Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-881/2023 20.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı2 və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2021-ci il tarixdə Qəbələ şəhəri 28 May küçəsində yerləşən fermada baş vermiş 88 baş quzuların nisyə satışından cavadeh Cavabdeh onlara borclu olduğu 8750 (səkkiz min yeddi yüz əlli ) manat məbləğində pulun və Qəbələ Rayon Məhkəməsinə iddianın verilməsi ilə bağlı ödədikləri 107,5 (bir yüz yeddi manat əlli qəpik) pulun cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, 2018-ci ildən Qəbələ şəhəri 28 May küçəsində yerləşən fermada heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Həmin fermada Qəbələ rayon sakinləri X4, X2, X5, X1 ilə onlar vətəndaşlardan aldıqları quzuları bordaklayırdırlar. Sonra iddiaçılar həmin quzuları Qəbələ rayonu ərazisində fəaliyyət göstərən müxtəlif qəssabalara nağd və ya nisyə satırdırlar və yenidən quzuları əldə edib bordaklayırlar. 20 avqust 2021-ci il tarixdə Qəbələ şəhəri 28 May küçəsində yerləşən fermada Qəbələ rayonun ərazisində qəssablıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında 88 baş quzuların nisyə satılması haqqında müvafiq müqavilə tərtib etməklə həmin müqaviləni öz imzaları ilə təsdiq etmişlər. Bu müqavilədə həmin fermer təsərrüfatlarında bordaklayaraq saxlatdıqları 88 (səksən səkkiz) baş diri erkək quzular, hər bir başı orta hesabla (hər erkək quzunun kəsilmiş - ət çəkisi olaraq 15-16 kiloqramdan hesablaşmaqla və 1 kiloqramın 11-12 manat təşkil etdiyini nəzərə almaqla) 160 (bir yüz altmış) manat, cəmi 14080 (on dörd min səksən) manat quzuların ümümi nisyə satış qiyməti göstərilmişdir. Müqavilə əsasında Cavabdeh 20 avqust 2021 -ci il tarixdə qabaçadan heç bir ödəmə etmədən həmin 88 baş quzunu onlardan qəbul edib əvəzində müəyyənləşdirilmiş 14080 (on dörd min səksən) manat pul məbləğini (qiyməti) 30 oktyabr 2021 -ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Bu barədə fermada işləyən şəxslərin iştirakları ilə cavabdehlə aralarında 20 avqust 2021-ci il tarixli müvafiq təhvil-təslim aktı tərtib edilmişdir və tərəflər həmin aktı öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra quzuları qəbul etmiş cavabdeh iki ay ərzində bu quzuları müxtəlif şəxslərə nağd pula satmış və həmin satışdan qazanc əldə etmişdir. Buna baxmayaraq, cavabdeh onlara 20 avqust 2021-ci İİ tarixil müqaviləyə əsasən 14080 (on dörd min səksən) manat aldığı quzuların qiymətini 30 oktyabr 2021-ci il tarixədək ödəməmiş və bununla da nisyə satılmış quzuların ödənilməsi mövcud müqavilədə göstərilən öhdəliyinin qərəzli olaraq icra etməmişdir. 15 noyabr 2021-ci ii tarixdən 19 yanvar 2023-cü İİ tarixədək müxtəlif məbləğlərdə, cəmi 5330 manat məbləğdə olan nisyə aldığı quzuların qiymətini iddiaçılara ödəmiş olsa da, onlara cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat pulu ödəməyərək onlara borcu qalmışdır. Bununla bağlı 20 fevral 2023-cü il tarixdə nisyə satılmış həmin quzuların tam ödənilməməsinə dair üzləşmə aktı tərtib edilmişdir. Cavabdeh həmin aktı öz imzasl ilə təsdiqləyərək onlara cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borclu olduğunu etiraf etmişdir. 12 mart 2023-cü il və 27 mart 2023-cü il tarixlərdə poçt vasitəsi ilə cavabdehin ünvanına pul ödəmə öhdəliyinin icrasının tələbinə dair göndərdikləri yazılı bildirişi sonuncunun ünvanına çatdırılmasına baxmayaraq bu da heç bir nəticə verməmiş və cavabdeh öhdəliyini icra etməmiş və onlara heç bir məbləğ ödəməmişdir. İddiaya əlavə etdikləri "xxxx" MMC-nin 06 aprel 2023-cü il tarixli 10 saylı arayışdan görünür ki, 2021-ci ilin avqust, sentyabr və oktyabr aylarında 1 kq. qoyun ətinin qiyməti 12 manat, 1 kq. 12-16 kq-lıq əmlik quzu ətinin qiyməti 13 manat təşkil etmişdir. Eləcə də Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi nümayəndəliyinin 14 aprel 2023-cü il tarixli 29 saylı arayışdan görünür ki, onlar 2018-ci il tarixdən Qəbələ şəhəri 28 May küçəsində yerləşən fermada heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşdular. Qeyd olunanlara əsasən bu quzuların nisyə satışından onlara cavabdeh tərəfindən borclu olduğu 8750 (səkkiz min yeddi yüz əlli ) manat məbləğində pulun cavabdehdən alınıb xeyirlərinə tutulması tələbinə dair iddia tələbinin təmin edilməsini zəruri hesab edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı2 iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, hazırda onun iddiaçılara 8750 (səkkiz min yeddi yüz əlli ) manat məbləğində borcu qalmışdır. Başqa şəxslərə də borcları vardır. Buna görə də həmin borcları ödədikdən sonra iddiaçılara olan borcunu ödəyəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsini əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 20 avqust 2021-ci il tarixdə iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh arasında bağlanmış “quzuların nisyə satılması barədə müqavilə”dən görünür ki, müqaviləyə əsasən İddiaçı2, İddiaçı1 “Satıcılar” olara “Aiıcı” Cavabdeh qarşılıqlı razılaşma əsasında özlərinə məxsus təsərrüfatda olan 88 (səksən səkkiz) baş diri erkək quzuları satırlar, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıçılara” ödəməyi öhdəsinə götürür. Müqavilə ilə Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı" 30 oktyabr 2021-ci il tarixədək nağd qaydada Malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. Cavabdeh həmin quzulara görə 14080 (on dörd min səksən) manat məbləğində pulu (88 x 160 = 14080) 30 oktyabr 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, 20 avqust 2021-ci il tarixdə iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh, X4,X2, X5 və X3 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı2 və İddiaçı1, Cavabdeh ilə aralarında əldə olunan qarşılıqlı razılaşma əsasında özlərinə məxsus təsərrüfatda olan 88 (səksən səkkiz) baş diri erkək quzunu hər bir başına orta hesabla (hər erkək quzunun kəsilmiş - ət çəkisi olaraq 15-16 kiloqramdan hesablaşmaqla, həmin dövrdə quzu ətinin bazar qiymətinin 1 kiloqramının 11-12 manat təşkil etdiyini nəzərə almaqla) 160 (bir yüz altmış) manata razılaşaraq Cavabdeh satmışdır. Cavabdeh həmin quzulara görə 14080 (on dörd min səksən) manat məbləğində pulu (88 x 160 = 14080) 30 oktyabr 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və 20 fevral 2023-cü il tarixdə iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı2 və İddiaçı1, Cavabdeh ilə aralarında əldə olunan qarşılıqlı razılaşma əsasında satdığı 88 (səksən səkkiz) baş diri erkək quzuya görə Cavabdeh tərəfindən ödəməli və borclu olduğu 14080 (on dörd min səksən) manat məbləğində puldan aşağıdakı vaxtlarda - 15 noyabr 2021-ci il tarixdə 1900 (bir min doqquz yüz) manat; 28 noyabr 2021-ci il tarixdə 500 (beş yüz) manat; 24 yanvar 2022-ci il tarixdə 400 (dörd yüz) manat; 18 fevral 2022-ci il tarixdə 400 (dörd yüz) manat; 20 aprel 2022-ci il tarixdə 400 (dörd yüz) manat; 27 aprel 2022-ci il tarixdə 500 (beş yüz) manat; 30 aprel 2022-ci il tarixdə 500 (beş yüz) manat; 11 iyul 2022-ci il tarixdə 300 (üç yüz) manat; 19 avqust 2022-ci il tarixdə 200 (iki yüz) manat; 06 yanvar 2023-cü il tarixdə 100 (bir yüz) manat; 19 yanvar 2023-cü il tarixdə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 5330 (beş min üç yüz otuz) manat məbləğində pul İddiaçı2 və İddiaçı1 ödənilmişdir. Cavabdeh İddiaçı2 və İddiaçı1 bundan sonra 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borcu qalmışdır. İşdə olan 12 mart 2023-cü il, 27 mart 2023-cü il tarixlərdə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh poçt vasitəsilə ünvanladıqları “öhdəliyin icra edilməsi barədə” təkliflərdən (pretenziyalardan) görünür ki, həmin təkliflərlə, aralarında əldə olunan qarşılıqlı razılaşma əsasında özlərinə məxsus təsərrüfatda olan 88 (səksən səkkiz) baş diri erkək quzunu hər bir başına orta hesabla 160 (bir yüz altmış) manata razılaşaraq Cavabdeh 20 avqust 2021-ci il tarixdə satıldığı, satılan quzulara görə 14080 (on dörd min səksən) manat məbləğində pulu (88 x 160 = 14080) 30 oktyabr 2021-ci il tarixədək ödəməyi Cavabdeh öhdəsinə götürdüyü, borclu olduğu 14080 (ondörd min səksən) manat məbləğində pulun ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirmədiyi və bununla da öhdəliyi pozduğu, eləcə