Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-965/2022 23.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğlunun cavabdeh Rəhmanlı Yusı̇ f Elman oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğlunun iştirakı ilə, İddiaçı Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğlunun cavabdeh Rəhmanlı Yusı̇ f Elman oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğlu cavabdeh Rəhmanlı Yusı̇ f Elman oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1324 ( min üç yüz iyirmi dörd) manat 50 qəpik dəyərində maddi zərərin və 34 (otuz dör) manat dövlət rüsumunun cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 14 may 2022-ci il tarixdə Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən istifadəsində olan "Ascard” adlı kafedə müxtəlif avadanlıqları sınıdırmış və nəticədə İddiaçı ümumilikdə 1320 manat 50 qəpik maddi ziyan dəymişdir. Belə ki. ünvan 1 ünvanında yaşayan Cavabdeh İddiaçı istifadəsində olan Asgard adlı kafeyə aid İ ədəd dəyəri 160 manat təşkil edən stulu, 1 ədəd dəyəri 300 manat təşkil edən stolu, 1 ədəd dəyəri 654 manat 50 qəpik təşkil edən Kapital banka aid post terminalı, 1 ədəd dəyəri 150 manat təşkil edən peçatı və dəyəri ümumilikdə 60 manat təşkil edən qab-qacağı sındırmışdır, nəticədə Asgard adlı kafeyə ümumilikdə təxminən 1324 manat 50 qəpik maddi ziyan dəymişdir. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsinə müraciət edilmişdir. Polis əməkdaşları Cavabdeh Polis Şöbəsinə dəvət etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edərək Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 3 (025)-209/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 157-ci maddələrində nəzəraə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsi və Həbs etmənin əvvəli 03 iyun 2022-ci il tarixdən saat 12:20-dən hesablanması qərara alınmışdır. Ona dəvmiş ziyan ödənilmədiyindən hesab edir ki, cavabdehin ona ödəməli olacağı 1324 manat 50 qəpik pul məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğlu iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Rəhmanlı Yusı̇ f Elman oğlu məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 3(025)-209/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 157-ci maddələrində nəzəraə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 14 may 2022-ci il tarixdə Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən istifadəsində olan "Ascard” adlı kafedə müxtəlif avadanlıqları sınıdırmış və nəticədə İddiaçı ümumilikdə 1320 manat 50 qəpik (1 ədəd dəyəri 160 manat təşkil edən stul, 1 ədəd dəyəri 300 manat təşkil edən stol, 1 ədəd dəyəri 654 manat 50 qəpik təşkil edən Kapital banka aid post terminal, 1 ədəd dəyəri 150 manat təşkil edən peçat və dəyəri ümumilikdə 60 manat təşkil edən qab-qacaq) maddi ziyan dəymişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin "Ascard” adlı kafedə müxtəlif avadanlıqları sındıraraq Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğluna maddi ziyan vurması qanuni qüvvəyə minmiş qərar ilə təsdiq olunur. Cavabdeh tərəf zərərin məbləğini mübahisələndirməmiş, daha az zərər vurulmasına dair hər hansı sübut təqdim etməmiş, müvafiq ekspertizaların keçirilməsini xahiş etməmişdir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz cavabdeh Rəhmanlı Yusı̇ f Elman oğlu tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdeh Rəhmanlı Yusı̇ f Elman oğlundan iddiaçı Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğlunun xeyrinə 1324.50 (min üç yüz iyirmi dörd manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 34 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Rəhmanlı Yusı̇ f Elman oğlundan 1324.50 (min üç yüz iyirmi dörd manat əlli qəpik) manat məbləğində pul vəsaiti və 34 (otuz dörd) manat dövlət rüsumu olmaqla, cəmi 1358.50 (min üç yüz əlli səkkiz manat əlli qəpik) manat pul tutularaq iddiaçı Şı̇ rı̇ nov Elçı̇ n Həsrət oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-965/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-965/2022
23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver