Məhkəmə qərarları › İş №2(025)-89/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-89/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-89/2022 01.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 7.160 (yeddi min yüz altmış) manat məbləğində pulunun və iş üzrə ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumunun tutularaq, onun nəfınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 qızının həyat yoldaşıdır. Bu səbəbdən onunla aralarında səmimi qohumluq münasibətləri olmuşdur. Qızının çətinlik çəkməməsi üçün X3 dəfələrlə maddi yardım göstərmişdir. Bir ata kimi Möylanın bir neçə dəfə işə düzəlməsində köməklik göstərmişdir. X4 ailəsi və qızı ilə birlikdə Qəbələ rayonunda yaşayır. 2013-cü ildə İ.Möylan ona zəng edərək özünə ayrıca ev tikmək istədiyini, bunun üçün kifayət qədər maddi vəsaitinin olmadığını bildirdi və ondan maddi köməklik istədi. O da qohumluq əlaqəsinə və qızına görə 08.07.2013-cü il tarixdən etibarən İ.Möylana müftəlif vaxtlarda “bank köçürmələri” və “Azər poçt” vastəsi ilə pul göndərmişdir. Bütün pul göndərmələrini təsdiq edən sənədlər mövcuddur. X2 ona ümumilikdə 7.160 (yeddi min yüz altmış) manat borcu var. Cavabdeh X4 ondan borca götürdüyü 7.160 (yeddi min yüz altmış) manat pulu qaytarmaqdan müxtəlif bəhanələr gətirməklə, yalanlar söyləməklə boyun qaçırır. Cavabdehlə onun arasında olan pul borcu mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmişdir. Bundan əlavə cavabdeh ötən bu 9 il ərzində onun mülkiyyətində olan 7.160 (yeddi min yüz altmış) manat məbləğində pulunu dövriyyəyə buraxaraq əldə edə biləcəyi gəlirindən məhrum edərək ona zərər vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçının tələblərinin bir qismi yalandır. Belə ki, o iddiaçıdan müxtəlif vaxtlarda hissə-hisə olmaqla ümumilikdə 7000 manata yaxın pul almışdır. Həmin pul ona ev tikintisi üçün lazım olmuşdur. İddiaçı borc aldıqdan sonra onun maaş kartı 1 il müddətində iddiaçıda olmuşdur. Maaş kartına hər ay 153 manat pul yüklənib. Lakin İddiaçı borc məbləğini tələb edərkən maaş kartının onda olmasını və kartdan çıxartdığı pulları nəzərə almamışdır. Həmçinin qayınatası tərəfindən ona pul göndərildikdən sonra o, maddi imkanı olduqca 5250 manat həmin borcdan ödəmişdir. Qalıq pul məbləğini isə maddi imkanı aşağı olduğundan ödəyə bilməmişdir. İddiaçının iddia etdiyi məbləğ – 7160 manat əsassız olaraq tələb olunur. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan köçürmə məlumatlarından və poçt göndəriş qəbzlərindən görünür ki, İddiaçı 08 iyul 2013-cü il – 27 oktyabr 2014-cü il tarix aralığında hissə-hissə olmaqla Cavabdeh oğluna 7.160 (yeddi min yüz altmış) manat məbləğində pul göndərmişdir. İşdə olan 30 dekabr 2010-cu il - 10 dekabr 2014-cü il tarix aralığına aud köçürmə məlumatlarından görünür ki, Cavabdeh hissə-hissə olmaqla İddiaçı 5250 (beş min iki yüz əlli) manat məbləğində pul göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia üzrə İddiaçı Cavabdeh 7160 manat pul verdiyini və cavabdehin iddiaçıya həmin pulu ödəyəcəyi barədə vəd verdiyini, lakin heç bir ödəniş etmədiyini iddia etmişdir. Həmin faktı məhkəmə prosesində cavabdeh qismən təsdiq edir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıdan aldığı 7160 manat pul məbləğinin bir hissəsini - 5250 manat məbləği hissə-hissə qaytardığını bildirərək bu faktı təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin müəyyən edildiki İddiaçı tərəfindən Cavabdeh 7160 manat pul məbləği veriləndən sonra cavabdehin maaş kartı iddiaçıda olmuşdur. Cavabdeh 274 manat pul məbləğini iddiaçıya qaytarmalı olduğunu etiraf etmişdir. Beləliklə, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə 274 manat pul məbləğinin iddiaçıya qaytarılmalı olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 274 manat borc məbləği və 92 manat manat dövlət rüsumu olmaqla, cəmi 366 (üç yüz altmış altı) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 274 manat borc məbləği və 92 manat manat dövlət rüsumu olmaqla, cəmi 366 (üç yüz altmış altı) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar