Məhkəmə qərarları › İş №2(025)-884/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-884/2022

02.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-884/2022 02.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə və cavabdeh X4 iştirakları ilə İddiaçı cavabdeh X6 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** qeydiyyat nömrəli, 25 sentyabr 2020-ci il qeydiyyat tarixli, **********63 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Bum qəsəbəsi ərazisində mülkiyyətinə verilmiş olan 0,20 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, cavabdeh tərəfindən törədilən manelərə son qoyulması, maneələrin cavabdeh tərəfindən və onun hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** qeydiyyat nömrəli, 25 sentyabr 2020-ci il qeydiyyat tarixli, **********63 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına və torpaq sahəsinin planı və ölçüsünə əsasən onun xüsusi mülkiyyətinə Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində 0.20 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə AA 541972 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin Plan və ölçüdə torpaq sahəsinin cizgiləri konkret olaraq göstərilmişdir. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdeh qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsini özbaşına əkibbecərməkdədir. X3 İ Qarabağ müharibəsində şəhid olmuşdur. Digər oğlu Nümayəndə isə cavabdehə bu barədə irad bildirmiş, qanunsuz zəbt etdiyi torpaq sahəsini tərk etməyi tapşırmışdır. Lakin cavabdeh oğlunun bu tələbinə məhəl qoymamışdır. Beləliklə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaya etiraz: xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X8 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı iddiasını qəbul etmir. Çünki, həmin iddia tam əsassız bir hüquqi olmayan iddiadır. İddianı ona görə əsassız hesab edir ki, hazırda İddiaçı iddia etdiyi torpaq sahəsi onun mərhum əri Tofiq Hüseynov tərəfindən 1994-cü il tarixdə mərhum atası X2 həmin dövrdə respublikada şirvan adı ilə tanınan pul vahidi üzrə 40 şirvana satmışdır. Həmin dövrdən də bu günə qədər, hətta hal hazırda da torpaqdan iddiaçı tərəfindən razılığı ilə istifadə etmişlər və torpağa qulluq göstərmişlər. Hazırda mübahisələndirilən torpaq sahəsinə münasibətdə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları, maddi hüquq normaları tətbiq oluna bilməz. Buna görə də mübahisələndirilən torpaq sahəsinə dair mərhum tərəflər arasında yaranan alqı-satqı müqaviləsinin bağlandığı dövrdə yaranan hüquq münasibətləri əsas götürülməli, bu baxımdan da hüquq münasibətlərinin baş verdiyi dövrün Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Yəni həmin dövrdə qüvvədə olan Mülki Məcəlləyə istinadən mübahisələndirilən torpaq sahəsinə mərhum əri Tofiq Hüseynov tərəfindən 1994-cü il tarixdə mərhum atası X2 həmin dövrdə respublikada şirvan adı ilə tanınan pul vahidi üzrə 40 şirvana satılmasına dair alqı-satqı müqaviləsinin baş tutulması əsas hesab edilməlidir. Həmin əsaslara görə də bu barədə məhkəmədə müstəqil iddia qaldırmaq qərarına gəlmişdir. Həmin torpaq sahəsinin Tofiq Hüseynov tərəfindən 1994-cü il tarixdə mərhum atası X1 yaxınlıqda yaşayan insanlar, qəsəbə insanlarının böyük əksəriyyəti, qəsəbə rəhbərliyi də bilirlər. Bu məsələyə dair kifayət qədər şahidləri gətirə bilər. Bundan başqa da, yuxarıda qeyd etdiyi dövrdən bu günə qədər torpağa qulluq göstərmişdir. Bu müddətdə iddiaçı və ya onun ailə üzvləri məhkəmədə ona qarşı iddia qaldırmamışdır və iddianı illər keçəndən sonra iddia qaldırırlar. Digər tərəfdən isə iddiaçı iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə baxılaraq məhkəmə qərarı çıxarılan zaman məhkəmə tərəfindən qeyd etdiyi bu kimi iş üçün əhəmiyyət kəsb edən halları tam, obyektiv və hərtərəfli araşdırılmalıdır. Müəyyən olunmuş ekspertizanın keçirilməsinə də etiraz etmiş və yuxarıda qeyd etdiyi əsaslara görə hazırda da etiraz edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə qeyd edilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdeh həmin torpaq sahəsinə çəkdiyi xərcə görə 20.000 manat pul tələb edir ki, bu da real deyildir və həmin məbləği ödəməyə maddi imkanları çatmır. Həmin torpaq sahəsinə dair anası olan iddiaçının adına çıxarış mövcuddur. Lakin cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiqləyən heç bir sənəd yoxdur. Bununla yanaşı cavabdeh həmin ərazinin ölçülməsi üçün ekspertləri həmin əraziyə buraxmır. Bütün bunlar cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etdiyini göstərir. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, o vaxt verilmiş pulun bu günə olan məzənnəyə uyğunlaşdırılıb dəyərinin qaytarılması və həmin əraziyə çəkdiyi xərcin əvəzinin ödənilməsi barədə iddiaçının oğlu ilə razılığa gələ bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə, A 541972 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli, 215 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Qəbələ rayon Bum qəsəbə sakini olmaqla Bum qəsəbəsində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»aəsasən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Lakin iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən maneəçilik törədilməsi nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə zamanı verdiyi ifadəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olduğunu etiraf etmişdir. Belə ki, cavabdeh məhkəmə iclaslarında o vaxt verilmiş pulun bu günkü məzənnəyə uyğunlaşdırılıb dəyərinin qaytarılması, həmçinin həmin əraziyə çəkdiyi xərcin əvəzi ödənildiyi təqdirdə torpaq sahəsini qaytarmağa razı olduğunu bildirmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Həmin maddədən göründüyü kimi iddiaçınınmülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» və cavabdehin etirafı ilə sübut olunur. Belə ki, cavabdehin o vaxt verilmiş pulun bu günkü məzənnəyə uyğunlaşdırılıb dəyərinin qaytarılması, həmçinin həmin əraziyə çəkdiyi xərcin əvəzi ödənildiyi təqdirdə torpaq sahəsini qaytarmağa razı olması cavabdehin həqiqətəndə iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsinə dair məhkəmədə haqlı olaraq cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsinə dair inam yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiqləyən hər hansı sənədi məhkəməyə təqdim etməmiş və bu məsələni mübahisələndirməmişdir. Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi etiraz ərizəsində mübahisəli torpaq sahəsinin iddiaçının mərhum əri tərəfindən mərhum atasına satıldığını qeyd etsə də, bunu təsdiqləyən faktları (alqı-satqı müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Bu hallar da cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyini göstərir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 0,20 hektar təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsibütövlükdə cavabdeh X4 istifadəsində olduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərardadından görünür ki, mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, lakin cavabdeh şübhə yaradacaq bir əsassızlıqla eskpertizanın keçirilməsindən imtina etmişdir. Bütün bu hallar da məhkəmədə haqlı olaraq əsaslı şübhələr yaratmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkət və ya hərəkətsizlikləri onun ziyanına şərh edilməklə iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Hazırki iş üzrə xüsusi bilik tələb edən ekspert rəyi də ən mötəbər sübutlar siyahısına daxil olmasına baxmayaraq, cavabdeh tərəf ehtimal edilən ekspertizanın keçirilməsində səy göstərməməklə ekspertizanın keçirilməsinə imkan verilməmişdir. Bütün bu hallar da məhkəmədə haqlı olaraq əsaslı şübhələr yaratmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkət və ya hərəkətsizlikləri onun ziyanına şərh edilməklə iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməlidir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus olmasına baxmayaraq, həmin torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən maneələr törədilir ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh X8 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsini mərhum atası iddiaçının mərhum yoldaşından pul müqabilində almış və neçə illlər əziyyət çəkərək bağ salmışdır. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı, o cümlədən həmin torpaq sahəsinə ödənilmiş olan iddia etdiyi pul ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la İddiaçı mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsi cavabdeh X4 zəbtindən azad edilməli, cavabdeh tərəfindən törədilən manelərə son qoyulmalı və maneələr cavabdeh tərəfindən və onun hesabına aradan qaldırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la İddiaçı mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsi cavabdehX4 zəbtindən azad edilsin, cavabdeh tərəfindən törədilən manelərə son qoyulsun və maneələr cavabdeh tərəfindən və onun hesabına aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: AbbasƏliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar