Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-939/2021 10.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh X6 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cavabdeh X6 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X3 təbiətə dəymiş olan 2475 manat pul alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X9, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREA22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya – XHK 2195301, D3. Büdcə Təsnifatının kodu – 142582, D4. Büdcə əməliyyatlarının kodu-3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 8 saylı RETSİ-nin əməkdaşları tərəfindən cavabdeh X5 icarədar fəaliyyəti zamanı X14 haqqında Qanunun 46-cı və yerin təki haqqında qanunun 13-cü və 46-cı maddələrinin tələblərini əməl etmədiyi müəyyən edilmişdir. Bu qanunsuz hərəkətinə görə cavabdeh X7 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində protokol tərtib edilmiş, həmin protokol əsasında 8 saylı RESTİ tərəfindən qərar qəbul edilmişdir. Cavabdehin təbiətə Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 saylı qərarına əsasən hesablanaraq 2475 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh X7 243.0.1-ci maddəsinə görə 1500 manat məbləğində cərimə olunmuş, lakin ödəməmişdir. X6 dəfələrlə dəymiş ziyanın ödənilməsi barədə tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qəbələ rayonu Zarağan kənd sakini X6 ünvanlanmış 11 noyabr 2019-cu il tarixli, 49/i nömrəli məktubdan görünür ki, X7 təbiətə dəymiş ziyana görə 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində maddi ziyanın 10 gün müddətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan X16 hesablanması cədvəlindən görünür ki, X16 miqdarı 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 16.09.2019-cu il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, icarədar fəaliyyəti zamanı X14 haqqında qanunun 46-cı və Yerin Təki haqqında Azərbaycan Respublikası qanunlarının 13-cu və 46-cı maddəsinin tələblərinə əməl edilmədiyinə görə X7 barəsində AR İXM-nin 243.0.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında ******* nömrəli 11 noyabr 2019-cu il tarixli qərardan görünür ki, 8 saylı RETŞİ-nin rəisi X2 Nəriman Şirin oğlu barədə tərtib edilmiş 16.09.2019-cu il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X5 İXM-in 243.0.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarı ilə təsdiq edilmiş “X16 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh X7 vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, X7 barəsində AR İXM-nin 243.0.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, 8 saylı RETŞİ-nin rəisi X15 tərəfindən ******* nömrəli 11 noyabr 2019-cu il tarixli qərar qəbul edilmiş və X7 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. X1 qərardan şikayət verməmiş və həmin qərarı münahisələndirməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. X4 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində maddi zərər tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. X4 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-939/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-939/2021
10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver