Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-959/2020 24.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(025)-1061/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxxxx 2003cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(025)-1061/2015 saylı qətnaməsinə əsasən xx xxx 2001-ci ildə anadan olmuş Xasməmmədov Röyal Zaur oğlunun və xx xxxxxx 2003-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2015-ci il tarixdən alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh hər uşağa 60 (altmış) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda Xasməmmədov Röyal Zaur oğlu yetkinlik yaşına çatmışdır. Digər uşağına görə ödənilən həmin məbləğ uşağın tələbatlarını ödəmir, cavabdeh şəxs isə rəsmi iş yeri kommunal sahədə çalışır, əlavə də olaraq fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı vardır. Ona görə də cavabdehdən qət olunmuş aliment pulunun qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, hər ay 170 manat məbləğində aliment ödəməyə imkanı çatmır. Himayəsində yaşlı anası, o cümlədən bacısı və bacısının yetkinlik yaşına çatmayan uşaqları vardır. Hər ay 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(025)-1061/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 1999cu il tarixdə Qəbələ rayonu Zarağan kənd İcra nümayəndəliyində bağlanan, 12 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxx 2001-ci ildə anandan olmuş Xasməmmədov Röyal Zaur oğlu və xx.xx.2003-cü ildə anadan olmuş X3 anaları İddiaçı himayəsində saxlanılmaları və yetkinlik yaşına çatanadək onların saxlanılmaları məqsədilə Cavabdeh xx.xx.2015-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat (uşaqların hər biri üçün 60 (altmış) olmaqla) alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AA2343143 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29dekabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 208911 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Cavabdeh qızı arasında nikahın pozulması 29dekabr 2015-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 83 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Xasməmmədova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş və Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdehxx.xx.1975-ci il tarixdə Qəbələ şəhərində doğulmuş və Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxx 2001-ci il təvəllüdlü Xasməmmədov Röyal Zaur oğlu və xx.xx.2003-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx xxx 2001-ci il təvəllüdlü Xasməmmədov Röyal Zaur oğlu və xx.xx.2003-cü il təvəllüdlü X4 ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(025)-1061/2015 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 1999-cu il tarixdə Qəbələ rayonu Zarağan kənd İcra nümayəndəliyində bağlanan, 12 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxx 2001-ci ildə anandan olmuş Xasməmmədov Röyal Zaur oğlu və xx.xx.2003-cü ildə anadan olmuş X3 anaları İddiaçı himayəsində saxlanılmaları və yetkinlik yaşına çatanadək onların saxlanılmaları məqsədilə Cavabdeh xx.xx.2015-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat (uşaqların hər biri üçün 60 (altmış) olmaqla) alınaraq İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş xx xxx 2001-ci il təvəllüdlü Xasməmmədov Röyal Zaur oğluyetkinlik yaşına çatmışdır. İddiaçı 60 manat məbləğində alimentin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü X2 üçün 170 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, əmək haqqının aşağı olmasını, himayəsində yaşlı anasının olmasını bildirir və hər ay 100 manat məbləğində aliment ödəyə biləcəyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq xx.xx.2003-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını, cavabdehdən hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 170 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini,övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, eyni zamanda iddiaçının cavabdehin hər ay 100 manat məbləğində aliment ödəməsinə etiraz etməməsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(025)-1061/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində - 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(025)-1061/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində - 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-959/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-959/2020
24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver