Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-882/2025 15.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı1, İddiaçı3, İddiaçı2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və birgə mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılmasının təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və birgə mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar məhkəmə iclasında ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdilər. İş üzrə cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirşi göndərilsə də, o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iddiaçının işin baxılmamış saxlanılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehin iddianın baxılmamış saxlanılmasına etirazı olmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və birgə mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-882/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-882/2025
15.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver