Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-994/2023 25.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 baş iri buynuzlu inək malını öldürməklə ona vurulan 2000 (iki min) manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Bunud kəndində yaşayır. Özünə rnəxsus təsərrüfatı var. Təsərrüfatının fəaliyyət istiqaməti heyvandarlıq və bağ-bostan işləridir. Təsərrüfatı geniş olmasa da bu sahədən əldə etdiyi gəlirlərlə ailənin gündəlik dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə ailə təsərrüfatında saxlanılan bir baş inək malının öldüyü barədə qonşusu Müseyibli Ramil tərəfindən telefonla ona məlumat vermiş və məlumatı alan kimi dərhal evlərinin yaxınlığında küçəyə getmişdir. Deyilən yerə çatanda ona məxsus inəyin cəsədini görmüşdür. X2 da orada idi DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir ki bir baş iribuynuzlu inək malnmı naməlum avtomobil vurub qaçmışdır. Məlumatım əsasında əraziyə yol polis əməkdaşları gəldilər, inəyin cəsədinə baxış keçirdilər və ona bildirdilər ki, inəyin maşınla vurulması nəticəsində ölməsinə oxşamır. İnək küt alətlə vurulub. O yenidən DİN -nin “102 xidmətinə” zəng edərək heyvanı küt alətlə naməlum şəxs tərəfindən vurularaq öldürüldüyü barədə məlumat vermişdir. İnəyin cəsədi olan yerə polis əməkdaşları gəlmiş, cəsədə baxış keçirmişdilər. Şəkil çəkilib digər sənədləşmələr aparılmışdır. Polis araşdırması zamanı məlum olmuşdur ki, hadisəni Qəbələ rayonu Vəndam kənd sakini hazırki iş üzrə Cavabdeh tərəfindən törədilmişdir. Cavabdehdən izahat alınarkən etiraf etmişdir ki, onun inəyini və digər sahiblərini tanımadığı heyvanları onun icarəyə götürüb taxıl əkdiyi sahəyə ziyanlıq vurduqiarına görə çəpər düzəltmək üçün əlində olan baltanın arxa kəsməyən tərəfi ilə zərbə ilə heyvanın arxa sağ çanaq nahiyyəsinə, eləcə də qbaq sağ ayağının yuxarı nahiyyəsinə bir neçə dəfə zərbə ilə vurmuş və mallar sahədən qaçıb getmişlər. Onun inək malının ölümünü həmin günü eşitdiyini bildirmişdir. Ona məxsus 1 baş inək malının cəsədi baytar həkim Şakir Yaralıyev tərəfindən müayinə edilməklə xx.xx.2023 -cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda 1 baş müayinə olunan iribuynuzlu heyvanın küt alətlə vurularaq öldürülməsi göstərilmişdir. Bildirir ki, Cavabdeh ona məxsus 1 baş iribuynuzlu inək malının arxa sağ çanaq nahiyyəsinə, eləcədə qabaq sağ ayağının yuxarı nahiyyəsinə bir neçə dəfə baltanın arxa kəsməyən tərəfi ilə bir neçə dəfə güclü zərbələr vurmaqla öldürərək ona 2000 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində əsasən 12 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara istinad edilmişdir. Lakin təhqiqatçı rədd qərarında izahatını şişirtməklə, həqiqətə uyğun olmayan ifadələrdən istifadə etmişdir. Əslində isə hadisə tamamilə orda qeyd edilən kimi olmamışdır. Bəli, hadisə günü təsərrüfatına xeyli saylı inək daxil olması və ziyan vermələrinə görə onları oradan qovub çıxarmağı həqiqəti əks etdirməkdədir. Lakin onun 100 faiz əminliklə İddiaçı inəyini “öldürməyi” barədə yazılanlar həqiqəti əks etdirməməkdədir. Çünki, o, özünə də təsərrüfatla məşğul olan insan kimi heç vaxt inəyi öldürücü zərbə yetirməyi inandırıcı deyildir. Hadisə günü ona İddiaçı məxsus inəyin ölüsünün şəkili (fotosu) göstərilən zaman əmin olmuşdur ki, həmin inək ümumiyyətlə onun sahəsinə daxil olmamış və ona zərbə yetirməmişdir. Belə ki, təhqiqatçı tərəfindən izahatı alınandan sonra inəyin şəkli ona göstərildi. İnəyin şəklinə baxan kimi həmin inəyin onun sahəsinə keçmədiyini bildirmişdir. Amma nədənsə təhqiqatçı tərəfindən inəyin şəkli ona izahat alınandan sonra göstərilmişdir. Daha sonra İddiaçı məxsus evə gedərək inəyə baxmaq qərarına gəlmişdir. Həmin vaxt inəyin ancaq başı və ayaqları qalmışdı. İnəyin başından müəyyən olunurdu ki, inək “qırmızıyaçalar” rəngdədir və o həmin inəyin sahəsinə keçmədiyini bildirmişdir. Bundan 1 gün sonra Qəbələ rayon Polis şöbəsinə gələrək, İddiaçı məxsus inəyin ümumiyyətlə onun sahəsinə keçmədiyini, həmin inəyi görmədiyini və onu vurmadığını bildirmişdir. Lakin təhqiqatçı İddiaçı məxsus inəyin avtomobil vurulması nəticəsində ölməməsi həqiqətə uyğun olsa da, həmin inəyin onun tərəfindən öldürülməsi inandırıcı və ağlabatan deyildir. Sadəcə olaraq təhqiqatçı izahatını “təhrif’ edilmiş formada yazaraq onun mülki məsuliyyətə cəlb edilməyi üçün əlindən gələni etmişdir. Təsərrüfatına daxil olan inəkləri qovub çıxarmağını etiraf etmişdir. Əgər məsuliyyətdən yayınmaq kim niyyəti olsaydı bu halı etiraf etməzdir. İzahatında da qeyd etmişdir ki, inəkləri qovan zaman ətrafında heç kim olmamışdır. Əgər bunu etiraf etmişdirdə, inəyi öldürməyini də etiraf edərdi. Dediyi kimi ölmüş inəyin şəklin görən kimi həmin inəyin ümumiyyətlə onun sahəsində olmadığını bildirmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçı ona qarşı haqlı olmayaraq iddia qaldırmışdır. Təhqiqatçı isə onun haqsız məsuliyyətə cəlb olunmağı üçün əlindən gələni etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK-1/540 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 274-cü maddəsinə əsasən tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 Saylı Regional Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İşdə olan 27 iyul 2023-cü il tarixli 3-14-45/2-519/2023 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubundan görünür ki, idarə tərəfindən Cavabdeh barəsində hər hansı inzibati tədbir görülməmişdir. İşdə olan 22 may 2023-cü il tarixli sahibkar Qəribova Lamiyə (VÖEN: **********) tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ rayon Nic qəsəbəsində yerləşən bazarda 130 kiloluq dişi dananın təxmini qiyməti 1600 manat civarındadır. İşdə olan Qəbələ Rayon Polis Şöbəsindən tələb olunmuş İddiaçı şikayəti ilə bağlı toplanılmış araşdırma materiallarından və həmin materialda olan Cavabdeh izahatından görünür ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini Xanalıyev X1 sakini İddiaçı məxsus bir baş iribuynuzlu heyvanın (inək) arxa sağ çanaq və qabaq sağ ayağına balta ilə xəsarət yetirərək sonuncuya ümumilikdə təxminən 2000 (iki min) manat maddi ziyan vurmuşdur. Vətəndaş İddiaçı məxsus iribuynuzlu heyvanın yol nəqliyyat hadisəsi nəticəsində ölməsi xüsusatı öz təsdiqini tapmamışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh əməlində cinayət tərkibi yoxdur, lakin Cavabdeh İddiaçı məxsus bir baş iribuynuzlu heyvanı balta aləti ilə vuraraq tələf etdiyinə görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 274-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərarın surəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 Saylı Regional Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanı balta aləti ilə vuraraq tələf edilməsində təqsirli olması 12 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla və toplanmış HK-1/540 saylı materialda olan sənədlərlə təsdiq olunur. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, İddiaçı dəymiş maddi zərərin məbləğinin cəmi 1600 manat olduğu işdə olan 22 may 2023-cü il tarixli sahibkar Qəribova Lamiyə (VÖEN: **********) tərəfindən verilmiş arayışa əsasən öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1600 manat məbləğində vurulmuş zərər Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin məbləği 1600 manat (bir min altı yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-994/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-994/2023
25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver