Məhkəmə qərarları › İş №2(025)-921/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-921/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-921/2020 29.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı X10 nümayəndəsi X11 və cavabdeh X3 iştiraklarıilə İddiaçı X10 cavabdehlər X6, Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X14 cavabdehlər X6, Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R000003443 nömrəli kredit razılaşması üzrə 716,13 manat məbləğində kredit borcu, 419,79 manat məbləğində faiz borcu və 934,01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2069 (iki min altmış doqquz) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 35L000002708 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 35R000003443 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 35R000003443S saylı, xx.xx.2016-cı il tarixli 35R000003443SA saylı, xx.xx.2017-ci il tarixli 35R000003443SB saylı, xx.xx.2017-ci il tarixli 35R000003443SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. X1 razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. X7 götürdüyü kredit borcundan 4283.87 manat ödəmiş, onun 716.13 manat məbləğində borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam dayandırılmasınadək hesablanır. Bir gün üçün faiz məbləği həmin razılaşmanın 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. X1 borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 545 gün üçün hesablanmış faiz borcu 419.79 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 545 gün üçün hesablanmış cərimə borcu 934.01 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X6 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X11 məhkəməyə xx.xx.2019-cu il tarixə, yəni müqavilə müddətinin bitməsi tarixinə olan maliyyə arayışını təqdim edərək cavabdehlərin hal-hazırda əsas borc üzrə 716,13 manat, kreditin bitmə tarixinə faiz borcu üzrə 216,4 manat və cərimə borcu üzrə 652,81 manat olduğunu nəzərə alaraq iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddianı qismən etiraf edərək göstərdi ki, onunla İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 35L000002708 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 35R000003443 saylı Kredit razılaşmasına əsasən bank tərəfindən cavabdeh ona 24 ay müddətinə aylıq 2.25 % faizlə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. İddaçı bank ilə imzaladıqları xx.xx.2015-ci il tarixli 35R000003443S saylı, xx.xx.2016-cı il tarixli 35R000003443SA saylı, xx.xx.2017-ci il tarixli 35R000003443SB saylı, xx.xx.2017-ci il tarixli 35R000003443SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit borcundan bir müddət ödənişlər etsə də, maliyyə durumunun pisləşməsi səbəbindən qalan ödənişləri gecikdirmiş, bununla da kreditlərin ödəniş cədvəllərinə uyğun ödənilməsini təmin edə bilməmişdir. Bununla belə, gədəcəkdə qalan borcunu qrafikə uyğun ödəmək niyyətindədir və bu istiqamətdə lazımi tədbirlər görür. Ancaq hesab edir ki, İddiaçı QSC də onun maddi durumunu başa düşməli, cərimə borcu azaldılmalıdır. Çünki bu, onun maddi vəziyyətini olduqca ağırlaşdıra bilər. X6 məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh X4 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxxxx 2014-cü il tarixli 35L000002708 nömrəli Kredit xətti müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı QSC həmin müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana – cavabdeh X9 30.000 ABŞ dolları məbləğində kredit xəttini açmağı öhdəsinə götürmüşdür. Kreditlərin tərəflər arasında «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşma (Kredit razılaşmaları) əsasında verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1.2-ci bəndinə görə, bu Müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay – xx xxxxxxxx 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. Müqavilənin 1.3-cü bəndinə görə, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz hissəsi olan Kredit razılaşmaları ilə müəyyən olunur. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli 035R000003443 nömrəli Kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən İddiaçı QSC tərəfindən cavabdeh X5 24 ay müddətinə, aylıq 2,25 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan kreditin ödəmə cədvəlindən isə görünür ki, cavabdeh X1 vəsaitini hər ay 272,92 manat, sonuncu ay isə 272,90 manat məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, «Kreditalan» ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 035R000003443S nömrəli xx xxxxxx 2015-ci il tarixli Sazişdən görünür ki, həmin sazişlə kredit razılaşması üzrə müəyyən olunmuş ödəniş tarixləri və məbləğləri dəyişdirilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Tərtib edilmiş yeni ödəniş planından isə görünür ki, cavabdeh X1 vəsaitini 18 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 035R000003443SA nömrəli xx xxxx 2016-ci il tarixli Sazişdən görünür ki, həmin sazişlə kredit razılaşması üzrə müəyyən olunmuş ödəniş tarixləri və məbləğləri dəyişdirilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Tərtib edilmiş yeni ödəniş planından isə görünür ki, cavabdeh X1 vəsaitini 19 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 035R000003443SB nömrəli xx xxxxx 2017-ci il tarixli Sazişdən görünür ki, həmin sazişlə kredit razılaşması üzrə müəyyən olunmuş ödəniş tarixləri və məbləğləri dəyişdirilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Tərtib edilmiş yeni ödəniş planından isə görünür ki, cavabdeh X1 vəsaitini 11 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 035R000003443SC nömrəli xx xxxxxx 2017-ci il tarixli Sazişdən görünür ki, həmin sazişlə kredit razılaşması üzrə müəyyən olunmuş ödəniş tarixləri və məbləğləri dəyişdirilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Tərtib edilmiş yeni ödəniş planından isə görünür ki, cavabdeh X1 vəsaitini 24 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 xx.xx.2014cü il tarixli 035R000003443 nömrəli Kredit razılaşması üzrə 716,13 manat əsas,419,79 manat faiz və 934,01 manat cərimə olmaqla, cəmi 2069,93 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, № 35S000004039 nömrəli İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Niftalıyeva Şövkət Yusifalı qızı arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli 35L000002708 nömrəli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, № 35S000004040 nömrəli İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli 35L000002708 nömrəli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün hər bir zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) X6, (zaminlər) Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızı kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdar edilmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixə olan maliyyə arayışından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müqavilə müddəti bitən tarixə əsas borc üzrə 716,13 manat, faiz borcu üzrə 216,4 manat, cərimə üzrə 652,81 manat borc mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1959-cu ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş və Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ RPŞ tərəfindən xx.xx.2015-ci il tarixli, seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxxx 1965-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixli, seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Niftalıyeva Şövkət Yusifalı qızı XX.XX.1954-cü ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızına münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Göründüyü kimi, cavabdeh X6İddiaçı X8 5.000 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X2 İddiaçı QSC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehlər X2, Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızından müştərək qaydada xx.xx.2014-cü il tarixli 35R000003443 saylı kredit razılaşması üzrə 716,13 manat məbləğində əsas borc tutulmasını əsaslı hesab edir. Lakin məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə 419,79 manat faiz borcu tələb edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi cavabdeh X3 adına olan xx.xx.2019-cu il tarixə olan maliyyə arayışından görünür ki, sonuncu faiz borcu 216,4 manatdır. Ona görə də, məhkəmə cavabdehdən 419,79 manat yox, 216,4 manat faiz borcun tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 652,81 (iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi cavabdeh X3 adına olan xx.xx.2019-cu il tarixə olan maliyyə arayışı) manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, 70 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) X2,(zaminlər) Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızından müştərək qaydada 35R000003443 saylı kredit razılaşması üzrə 716,13 manat məbləğində kredit borcu, 216,4 manat məbləğində faiz borcu və 70 manat cərimə borcu olmaqla, cəmi 1002,53 (bir min iki manat əlli üç qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) X2,(zaminlər) Cavabdeh3 və Niftalıyeva Şövkət Yusifalı qızından müştərək qaydada 35R000003443 saylı kredit razılaşması üzrə 716,13 manat məbləğində kredit borcu, 216,4 manat məbləğində faiz borcu və 70 manat cərimə borcu olmaqla, cəmi 1002,53 (bir min iki manat əlli üç qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar