Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-98/2023 15.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlunun cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlunun və onun vəkii Vəkil və cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlunun iştirakları ilə, İddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlunun cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğluna qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlundan Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(025)-868/2022 saylı qətnaməsi ilə eyni vaxtda icra edilməklə 11362 manat və ödədiyi 124.09 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Solquca kəndində yaşamışlar və hazırda da orada yaşayırlar. Cavabdehdən 06 avqust 2012-ci ildə nəğd şəkildə 5000 manat verərək 0,415 ha torpaq sahəsi almışdır. Qeyd edir ki, torpaq sahəsini aldıqdan dərhal sonra oranın ətrafını hasarlamış torpağın yaxşılaşdırılmasına dair nə lazımdırsa etmiş və həmin torpaq sahəsində çoxillik meyvə ağacları əkmişdir. Belə ki, torpaq sahəsinin ətrafının hasarlanması üçün hər birinin qiyməti 21 manata 16 ədəd dəmir setka: 16 x 21= 336 manat, 60ədəd ağacın basdırılması üçün hər birinin qiyməti 2 manat olmaqla: 60x2=120 manat, 55 ədəd 60 kq-lıq dəmir truba hər birinin qiyməti 3 manat olmaqla: 55x3=165 manat olmaqla hasar üçün cəmi 621 manat xərc çəkmişdir. Həmçinin, almış olduğu 0,415 ha torpaq sahəsində 31 topa fındıq ağacı hər topanın qiyməti 166 manat olmaqla 31x166=5146 manat, 7 ədəd şabalıd ağacının hər birinin qiyməti 85 manat olmaqla: 7x85=595 manatdır. Bağın hasarlanmasına və meyvə ağaclarının əkilibbecərilməsinə cəmi 6362 manat xərc çəkmişdir.Əkdiyi meyvə ağaclarının yaxşı bar verməyə başladığını görən cavabdeh torpaq sahəsinin onun mülkiyyətində olmasından sui-istifadə edərək məhkəmədə torpaq sahəsindən istifadəyə mane olan hallara son qoyulması tələbinə dair iddia çaldırmışdır.Qəbələ rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(025)-868/2022 saylı qətnaməsinə əsasən onun iddiası qismən təmin edilmişdir. Lakin o həmin torpaq sahəsinə xərc çəkmiş, həmin toıpaq sahəsi üçün 5000 manat pul vermiş, həmçinin orada yuxarıda qeyd etdiyi meyvə ağaclarını əkmişdir.İndi o çəkdiyi xərci cavabdehdən tələb edir. Çünki,cavabdeh ötən illərdən bəri orada onun bağ saldığını görsə də 10 ildən artıq bir müddət ərzində dözümlülük göstərməsi bunu deməyə əsas verir ki, həmin bağ (meyvə ağacları) tərəflər arasında olan ümümi razılaşmaya əsasən salınmışdır. Meyvə ağaclarının əkilib-becəyilməsi, bağ sahəsinin sərhədinin hasarlanması, (hasarlanması, dəmir setka, ağac basdırmaları və s.) üçün xərc çəkmişdir. Cavabdehin həmin torpaq sahəsini ona satması, uzun müddət dözümlülük göstərməsi bir daha onu təsdiq edir ki, onalar arasında razılaşma olmuşdur və cavabdeh görəndə ki, meyvə ağacları artıq yaxşı bar verir nəfsinə tabe olaraq məhkəmədə iddia qaldırmışdır. Artıq həmin meyvə ağacları onun mülkiyyətidir və həmin ağaclardan onun gözləntilərim vardır. işə əlavə etdiyim 7 nəfər Mıxlıqova kənd sakinlərinin imzaları ilə təsdiq edilmiş 06 avqust 2012-ci il tarixli aktla bir daha təsdiq olunur ki, cavabdehlə onun arasında alqı-satqı olmuş və o cavabdehə torpaq sahəsinin müqabilində ona 5000 manat pul vermişdir. İşə əlavə etdiyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X5 Mərkəzinin 09 avqust 2022-ci il tarixli, 57 saylı məktubu (rəyi) təsdiq olunur ki, torpaq sahəsinin hasarlanması və meyvə ağaclarının əkilib-becərilməsi üçün mən 11362 manat xərc çəkmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı ilə torpağın alqı-satqısı barədə heç bir razılaşması olmamış, ümumiyyətlə özünə və ailəsinə məxsus torpaq sahəsini satmamışdır. İddıaçı tərəfindən təqdim olunmuş sənədlərdə imza ona məxsusdur, lakin 2012-ci ildə həmin sənədlərə imza edərkən mahiyyətini dərk etməmiş, alqı-satqıdan heç bir söhbət getməmişdir. İddiaçı onun və ailə üzvilərin birgə mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə maneələr törətmiş, bu barədə məhkəməyə müraciət etmiş, iddiaçının torpaq sahəsindən çıxarılması barədə müvafiq qətnamə qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında ifadə vermiş şahid X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə Mıxlıqovaq bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu və Nuralıyev Arı̇ f Nuralı oğlu Bələdiyyəyə müraciət etmişlər. Onların arasında torpağın alqı-satqısı ilə bağlı akt tərtib edildi və torpaq sahəsi Nuralıyev Arı̇ f Nuralı oğlu tərəfindən Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna satılmışdır. Hər ikisi onun yanında akta qol çəkmişlər. Razılaşmaya görə Nuralıyev Arı̇ f Nuralı oğlu 0,415 ha torpaq sahəsini 5000 manat dəyərində Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna satmışdır. Əvvəlki məhkəmə icalsında ifadə vermiş şahid X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə Solquca kənd Ərazi Nümayəndəsi vəzifəsində işləmişdir. Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu və Nuralıyev Arı̇ f Nuralı oğlu Bələdiyyəyə müraciət etmişlər ki, torpağın alqısatqısı müəyyən qaydada öz təsdiqini tapsın. Onların arasında torpağın alqı-satqısı ilə bağlı akt tərtib edildi və torpaq sahəsi Nuralıyev Arı̇ f Nuralı oğlu tərəfindən Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna satılmışdır. Razılaşmaya görə Nuralıyev Arı̇ f Nuralı oğlu 0,415 ha torpaq sahəsini 5000 manat dəyərində Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna satmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MM-nin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(025)-868/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən edilmiş, JN-0033 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində iddiaçı Nuralıyev Arı̇ f Nuralı oğlunun və ailə üzvilərinin birgə mülkiyyətinə verilmiş 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 33H cizgisində göstərilmiş 0, 42 ha hissəsinin 0, 3936 hissəsindən cavabdeh Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X5 Mərkəzi tərəfindən Qəbələ Rayon Vəkillər bürosunun vəkili Vəkil ünvanlanmış məktubu ilə bildirilmişdir ki, ünvan 2 Eyvazov Çı̇ ngı̇ z Dursun oğlunun istifadəsində olan 0.41 hektar torpaq sahəsində olan meyvə ağaclarının qiymətləndirilməsi, bağ sahəsinin mühafizəsi və kənarların hasarlanmasına çəkilmiş xərclərin müəyyən edilməsi üçün baxış keçirilmişdir. Həmin 0.41 hektar torpaq sahəsinə baxış keçirildikdə məlum oldu ki, bağ sahəsinin ətrafı setka ilə hasarlanmış, bağdaki fındıq topalarının və digər meyvə ağaclarına bütün qulluq işləri görülmüşdür. Bağın kənarının hasarlanması üçün 16 ədəd dəmir setka hər birinin qiyməti təxminən 21 manat o.maqla 16x21=336 manat, 60 ədəd ağac basdırma hər birinin qiyməti 2 manat olmaqla 60x2 =120 manat, 55 ədəd 60-lıq dəmir turba hər birinin qiyməti təxminən 3 manat olmaqla 165 manat olarsa çəkilmiş xərcləri nəzərə alsaq hasar üçün 621 manat dəyərində vəsait xərcləmniş olar. Həmin 0.41 hektar torpaq sahəsində 31 ədəd fındıq topası və 7 ədəd şabalıd ağacı olduğu müəyyən edildi. Hazirki bazar qiyməti və sorğu əsasında 0.41 hektar torpaq sahəsində olan ağacları qiymətləndirsək aşağıdaki kimi olar. Hazirki, vaxt 1 hektar məhsulardar fındıq bağının bazar qiyməti 25 -27 min manat arasında dəyişir. 1 hektar fındıq bağında 156 ədəd fındıq topasının olduğunu nəzərə alsaq orta hesabla məhsuldar 15-20 illik :bndıq topasının qiymətini müəyyən etmək üçün 1 hektar fındıq bağında olan topaların dəyərini müəyyən etsək 26 min manat 156 ədəd məhsuldar fındıq topasına =166 manat olar Solquca kənd sakinin İddiaçı istifadəsində olan 31 ədəd fındıq topası x 166 manat = 5146 manat olar. Həmin bağ sahəsində olan 7 ədəd şabalıd ağacını isə orta hesabla 85 manat qiymətləndirmək olar. Solquca kənd sakinin İddiaçı istifadəsində olan torpaq sahəsinin kənarının hasarlanması bağda olan fındıq topasının və şabalıd ağacının qiymətləndirilməsi aşağıdaki kimi olar. Cəmi çəkilmiş xərc bağın kənarının hasarlanması 621 manat + fındıq topalarının dəyəri 31 ədəd x 166 manat=5146 manat və 7 ədəd şabalıd ağacı 7x85 manat= 595 manat olar. Onda cəmi çəkilmiş xərc 6362 manat olar. İş materiallarına əlavə edilmiş 06 avqust 2012-ci il tarixli “Torpaq sahəsinin satılmasına dair” Aktın surətindən görünür ki, Nuralıyev Arı̇ f Nuralı oğlu özünə və ailə üzvlərinə məxsus olan 0.415 ha torpaq sahəsini 5000 manat qarşılığında Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna satmışdır. Alqı-satqı mülkiyyətçinin bütün ailə üzvlərinin razılığı və iştirakı ilə aparılmışdır. İş materiallarına əlavə edilmiş 06 avqust 2012-ci il tarixli “Alış Aktın” surətindən görünür ki, Nuralıyev Arı̇ f Nuralı oğlu özünə və ailə üzvlərinə məxsus olan 0.415 ha torpaq sahəsini 5000 manat qarşılığında Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna satmışdır. Alqı-satqı mülkiyyətçinin bütün ailə üzvlərinin razılığı və iştirakı ilə aparılmışdır. Beləliklə işin müəyyən edilmiş işin halları, o cümlədən qanuni qüvvəyə minmiş 18 oktyabr 2022-ci il tarixli 2(025)-868/2022 nömrəli məhkəmə aktı ilə müəyyən edilmişdir ki, JN-0033 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Nuralıyev Arı̇ f Nuralı oğlunun və ailə üzvilərinin birgə mülkiyyətinə verilmiş 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 33H cizgisində göstərilmiş 0,42 ha hissəsinin 0,3936 hissəsindən Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu tərəfindən törədilən maneələrə son qoyulmuşdur. İddiaçı qeyd olunan 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.415 ha hissəsini 06 avqust 2012-ci il tarixli Torpaq sahəsinin satılmasına dair akta əsasən 5000 manat qarşılığında almışdır. Eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X5 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 57 saylı məktubu ilə müəyyən olunur ki, Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən mübahisəli 0.41 hektar torpaq sahəsinə cəmi çəkilmiş xərc 6362 manat təşkil edir. Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu Nuralıyev Arı̇ f Nuralı oğlundan torpaq sahəsinin 0.415 ha hissəsinin alqı-satqısına görə verilmiş 5000 manat pul vəsaitinin və 6362 manat torpaq sahəsinə çəkilmiş xərci Nuralıyev Arı̇ f Nuralı oğlundan tutularaq ona verilməsini tələb edir. Məzmunundan göründüyü kimi Mülki Məcəlləsinin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. İddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlundan sonuncunun mülkiyyətində olan, lakin özünün sahibliyində və istifadəsində olmuş mübahisəli torpaq sahəsində meyvə ağaclarnın yetişdirilməsi ilə bağlı xərcin ödənilməsini tələb edir. Cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlunun mübahisəli torpaq sahəsinə hüquqları pozularkən həmin torpaq sahəsində meyvə ağaclarının olmaması, həmin torpaq sahələrinə hüquqları bərpa olunduğu zaman isə iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu tərəfindən yetişdirilmiş meyvə ağaclarının olduğu, yetişdirilmiş meyvə ağaclarının əvəzsiz olaraq ona qalmasına dair nə qanuni və nə də müqavilə üzrə əsasları olmamışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlunun torpaq sahəsinin 5000 manat pul müqabilində iddiaçıya satılması əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu tərəfindən Nuralıyev Arı̇ f Nuralı oğluna verilmiş 5000 manat məbləğində pul qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Nuralıyev Arı̇ f Nuralı oğlundan alqı-satqı yolu ilə 2012-ci il tarixdə almış olduğu 0.415 hektar bağ sahəsində olan 31 ədəd fındıq topası, 7 ədəd şabalıd ağacının yetişdirilməsinə, həmçinin həmin 0.41 hektar bağ sahəsinin kənarının tikanlı məftil, ağac basdırmaları və çatcağ vasitəsilə hasarlanmasına çəkilən xərc olaraq 6362 (altı min üç yüz altmış iki) manat pul alınıb iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlu “pulun tutulmasının Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(025)-868/2022 saylı qətnaməsi ilə eyni vaxtda icra edilməsini” iddia etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Mövcud qanunvericilikdə isə, ayrı-ayrı məhkəmə qətnamələrinin eyni vaxtda icra edilməsi (ayrı-ayrı məhkəmə qətnamələrin icrasının bir-birindən asılı olması) nəzərdə tutulmamışdır və yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozulabiləcək hüquqlarını müdafiə etməlidir. Hərbir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlundan 124.09 (bir yüz iyirmi dörd nanat doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğlunun xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlundan 11362 manat və ödənilmiş dövlət rüsumu 124.09 manat olmaqla, cəmi 11486.09 (on bir min dörd yüz səksən altı manat doqquz qəpik) manat pul tutularaq iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Nuralıyev Arı̇ f Nuralı oğlundan 11362 manat və ödənilmiş dövlət rüsumu 124.09 manat olmaqla, cəmi 11486.09 (on bir min dörd yüz səksən altı manat doqquz qəpik) manat pul tutularaq iddiaçı Eyvazov Çı̇ ngı̇ z Dursun oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-98/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-98/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver