Məhkəmə qərarları › İş №2(025)-926/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-926/2022

29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-926/2022 29.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi və öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vurulmuş maddi ziyan tələbi"nə dairmülki iş üzrə (Açar sözlər: pul tələbi və öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vurulmuş maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlərCavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlərCavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi və öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vurulmuş maddi ziyan tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi və öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vurulmuş maddi ziyan tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yeşik reykası almaq üçün ödədiyi 11.500 manat və ona vurulmuş maddi ziyan olan 10.000 manat, cəmi 21.500 (iyirmi bir min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ildən cavabdehlərlə tərəvəz yeşiklərinin hazırlanması və satılmasında əlbir işləməyə başlamışlar. Belə ki, onlar həmkəndli və qonşu olmaqla birlikdə çalışırlar və bir neçə dəfə tərəfindən pulu ödənildikdən sonra yeşiklərin hazırlanması üçün lazım olan reykaları ona göndərmişlər. Buna görə də onlara gördüyü işlə əlaqədar inamı yaranmışdır. Növbəti dəfə 2020-ci ilin təxminən noyabr ayının 10da Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsində yerləşən işlədiyi ofisdə həmin vaxt ofisdə olan tanışları Zaur və Maarifin yanında Cavabdeh2yeşiklər hazırlamaq üçün işlədilən reykaların ona göndərilməsi üçün 7000 (yeddi min) manat nağd pul vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə “Kapital bank”ın elektron ödəmə terminalı vasitəsilə 1000 (bir min) manat, xx.xx.2020-ci il tarixdə eyni qaydada 500 (beş yüz) manat, xx.xx.2020-ci il tarixdə eyni qaydada 1000 (bir min) manat, xx.xx.2020-ci il tarixdə eyni qadada 1000 (bir min) manat və xx.xx.2020-ci il tarixdə eyni qaydada 1000 (bir min) manat pulu yeşik hazırlamaq üçün material olan reyka almaq üçün Cavabdeh1 göndərmişdir. Lakin cavadehlər tərəfindən 11.500 manat pulun qarşılığında ona heç bir reyka göndərilməmişdir. Cavabdehlərdən dəfərlərlə ya verdiyi pulların dəyərində reyka göndərilməsini, ya da pulların özünə qaytarılmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin öz müqavilə öhdəliklərini yerinə yetirməmələri səbəbindən ona külli miqdarda maddi ziyan da dəymişdir. Belə ki, cavabdehlər öz öhdəliklərini yerinə yetirsə idi, ən azı onlara verdiyi pulun üç qatı qədər gəlir əldə edə bilərmiş. Cavabdehlərin öz öhdəliklərini yerinə yetirməmələri və üstəlik öz pulunu iki ilə yaxın müddət ərzində qaytarmamaları nəticəsində ona ən azı 10.000 (on min) manat maddi ziyan da dəymişdir. Ona görə də hesab edir ki, cavabdehlərə verdiyi 11500 manat və ona vurulmuş maddi ziyanın çox kiçik bir hissəsi olan 10.000 manat onlardan tutularaq ona ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia qismən qəbul edərək izahatında göstərdi ki, o, Şəmkirə anbara taxta qoymaq üçün getmişdir, orda İddiaçı tanımışdır. Sonra İddiaçı Bakı şəhərinə mal aparmışdır. Mal aparanda İddiaçıona 1300 manat borcu qalmışdır. Bir müddət keçmiş, qış ayı olanda Bakıya gedəndə İddiaçı yanında getmişdir.Ona demiş ki, onun borcundan 300 manat versin, 1000 manat da iş başlayanda verər. İddiaçı ona 300 manat pul vermişdır. İddia elədiyi 7500 manat həmin puldur. O, 7500 manat pul görməmişdir. Sonra ona mal gətirmək üçün pul göndərəsi imiş və onun adına kart yox imiş. Cavabdeh1 də həm qonşusu, həmdə tanışıdır. Bəhruza demiş ki, kartı versin və ona pul gələcəkdir. Kartı götürmüş, Bəhruzdan pulu götürmüş və kartı qaytarmışdır. Bəhruz nə pul görməmiş, nə də şəriki deyildir. Kartla da 4500 manat pul göndərmişdir. 1000 manatıisə ona əvvəlcədən olan borcuna çıxmış, qalan puldan 2500 manat X1 göndərmişdir. Həmin adam da ona mal göndərəsi imiş, lakin mal göndərməmişdir. O, sonradan Hacıyev Rəşad barəsində Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hacıyev Rəşad da nə mal göndərməmiş, nə də pulunu qaytarmamışdır. Onun hal-hazırda İddiaçı 3500 manat borcu vardır. Həmin pulu da məhkəmə qərar çıxarandan sonra hissə-hissə ödəyə bilər. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, Qəbələ rayonu ərazisində yerləşən Qədim Qəbələ restoranında işləyir. Cavabdeh2 da qonşu kimi tanımış və normal münasibətləri olmuşdur. Pandemiya dövründə restoranda işdə olan vaxt Novruz gəlmiş, restoranda ona demiş ki, ona kartla pul gələcək və kartını istəmişdir. Novruza kartını vermiş, 15-20 dəqiqə ərzində karıtını ona qaytarmışdır. Bu minvalla Novruz ondan 4 dəfə kartını götürmüşdür. Hər dəfəsində də uzağı bir saat ərzində kartı ona qaytarmışdır. Ancaq Novruza nə qədər pul gəldiyini, Novruzun kartdan nə qədər pul çıxartdığını bilməmiş, nə də Novruzona deməmişdir. Onun Novruzla heç bir şərikli işi olmamış və o pulun ona heç bir aidiyyatı yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etdi. 13 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X3 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı qonşusudur. O, məhkəməyə iddia veriləndən əvvəl və sonra İddiaçıla bir neçə dəfə Qəbələyə gəlmişdir. O, sürücü kimi gəlmişdir. Bir neçə dəfə Novruz və Bəhruzla bir yerdə oturub söhbət edən zaman Novruz hər dəfəsində verilmiş pulun müqabilində qısa zamanda material göndərəcəyinə söz vermiş, lakin göndərməmişdir. Sonuncu dəfə söz verəndə isə avqust ayının sonunacan material göndərəcəyinə söz versə də, göndərməmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqaçısı, polis kapitanı Azər Əhmədovun19mart 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması ona bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 12289 nömrəli “Emanat” ödəniş sistemi vasitəsilə ödənilmiş ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 məxsus ******************** nömrəli “KapitalBank” hesabına 500 manat daxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 13000 nömrəli “Emanat” ödəniş sistemi vasitəsilə ödənilmiş ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 məxsus ******************** nömrəli “KapitalBank” hesabına 1000 manat daxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 902 nömrəli “Emanat” ödəniş sistemi vasitəsilə ödənilmiş ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 məxsus ******************** nömrəli “KapitalBank” hesabına 1000 manat daxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 13709 nömrəli “Emanat” ödəniş sistemi vasitəsilə ödənilmiş ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 məxsus ******************** nömrəli “KapitalBank” hesabına 1000 manat daxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Million.az” ödəniş sistemi vasitəsilə ödənilmiş ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 məxsus ******************** nömrəli “KapitalBank” hesabına 1000 manat daxil edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinəəsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 11.500 mana pul verdiyini, bu səbəbdən həmin pulun və dəymiş ziyanın əvəzi olaraq 10.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub onlara verilməsini istəyir. Cavabdeh2 isə iddiaçının ona ümumilikdə 4.500 manat pul göndərdiyini, iddiaçının da əvvəlcədən ona 1000 manat borcu olduğunu, bu səbəbdən iddiaçıya ümumilikdə 3500 manat olduğunu bildirmişdir. Cavabdeh1 isə iddiaçı ilə heç bir əlaqəsi olmadığını, iddiaçı tərəfindən onun kart hesabına köçürürlən pulların onun tərəfindən Cavabdeh2 verildiyini, bu səbəbdən iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh2 İddiaçı tərəfindən ona verilməsi üçün Cavabdeh1 bank hesabına 4.500 manat məbləğində pul köçürüldüyünü etiraf etmişdir. Beləliklə, iddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. Yəni cavabdeh tərəfindən etiraf edilən 4500 (dörd min beş yüz) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin iddiaçı iddia tələbinin əsası olan 11,500 (on bir min beş yüz) manatın cavabdehə verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə onuda qeyd edir ki, iddiaçı Sabunçu RPİ-də araşdırılmış və Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqaçısı, polis kapitanı Azər Əhmədovun 19 mart 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarındakı izahatına əsasən cavabdehdən 11500 (on bir min beş yüz) manat pul tutulmasını tələb etsə də, sözügedən rədd qərarında Cavabdeh2 izahatı alınmamış, onun tərəfindən hər hansı borc məbləği etiraf edilməmişdir. Eyni zamanda Cavabdeh1 isə onun kartına ümumilikdə 4500 manat pul köçürüldüyünü, həmin pulu Cavabdeh2 verdiyini qeyd etmişdir. İddiaçının məhkəməyə gətirdiyi şahidin verdiyi ifadəyə gəldikdə isə, məhkəmə həmin ifadəyə tənqidi yanaşır. Belə ki, iddiaçının dəvət etdiyi şahid iş üzrə maraqlı şəxslər olub onu dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişdr. Ona görə də məhkəmə hesab edir ki, həmin ifadə hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Həmçinin şahid verdiyi ifadəsində İddiaçı tərəfindən Cavabdeh2 11500 (on bir min beş yüz) manat məbləğində pulun verilməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Göründüyü kimi, iddiaçı tərəf Cavabdeh2 11,500 manat məbləğində pul verməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı belə bir sübutunun olmadığını da qeyd etmişdir. İddiaçının Cavabdeh1 da borc tələb etməsinə məhkəmə onu qeyd edir ki, 19 mart 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh1 izahatından, eyni zamanda məhkəmə iclasında onun və digər Cavabdeh2 izahatından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 arasında olan danışıqlardan, Cavabdeh1 məlumatlı olmamışdır. Həmçinin iddiaçı Cavabdeh1 ona borcu olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi borcun Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəf 10.000 (on min) manat məbləğində maddi ziyan ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı belə bir sübutunun olmadığını da qeyd etmişdir. Məhkəmə işin faktiki hallarına qeyd olunan hüquq normalarının tələbləri ilə müqayisəli və obyektiv şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdehdən 10.000 manat məbləğində maddi ziyan tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh2 iddiaçı tərəfindən ona ümumilikdə 4500 manat göndərildiyini, lakin iddiaçının da ona 1000 manat borcu olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinəəsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 65 (altmış beş) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinin hesabına) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar