Məhkəmə qərarları › İş №2(025)-917/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-917/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-917/2021 27.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlunun və cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlunun iştirakları ilə, İddiaçı Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlunun cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlu cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Qəbələ rayon “Asan Xidmət”-də yerləşən notariat kontorunda bağlanmış, 17 fevral 2021-ci il tarixli kredit müaviləsinin ləğv edilməsinə və Cavabdeh 15.000 (on beş min) manat məbləğində pulun tulularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlu məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə uzun müddət yaxşı münasibətləri olmuşdur. Cavabdeh bizneslə məşğul olmaq istədiyini, qoyun alıb, satacağını və ona da xeyir verəcəyini bildirərək ondan, 15.000 (on beş min) manat borc pul istədi. Həmin vaxtı onun da əlavə gəlir yerinə ehtiyacı olduğu üçün, cavabdehlə razılığa gəldilər və o cavabdehə 15.000 (on beş min) manat borc pul verdi. Aralarında olan razılaşmaya əsasən, cavabdehlə onun arasında Qəbələ rayon “Asan Xidmət”-də yerləşən notariat kontorunda 17 fevral 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onun tərəfindən cavabdehə 17 ay müddətinə, yəni 17.07.2022-ci il tarixinədək 15.000 (on beş min) manat borc pul ödənilmişdir. Lakin daha sonra Qəbələ rayon və Mıxlıqovaq kənd əhalisindən Cavabdeh bir çox insanlara belə aldatma yolu ilə pul aldığını və qaytarmadığını, eləcə də bir çox şəxslərin qoyunlarını saxlayacağı adı ilə götürdüyünü və sonradan satıb pulunu mənimsədiyini eşitdi. Bu faktlarla bağlı bir neçə şəxs Qəbələ rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Lakin cavabdehi tapa bilməmişlər. Bundan sonra dəfələrlə cavabdehlə əlaqə saxlayıb, pulunun qaytarmasını istəsə də, cavabdehin telefonları söndürülmüş, evində yaşamadığı və artıq evinə bir neçə vaxtdır ki gəlmədiyi məlum olmuşdur. Cavabdehə qeydiyyatda olan ünvana rəsmi qaydada pretenziya da göndərilmişdir, lakin heç bir nəticəsi olmamışdır. Bu isə onda artıq ciddi şəkildə şübhə yaratmışdır ki, cavabdeh onun da etibarından istifadə edərək borc müqaviləsi bağlamaqla onu aldadıb pulunu mənimsəmiş və digər insanlara etdiyi kimi onun da pulunu mənimsəmişdir. Bu isə cavabdehin həmin pulu qaytarmayacağına onda əsaslı şübhələr yaradır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında iştirak edən cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlu iddia tələbini etiraf edərək məhkəməyə yazılı ərizə təqdim etmiş və izahatında bildirdi ki, Şı̇ rı̇ nov İsraı̇ ldan 15000 manat borca pul almışdır. Həmin pula qoyun almış, həmin qoyunların alverindən İsrailə xeyir qazandıracağına söz vermişdir. Aldığı qoyunlara bir müddət özü baxmış, sonradan isə uşağı xəstələndiyindən başı ona qarışmış və qoyun sürüsünü çobana tapşırmışdır. Həmin çoban isə sürünü dağıtmış, bununla bağlı polisə şikayətlə müraciət etmişdir. Sürü tapılandan sonra qoyunları satıb, iddiaçının pulunu qaytaracaq. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Notariat ofisində bağlanmış 17 fevral 2021-ci il tarixli 3M-19 reyestr nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Qədı̇ rov Xəyal Akı̇ f oğlu Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlundan 17 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit almış, kredit borcunu 17.07.2022-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlu ilə Qədı̇ rov Xəyal Akı̇ f oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə 15000 (on beş min) manat məbləğində borcun yaranması, həmin pulun iddiaçıya qaytarılmalı olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlundan üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün 15000 (on beş min) manat borc pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlu ilə Qədı̇ rov Xəyal Akı̇ f oğlu arasında bağlanmış 17 fevral 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddiaçı Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlunun ona qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsini qəbul etdiyi ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlundan 15000 (on beş min) manat pul vəsaiti tutularaq iddiaçı Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğluna ödənilməli, Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlu ilə Qədı̇ rov Xəyal Akı̇ f oğlu arasında bağlanmış 17 fevral 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlundan 15000 (on beş min) manat pul vəsaiti tutularaq iddiaçı Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğluna ödənilsin. Şı̇ rı̇ nov İsraı̇ l Səməd oğlu ilə Qədı̇ rov Xəyal Akı̇ f oğlu arasında bağlanmış 17 fevral 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar