Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1084/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(046)-706/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X6 ailə başçısı olmaqla, ona, Nümayəndə, X9, X7 və X3 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində 1/6 hissədə payların müəyyən edilməsi qət edilmişdir. Cavabdeh paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri tərəfindən zəruri olan mərzçəkmə və inventarlaşdırma, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi məqsədilə ölçmə işlərinin aparılmasına maneələr yaratmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X6 ailə başçısı olmaqla, ona, Nümayəndə, X9, X7 və X3 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il tarixdə anası X6 vəfat etmişdir. Lakin cavabdeh ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə etməyinə imkan vermədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək Göyçay rayonu Çayarxı kəndində yerləşən JN 180F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun, eləcə də digər payçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində 1/6 hissədə payların müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsinə göndərilmişdir. Lakin, cavabdeh paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri tərəfindən zəruri olan mərzçəkmə və inventarlaşdırma, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi məqsədilə ölçmə işlərinin aparılmasına maneələr yaratmışdır. Bu səbəbdən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 24.01,2023-cü il tarixdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Buna görə də Göyçay rayonu Çayarxı kəndində yerləşən paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılmasını istəyir.
4. Məhkəmə baxışında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd etdiyi xüsusatları müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə baxışında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd edilən torpaq sahəsi ona və uşaqlarına mərhum ərindən miras qalmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri münasib olmayan vaxtı gəldikdərindən onların ölçmə işlərinin aparılmasına razı olmamışdır. Başqa torpaq sahəsi və əmlakları yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq əmlaklarına dair hüquqlarının həyata keçirilməsinə cavabdehin maneələr yaratması onun həmin əmlaka olan hüquqlarını "şərti və qeyri-sabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-691/2020 saylı qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə İddiaçı payı müəyyən edilmişdir. İddiaçının paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılan maneələr, iddiaçının əmlakı üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması hissədə iddia tələbi təmin olunmamalıdır. Belə ki, qeyd edilən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir.
7. Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(046)-706/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin olunmuş, İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu və Mülki Məcəlləsinin 5-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
9. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası JN 180F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, mərhum X4, İddiaçı, X2, Nümayəndə və X8 ümumi birgə mülkiyyətlərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir.
10. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)- 691/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı, Nümayəndə, X8 cavabdeh X5 və X3 qarşı Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının müəyyən edilməsi barədə tələbi təmin edilmişdir.
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd edilən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilmədiyinə görə Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması hissədə iddia tələbi təmin olunmamışdır. Qətnamə həmin hisədə qanuni və əsaslıdır. Bu səbəbdən qətnaməni həmin hisədə mübahisələndirmir. Qətnaməni – (İddiaçı məxsus Göyçayrayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması) hissədə qanunsuz hesab edir.
13. Ona görə ki, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-691/2020 saylı qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə İddiaçı payı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı yalnız Göyçayrayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissəsinə subyektiv hüququ vardır, lakin həmin torpaq sahəsinin yerdə qalan 5/6 hissəsinə iddiaçının subyektiv hüququ yoxdur. Buna baxmayaraq məhkəmə təkcə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissəsinə deyil, həmin torpaq sahəsinin yerdə qalan 5/6 hissəsinə də iddiaçının tələb etmək hüququnu tanımışdır ki, bu da qanunsuz olmaqla yanaşı cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir.
14. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(046)- 706/2023 nömrəli qətnaməsinin qismən (iddia təmin olunan hissədə) ləğv edilməsini, iddia rədd edilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını, iş üzrə yeni qətnamə qəbul edilməsini, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Qərarlar: «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(046)- 706/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-cü bəndində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi (mübahisələndirilən hissədə) mülkiyyət hüququnun tanınması ilə deyil, torpaq sahəsinin ölçülməsinə maneələrin aradan qaldırılması ilə bağlıdır. İddiaçının mübahisəli torpaq sahəsinin 1/6 hissəsində mülkiyyət hüququ ilə payının olması müəyyən edilmişdir ki, torpaq sahəsinin həmin hissəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi üçün torpaq sahəsinin bütövlükdə ölçülərək müvafiq 1/6 hissəsinin müəyyən edilməsi zərurəri vardır. Bu səbəbdən də, iddiaçı mübahisəli torpaq sahəsinin bütövlükdə ölçülərək inventarlaşdırma aparılmasına maneələrin aradan qaldırılması barədə iddia qaldırmaqda, birinci instansiya məhkəməsi isə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(046)-706/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(046)-706/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev