Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-581/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-581/2024 (Açar sözlər: maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1084/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1, İddiaçı, X2, Nümayəndə1 və X6 ümumi birgə mülkiyyətlərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)691/2020 saylı qətnaməsi ilə, iddiaçılar İddiaçı, Nümayəndə1, X6 cavabdeh X4 və X5 qarşı Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının müəyyən edilməsi barədə tələbi təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma a parılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X7 ailə başçısı olmaqla, ona, Nümayəndə1, X9, X8 və X5 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il tarixdə anası X7 vəfat etmişdir. Lakin cavabdeh ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə etməyinə imkan vermədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək Göyçay rayonu Çayarxı kəndində yerləşən JN 180F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əs asən onun, eləcə də digər payçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində 1/6 hissədə payların müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsinə göndərilmişdir. Lakin, cavabdeh paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri tərəfindən zəruri olan mərzçəkmə və inventarlaşdırma, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi məqsədilə ölçmə işlərinin aparılmasına maneələr yaratmışdır. Bu səbəbdən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Buna görə də Göyçay rayonu Çayarxı kəndində yerləşən paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilm iş fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılmasını istəyir.
5. Məhkəmə baxışında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd edilən torpaq sahəsi ona və uşaqlarına mərhum ərindən miras qalmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri münasib olmayan vaxtı gəldikdərindən onların ölçmə işlərinin aparılmasına razı olmamışdır. Başqa torpaq sahəsi və əmlakları yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər.
6. Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(046)-706/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin olunmuş, İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində ye rləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iradəsinin ziddinə olaraq əmlaklarına dair hüquqlarının həyata keçirilməsinə cavabdehin maneələr yaratması onun həmin əmlaka olan hüquqlarını "şərti və qeyri-sabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı ola raq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-691/2020 saylı qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə İddiaçı payı müəyyən edilmişdir. İddiaçının paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradı lan maneələr, iddiaçının əmlakı üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması hissədə iddia tələbi təmin olunmamalıdır. Belə ki, qeyd edilən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu və Mülki Məcəlləsinin 5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bir incin instansiya məhkəməsinin qətnaməsinin qismən (iddia təmin olunan hissədə) ləğv edilməsini, iddia rədd edilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını, iş üzrə yeni qətnamə qəbul edilməsini, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilmədiyinə görə Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması hissədə iddia tələbi təmin olunmamışdır. Qətnamə həmin hisədə qanuni və əsaslıdır. Bu səbəbdən qətnaməni həmin hisədə mübahisələndirmir. Qətnaməni İddiaçı məxsus Göyçayrayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması hissəsində qanunsuz hesab edir. Ona görə ki, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-691/2020 saylı qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə İddiaçı payı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı yalnız Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissəsinə subyektiv hüququ vardır, lakin həmin torpaq sahəsinin yerdə qalan 5/6 hissəsinə iddiaçının subyektiv hüququ yoxdur. Buna baxmayaraq məhkəmə təkcə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissəsinə deyil, həmin torpaq sahəsinin yerdə qalan 5/6 hissəsinə də iddiaçının tələb etmək hüququnu tanımışdır ki, bu da qanunsuz olmaqla yanaşı cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1084/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov – sədrlik edən və məruzəçi, Mahir Əsədli və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13- cü bəndində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi (mübahisələndirilən hissədə) mülkiyyət hüququnun tanınması ilə deyil, torpaq sahəsinin ölçülməsinə maneələrin aradan qaldırılması ilə bağlıdır. İddiaçının mübahisəli torpaq sahəsinin 1/6 hissəsində mülkiyyət hüququ ilə payının olması müəyyən edilmişdir ki, torpaq sahəsinin həmin hissəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi üçün torpaq sahəsinin bütövlükdə ölçülərək müvafiq 1/6 hissəsinin müəyyən edilməsi zərurəti vardır. Bu səbəbdən də, iddiaçı mübahisəli torpaq sahəsinin bütövlükdə ölçülərək inventarlaşdırma aparılmasına maneələrin aradan qaldırılması barədə iddia qaldırmaqda, birinci instansiya məhkəməsi isə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
13. Birinci instansiya məhkəm əsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil Nümayəndə2 Novruz oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Kassator ilk növbədə qeyd etmiş dir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qanunsuz olaraq, birinci instansiya məhkəməsinin qətnamə sini ləğv edib iddia tələbinin rədd edilməsi əvəzinə, özüdə həmin qanun pozuntusunu təkrarlamış, nəticədə Cavabdeh hüququ pozulmuşdur. Qeyd etmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-691/2020 saylı qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə İddiaçı payı müəyyən edildiyindən, həmin 0,25 ha torpaq sahəsinin 5/6 hissəsi üzərində iddiaçının heç bir subyektiv hüququ olmadığından, məhkəmənin ümumilikdə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması barədə nəticə qanunsuzdur. Şəki Apellyasiya Məhkəməsinin – “torpaq sahəsinin həmin hissəsinə hüquqmüəyyənedic i sənədlərin verilməsi üçün torpaq sahəsinin bütövlükdə ölçülərək müvafiq 1/6 hissəsinin müəyyən edilməsi zərurəti vardır” əsaslandırmasına münasibətdə qeyd etmişdir ki, hazırda DƏDRX-nin torpaq sahəsinin 1/6 hissəsinin müəyyən edilməsi üçün kifayət qədər texniki imkanları vardır. Bu səbəbdən kassator hesab etmişdir ki, torpaq sahəsinin 1/6 hissəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi üçün torpaq sahəsinin bütövlükdə ölçülməsinə heç bir zərurət yoxdur. İddiaçı mübahisəli torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmamış, belə bir məhkəmə qətnaməsi mövcud deyil. Kassator qeyd etmişdir ki, müvafiq məhkəmə qətnaməsinə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının payına düşən 1/6 hissəsinin naturada ayrılması mübahisəsi həll edilməmiş, iddiaçının adına torpaq sahəsinin həmin hissəsinə plan-ölçü sənədi işlənə bilməz.
17. Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını sadalamaqla, təqdim olunmuş sübutları araşdırmamış, Mülki prosessual Məcəllənin 103.1-ci, 185.1-ci və bu Məcəllənin 88-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2
5. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərə flərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prossesual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
34. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2023-cü il tarixli 2(107)-1084/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.