də borclu olduğu məbləğdən 15 noyabr 2021-ci il tarixdən 19 yanvar 2023-cü il tarixədək cəmi 5330 (beş min üç yüz otuz) manat məbləğində pulun ödənilməsi barədə onların təkidli tələblərdən sonra ödədiyi, hazırda 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borcun mövcud olduğu onun nəzərinə çatdırılmışdır. Təkliflərlə ödənilməmiş qalan məbləğin ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmişdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin 14 aprel 2023-cü il tarixli, 29 saylı arayışında İddiaçı1 və İddiaçı2 2018-ci il tarixdən Qəbələ şəhəri, 28 May küçəsində yerləşən fermada heyvandarlıq fəaliyyəti ilə məşğul olduqları qeyd edilmişdir. İşdə olan "xxxx" MMC-nin 06 aprel 2023-cü il tarixli 10 saylı arayışında 2021-ci ilin avqust, sentyabr və oktyabr aylarında 1 kq qoyun ətinin qiymətinin 12 manat, 1 kq 12-16 kq-lıq əmlik quzu ətinin qiymətinin 13 manat təşkil etdiyi göstərilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, 20 avqust 2021-ci il tarixdə iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh arasında bağlanmış “quzuların nisyə satılması barədə müqavilə”yə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşılıqlı razılaşma əsasında özlərinə məxsus təsərrüfatda olan 88 (səksən səkkiz) baş diri erkək quzuları hər bir başı orta hesabla (hər erkək quzunun kəsilmiş - ət çəkisi olaraq 15-16 kiloqramdan hesablaşmaqla, həmin dövrdə quzu ətinin bazar qiymətinin 1 kiloqramının 11-12 manat təşkil etdiyini nəzərə almaqla) 160 (bir yüz altmış) manata razılaşaraq satmışdır. Cavabdeh həmin quzulara görə 14080 (on dörd min səksən) manat məbləğində pulu (88 x 160 = 14080) 30 oktyabr 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.Həmin tarixdə bu barədə X4,X2, X5 və X3 iştirakları ilə akt tərtib etmişlər. Bundan sonra 88 (səksən səkkiz) baş diri erkək quzuya görə Cavabdeh tərəfindən ödəməli və borclu olduğu 14080 (on dörd min səksən) manat məbləğində puldan 15 noyabr 2021-ci il tarixdə 1900 (bir min doqquz yüz) manat; 28 noyabr 2021-ci il tarixdə 500 (beş yüz) manat; 24 yanvar 2022-ci il tarixdə 400 (dörd yüz) manat; 18 fevral 2022-ci il tarixdə 400 (dörd yüz) manat; 20 aprel 2022-ci il tarixdə 400 (dörd yüz) manat; 27 aprel 2022-ci il tarixdə 500 (beş yüz) manat; 30 aprel 2022-ci il tarixdə 500 (beş yüz) manat; 11 iyul 2022-ci il tarixdə 300 (üç yüz) manat; 19 avqust 2022-ci il tarixdə 200 (iki yüz) manat; 06 yanvar 2023-cü il tarixdə 100 (bir yüz) manat; 19 yanvar 2023-cü il tarixdə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 5330 (beş min üç yüz otuz) manat məbləğində pulu İddiaçı2 və İddiaçı1 ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçılara 5330 (beş min üç yüz otuz) manat pulun ödənilməsi barədə 20 fevral 2023-cü il tarixdə akt tərtib edilmişdir. Tərtib edilmiş aktda cavabdehin iddiaçılara 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borcun qaldığı qeyd edilmişdir. Lakin həmin müddətdən sonra cavabdeh tərəfindən iddiaçılara heç bir ödəniş edilməmişdir. Buna görə də iddiaçılar 12 mart 2023-cü il, 27 mart 2023-cü il tarixlərdə Cavabdeh poçt vasitəsilə “öhdəliyin icra edilməsi barədə” təkliflər (pretenziyalar) ünvanlayaraq borclu olduğu 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borcun ödənilməsini ondan tələb edilmişlər. Cavabdeh tərəfindən 30 oktyabr 2021-ci il tarixədək ödənilməsi öhdəlik olaraq götürüldüyü 14080 (on dörd min səksən) manat məbləğində puldan 5330 (beş min üç yüz otuz) manat məbləğində pulun ödənildiyi iddiaçılar tərəfindən etiraf edilməklə həmin məbləğ onlar tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, qeyd olunan xüsusatlara qanunvericiliyin tələbləri baxımından məcmu halında qiymət verən məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli, Cavabdeh 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə 107.5 (bir yüz yeddi manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borc və 107.5 (bir yüz yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-881/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-881/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver