Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-995/2020 20.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 70.032 (yetmiş min otuz iki) manat məbləğində pulun, hüquqi yardıma görə ödədiyi 110 (bir yüz on) manatın, vurulan ziyana görə 15.000 (on beş min) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə məcburi qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi dostunun vasitəsi ilə tanımış və münasibətləri yaranmışdır. Bir vaxt cavabdeh ona qısa müddətə qaytarmaq şərti ilə pul lazım olduğunu bildirmişdir. Nə qədər pul lazım olduğunu soruşduqda sonuncu 50-60 min manat məbləğini göstərmişdir. Pulun qaytarılacağı vaxtını soruşduqda isə cavabdeh ona həmin pulu iki ay ərzində qaytaracağını demişdir. Buna görə də aralarında müqavilə bağlanmaqla ona xx xxxxxx 2015-ci il tarixdə iki ay müddətinə, yəni xx xxxx 2015-ci il tarixdə qaytarmaq şərtilə 15.000 manat vermişdir. Bundan sonra cavabdeh ona zəng edərək görüşməyi təklif etmişdir. Görüşəndə cavabdeh ona torpaq işinin olduğunu və pul lazım olduğunu, tez bir zamanda əvvəl aldığı pulla birlikdə qaytaracağını bildirmişdir. Cavabdehin sözlərinə inanaraq xx xxxxxx 2015-ci il tarixdə 40.000 manat məbləğində pulu notarial qaydada ona vermişdir. Bundan başqa da o, hissə-hissə 15.32 manat məbləğində cavabdehə pul vermişdir. Bunun müqabilində ona cəmi 700 manat pul qaytarılmışdır. Sonradan da cavabdeh ondan pul alaraq hissə-hissə qaytarmışdır. Lakin yekun olaraq cavabdeh ona 70.032 manat borcludur. Əlavə olaraq iddia ərizəsinin tərtib olunmasına 110 manat və 30 manat dövlət rüsumunun ödənilməsinə görə pul vermişdir. Əlavə onun yol xərcləri yaranmışdır. Belə ki, bu məsələ ilə bağlı dəfələrlə cavabdehin yanına getmiş, onunla telefon əlaqəsi saxlamışdır. Lakin cavabdeh ona bu gün-sabah deyə-deyə aldadaraq pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Həmin məsələ ilə bağlı polisə də məlumat vermişdir. Polis şöbəsinin əməkdaşları rəsmi olaraq bu mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi ona bildirmişlər. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh bu günkü günə kimi heç bir ödəniş etməmişdir. Birinci qrup əlidir, cavabdeh də bunu bilərəkdən onun əlilliyindən istifadə etmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh ondan notariat orqanında qeydə alınmış kredit müqavilələri əsasında 15.000 manat və sonradan 40.000 manat omaqla 55.000 manat məbləğində borc almışdır. Həbsdən gələndən sonra isə müxtəlif vaxtlarda əlavə olaraq 15 min 32 manat məbləğində borc götürmüşdür. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının vəkili X2 iddia tələblərini müdafiə etdiklərini bildirib onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, onun iddiaçıya 70.000 manat məbləğində borcu yoxdur. Lakin ona müəyyən məbləğdə borcunun olduğunu etiraf edir. Torpaq və ev alqı-satqısı ilə məşğul olmaq üçün xx xxxxxx 2015-ci il tarixdə iddiaçıdan 10.000 manat faizlə pul almışdır. Lakin həmin pulu iddiaçıdan aldıqdan bir ay sonra həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra iddiaçı ona məxsus torpaq sahəsini və avtomobilini satdığını öyrənmişdir. İddiaçı ona borc məbləğinin böyüdüyünü, maşını və torpaq sahəsini sataraq borc məbləğini bağladığını bildirmişdir. Bundan əlavə o, iddiaçıya 1500 manat məbləğində iki dəfə ayrı-ayrı vaxtlarda pul ödəmişdir. Eyni zamanda qeyd olunan dəftərdə göstərilən məbləğləri, hansının ki, qabağında “aldım” sözü yazılıb, onun tərəfindən qəbul edilmişdir. Lakin həmin məbləğdən müəyyən hissəsini ödəmişdir. Lakin bununla bağlı hazırkı iddiaçıdan iltizam almamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayon notariat kontorunda 3M-05 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Daşca kəndində qeydiyyatda olan X3 şəhəri M.Ə.Sabir küçəsi 10-da qeydiyyatda olan Cavabdeh 2 ay müddətinə, yəni xx xxxx 2015-ci il tarixə kimi heç bir faiz almadan 15.000.00 (on beş min) manat pulu borc vermişdir. İşdə olan Qəbələ rayon notariat kontorunda 3M-12 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Daşca kəndində qeydiyyatda olan Əliyev X7 şəhəri M.Ə.Sabir küçəsi 10-da qeydiyyatda olan Cavabdeh 2 ay müddətinə, yəni xx xxxx 2015-ci il tarixə kimi heç bir faiz almadan 40.000.00 (qırx min) manat pulu borc vermişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X4 xx xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18.13 radələrində Qəbələ rayonu Daşca kənd sakini İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət edərək Cavabdeh birgə iş qurmaq adı ilə 55 min manat məbləğində pulu notarial qaydada verdiyini, lakin sonuncunun vədinə əməl etməyərək həmin pulu ona qaytarmadığını bildirmişdir. Bundan sonra İddiaçı Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək 15 min və 40 min manat məbləğində olmaqla cəmi 55.000 manat məbləğində pulu Cavabdeh verdiyini, sonuncunun onu aldadaraq həmin pulu ona qaytarmadığını bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış HK-1/874 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək, həmçinin qərardan şikayət etmək barədə hüququnun olması izah edilmişdir. Qəbul olunmuş qərarın surəti xx.xx.2020-ci il tarixli, 38/144-20910-1 saylı məktubla nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilmişdir. İşdə olan İddiaçı məhkəməyə təqdim etdiyi dəftərdə Cavabdeh ondan müxtəlif vaxtlarda aldığı borc pulun məbləği qeyd olunmuşdur. Dəftərin birinci səhifəsində iddiaçının ona verdiyi borcun məbləği 5575 manat (250+50+900+700+375+1400+1900 manat) təşkil etdiyi göstərilmişdir. Dəftərin ikinci səhifəsində cavabdehin İddiaçı aldığı pulun məbləği 3900 (1000 + 400 + 50 + 200 + 200 + 150 + 50 + 350 + 500 + 400 + 100 + 200 + 300 manat) manatdır. Həmin 3900 manat məbləğində puldan 700 manatın cavabedeh tərəfindən iddiaçıya qaytarıldığı qeyd edilmişdir. Buna görə də həmin səhifədə göstərilən borcun məbləği 3200 (3900 manat – 700 manat = 3200 manat) manatdır. Dəftərin üçüncü səhifəsində cavabdehin iddiaçıdan aldığı pulun məbləği olaraq 290 manat (250 + 35 + 5 manat) göstərilmişdir. Məlum olur ki, kredit müqavilələrindən əlavə Cavabdeh İddiaçıevə olan borcu 9065 (ödənilən 700 manat nəzərə alınmaqla) manat məbləğindədir. İşin qeyd olunan halını mülki işin məhkəmə araşdırılması zamanı cavabdehin özü də etiraf etmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Qəbələ rayon notariat kontorunda 3M-05 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 2 ay müddətinə, yəni xx xxxx 2015-ci il tarixə kimi heç bir faiz almadan 15.000.00 (on beş min) manat, 3M-12 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə görə isə 2 ay müddətinə, yəni xx xxxx 2015-ci il tarixə kimi heç bir faiz almadan 40.000.00 (qırx min) manat pulu borc vermişdir. Bundan əlavə müxtəlif vaxtlarda cavabdeh iddiaçıdan yenidən borc almış və həmin borcdan 700 manatını ödəmişdir. Kredit müqaviləsindən sonra onun iddiaçıdan aldığı borcun məbləği 9065 manat məbləğindədir ki, aldığı həmin pullar və eləcə də iddiaçıya qaytarılmış 700 manat borc pulu barədə iddiaçının tutduğu dəftərdə qeydlər aparılmışdır. İşin qeyd olunan halını mülki işin məhkəmə araşdırılması zamanı cavabdehin özü də etiraf etmişdir. Cavabdehin aldığı borc pulunun qaytarılmadığını görən iddiaçı xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etməklə bildirmiş və Qəbələ rayon Polis şöbəsinə bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında şöbədə HK-1/874 saylı material toplanmış və müvafiq araşdırılma aparılaraq Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək, həmçinin qərardan şikayət etmək barədə hüquqları izah olunmuşdur. Qəbul olunmuş qərarın surəti xx.xx.2020-ci il tarixli, 38/144-20910-1 saylı məktubla nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1-ci maddəsi). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göründüyü kimi İddiaçı iddia ərizəsində Qəbələ rayon notariat kontorunda 3M-05 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə və 3M-12 reyestr nömrəsi üzrə qeydə alınmış xx xxxxxx 2015-ci il tarixli kredit müqavilələrinə əsaslanmaqla 55.000 manat (15.000 manat + 40.00 manat) borcun, həmin müqavilərdə göstərilən borcla yanaşı sonradan verilən borcların ümumilikdə 70.032 manat təşkil etdiyini qeyd etməklə borcun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icrası müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Hazırki işdə tərəflər arasında xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərində bağlanmış yazılı kredit müqavilələrindən görünür ki, tərəflər xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15.000 və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə görə isə 40.000 məbləğində borc pulun cavabdeh tərəfindən aldığını və həmin borcu 2 ay müddətində qaytaracağını könüllü iradə əsasında notarial qaydada bağlanmış müqavilələrlə ifadə etmişlər. Bir sözlə, məhkəmənin qənaətinə görə kredit müqavilələrinə dair hüquqi proseslər barəsində cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, kredit müqavilələri cavabdehin iradəsinə və iradə ifadəsinə uyğun şəkildə bağlınmışdır. İddiaçının istinad etdiyi kredit müqavilələri isə etibarlı əqdlər olmaqla, onun irəli sürdüyü faktiki hallar iddia tələblərinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Bundan başqa, mülki işin məhkəmə araşdırılması zamanı cavabdeh kredit müqavilələrində göstərilən, eləcə də həmin kredit müqavilələrindən sonrakı dövrdə iddiaçıdan aldığı və məhkəməyə sübut olaraq təqdim olunan dəftərdə göstərilmiş borcdan 9065 (doqquz min altmış beş) manatı etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmaqla cavabdehdən 64065 ((55.000 manat (15.000 manat + 40.000 manat= 55.000 manat) + 9065 manat = 64065 manat)) manat məbləğində borc pul alınaraq iddiaçıya ödənilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı Cavabdeh qarşı iddia tələbində həm də 110 manat hüquqi yardıma görə ödədiyi pulun və ona cavabdeh tərəfindən vurulan maddi ziyana görə 15.000 manat məbləğində pulun cavbdehdən alınaraq ona ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş edir. Lakin o, qeyd olunan tələblərinin istinad etdiyi hallara, yəni hüquqi yardıma görə ödənilmiş pul məbləğinə dair qəbzi, eləcə də cavabdeh tərəfindən 15.000 manat məbləğində zərər vurulduğuna dair heç bir sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 64065 (altmış dörd min altmış beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 64095 (altmış dörd min doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 64065 (altmış dörd min altmış beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilildə 64095 (altmış dörd min doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-995/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-995/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver