Məhkəmə qərarları › İş №2(025)-939/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-939/2020

24.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-939/2020 24.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Ərzuman qızının cavabdehlər Cavabdeh1 və X2 qarşı “mülkiyyətlərinə verilmiş torpaq sahələrinin naturada ayrılması, mülkiyyət hüquqlarının qeydə alınması və torpaq sahəsindən istifadələrinə olan manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ərzuman qızı cavabdehlər Cavabdeh1 və X2 qarşı “mülkiyyətlərinə verilmiş torpaq sahələrinin naturada ayrılması, mülkiyyət hüquqlarının qeydə alınması və torpaq sahəsindən istifadələrinə olan manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddiaçları iddia tələblərində bir və ya bir neçə cavabdehə bir biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmiş, həmçinin iddia tələbinin əsasları ilə bağlı iddiaçıların əsaslandırdığı hallar ərizədə hər-hansı ardıcıllığa riayət edilmədən, qeyri müəyyən şəkildə yazılmış, nəticədə iddia ərizəsi tərtib edilərkən qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş JN-885F nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə X6, Cavabdeh1, X4, X5 və X1 ümumi birgə mülkiyyətlərinə Qəbələ rayonu Vəndam kəndində 0,31 ha torpaq sahəsi verilmişdir. İddiaçılar sözügedən torpaq sahəsi üzrə paylarının naturada bölünməsini, mülkiyyət hüququnun tanınması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmasını xahiş etmişlər. Göründüyü kimi, iddiaçılar iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişlər. Belə ki, iddiaçılar sözügedən torpaq sahəsi üzrə paylarının naturada ayrılması üçün ilk növbədə həmin torpaq sahəsi üzərində paylarını müəyyən etməlidirlər. Bundan sonra paylarına uyğun olaraq müvafiq çıxarış almalı, daha sonra müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X7) paylarının naturada ayrılması ilə bağlı müraciət etməli, müraciətlərinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçılar həmin torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair hər hansı sənəd (çıxarış) əlavə etməmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmasını tələb etsələr də, sözügedən manelərin nədən ibarət olduğunu göstərməmişlər. Torpaq sahəsi tərəflərin birgə mülkiyyətində olduğundan, tərəflərin payları müəyyən edilmədiyindən və naturada bölünmədiyindən cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələri maneə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən iddiaçılar paylarını naturada ayırandan sonra cavabdehlər tərəfindən torpaq sahələrindən istifadəyə törədilən maneələrə son qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçılardan biri İddiaçı1 göstərilsə də, JN- 885F nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X3 adı qeyd edilmiş və həmin adın İddiaçı1 ilə eyni şəxs olması iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçılara geri qaytarılmalı və onlara izah edilməlidir ki, onlar, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ərzuman qızının cavabdehlər Cavabdeh1 və X2 qarşı “mülkiyyətlərinə verilmiş torpaq sahələrinin naturada ayrılması, mülkiyyət hüquqlarının qeydə alınması və torpaq sahəsindən istifadələrinə olan manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar