymiş zərərin məbləği 1509.41 manat və ödənilmiş dövlət rüsumu 37.21 manat olmaqla, cəmi 1546.62 (bir min beş yüz qırx altı manat altmış iki qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh XXX Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar