Məhkəmə qərarları › İş №2(025)-919/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-919/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-919/2024 24.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh Musavər oğluna qarşı alimentin miqdarının artırılması və üşaqla ünsiyyət vaxtının müəyyən edilməsi tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Musavər oğluna qarşı alimentin miqdarının artırılması və üşaqla ünsiyyət vaxtının müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 300,0 manat sabit pul məbləğində müəyyən edilməsi və xx.xx.2023-cü il tarixdən hesablanması, o cümlədən atanın uşaqla hər həftənin şənbə günü saat 09-00-dan bazar günü saat 18-00-dək ünsiyət saxlaması haqqında qətnamə çəxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilə bilməz. “Mediasiya haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. AR MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda..... hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə biri-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.10-cu maddəsinə əsaən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarılır. Məhkəmə hesab edir ki, tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən sənədlər təqdim edilmədiyi, aliment tələbi ilə onunla əlaqədar olmayan uşaqla ünsiyyət tələbi birləşdirildiyi, iddia ərizəsi imzalanmadığı və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi səbəbindən ərizə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İİddiaçı Cavabdeh Musavər oğluna qarşı alimentin miqdarının artırılması və üşaqla ünsiyyət vaxtının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi : Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar