Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-936/2022 22.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 14 noyabr 2010cu il təvəllüdlü X6 və 05 oktyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment tutularaq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə olan nikahları pozulmuş, birgə nikahlarından olan 14 noyabr 2010-cu il təvəllüdlü X6 və 05 oktyabr 2014-cü il təvəllüdlü X7 onun yanında qalması müəyyən olunmuş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla 140 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmiş, Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)- 864/2019 nömrəli qətnaməsinə əsasən isə Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək X6 və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 80 manat sabit pul məbləğində aliment müəyyən edilərək cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda hər uşağa görə ödənilən alimentin məbləği onun tələbatlarını ödəmir, cavabdeh şəxs isə fərdi işlərlər və təsərrüfatla məşğul olaraq kifayət qədər qazancı var. Ona görə də cavabdeh şəxsdən qət olunmuş aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. İddiaya Etiraz: Cavabdeh poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin məhkəmə tərəfindən etiraz və mülahizə kimi nəzərə alınmasını xahiş etmişdir. Etiraz ərizəsi isə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə nikahları 17 dekabr 2015-ci il tarixdə pozulmuş və bu barədə Qəbələ rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. İddiaçı ilə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X21 adlı iki övladları vardır. Qəbələ rayon məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə hər uşağa 80 manat olmaqla ümumilikdə 160 manat məbləğində aliment ondan tutulur və İddiaçı ödənilir. Lakin o, 2016-cı il tarixdə ikinci həyat yoldaşı X12 ilə ailə qurmuşdur. Həmin il nikahları bağlanmış və birgə nikahlarından iki övladları var. Hal-hazırda heç bir yerdə işləmir və əlavə olaraq başqa gəliri yoxdur. Bununla bağlı maddi vəziyyəti ağırdır. Belə ki, azyaşlı övladı X3 xəstədir. Ona müalicə edir. Həyat yoldaşı X12 7 aylıq hamilədir. Həm alimentin ödənilməsi üçün, həm də ailəmin normal dolanışığını və övladının səhhəti ilə bağlı təmin etməkdə çətinlik yarandığı üçün iyun 2022-ci il tarixdə Qəbələ rayon Məşğulluq Mərkəzində işsiz olması ilə bağlı iş axtaran kimi qeydiyyata durmuşdur. Belə olan halda məhkəmə alimentin artırılmasına dair iddianı rədd etməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, hər uşaq üçün ayda 100 manatdan çox aliment ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 14 noyabr 2010-cü il təvəllüdlü X6 və 05 oktyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 029723 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14 noyabr 2010-cu il tarixdə Qəbələ rayonunda doğulmuş, bu barədə 01 fevral 2011-ci il tarixdə Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N-də 03 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X8r. İşdə olan Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-T № 029722 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 05 oktyabr 2014-cü il tarixdə Qəbələ rayonunda doğulmuş, atası Cavabdeh, anası X8r. İşdə olan Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ № 218943 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X13 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 46 nömrə ilə qeyd edilmişdir. Kişiyə Məmmədov, qadına Səfərçinova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X10 haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən Qəbələ rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatdadır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV seriyalı, 014911 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 1051 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X9r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı, 211918 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 108 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X9r. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Çuxur Qəbələ kənd İƏD tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli, 144 nömrəli arayışdan görünür ki, Cavabdeh ailə tərkibi atası X20, həyat yoldaşı X12, uşaqları xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan “X11 iştirak edilməməsi Barədə” 18238 nömrəli, 03 iyun 2022-ci il tarixli arayışdan görünür ki, tərəflər X11n sonra prosesi davam etdirə bilməmişdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X11 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X11 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X4 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə uyğun olaraq “X11 iştirak edilməməsi Barədə” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 14 noyabr 2010-cu il təvəllüdlü X15 və 05 oktyabr 2014-cü il təvəllüdlü X16 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları 14 noyabr 2010-cu il təvəllüdlü X15 və 05 oktyabr 2014-cü il təvəllüdlü X16 ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 14 noyabr 2010-cü il təvəllüdlü X6 və 05 oktyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 14 noyabr 2010-cu il təvəllüdlü X15 və 05 oktyabr 2014-cü il təvəllüdlü X2 üçün hər uşaq üçün 150 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, halhazırda işsiz olduğunu, himayəsində yeni nikahından 2 uşağının olmasını və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Məhkəmə işin hallarını nəzərə alaraq 14 noyabr 2010-cu il təvəllüdlü X15 və 05 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cı ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2022ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 80 manat vəsait yetərli sayıla bilməz. Bu səbəbdən cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, cavabdehin yenidən nikaha daxil olaraq himayəsində 2 azyaşlı uşağının olmasını, iddiaçının cavabdehin hər ay 300 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 14 noyabr 2010-cu il təvəllüdlü X6 və 05 oktyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 14 noyabr 2010-cu il təvəllüdlü X6 və 05 oktyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-936/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-936/2022
22.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver