Məhkəmə qərarları › İş №2(026)-109/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-109/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-109/2020 22.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı x2 nümayəndəsi x1 və Cavabdeh1 Həzrət oğlunun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə baxaraq QƏT ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı x2 xeyrinə 17R000007876 saylı kredit razılaşmasıüzrə 9597,14 ABŞ dolları əsas, 7375,43,68 ABŞ dolları faiz və 5198,82 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 22171,73 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, tələbin KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, borcun həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi x3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 Həzrət oğlu ilə İddiaçı QSC arasında bağlanmış 05 iyul 2012-ci il tarixli 17L000000780 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Həzrət oğlu İddiaçı QSC ilə bağladığı 22 sentyabr 2014-cü il tarixli 17R000007876 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2 faiz olmaqla, 24 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04 aprel 2018-ci il tarixli 17R000007876SB saylı razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 aprel 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20402 ABŞ dolları ödəmiş, onun banka 9597,48 ABŞ dolları borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlərCavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh bankla arasında bağladığı 22 sentyabr 2014-cü il tarixli 17M000000793 saylı ipoteka müqaviləsi əsasında KAMAZ 65115- 018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası DİN BDYP-nin qeydiyyat imtahan şöbəsi tərəfindən qeydiyyata alınmış AA 118594 saylı çıxarış əsasında KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır.Cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı x2 xeyrinə 17R000007876 saylı kredit razılaşması üzrə 9597,14 ABŞ dolları əsas, 7375,43,68 ABŞ dolları faiz və 5198,82 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 22171,73 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, tələbin KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, borcun həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında göstərdi ki, əvvəllərdə İddiaçı QSC-dən pul götürmüş və vaxtında ödəmişdir. Bank işçiləri ona zəng vuraraq onun nümunəvi müştəri olduğunu deyərək bankdan kredit götürməsini ona təklif etmişlər. İddiaçı QSC –yə gedərək kredit götürmək istəyərkən ona sənədləşmənin ABŞ dollarının 78 qəpiklə hesablanıb aparılacağını, lakin pulun ona manatla veriləyəcini deyərək aralarında bağlanmış 22 sentyabr 2014-cü il tarixli 17R000007876 saylı kredit razılaşması əsasında bank tərəfindən ona aylıq faiz dərəcəsi 2 faiz olmaqla, 24 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 23400 manat kredit verilmiş, həmin pulum əvəzində banka 28280 manat pul qaytarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla aralarında bağladığı 22 sentyabr 2014-cü il tarixli 17M000000793 saylı ipoteka müqaviləsi əsasında KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyərək işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı” QSC iləCavabdeh1 Həzrət oğlu arasında bağlanmış 05 iyul 2012-ci il tarixli 17L000000780 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Həzrət oğlu İddiaçı QSC ilə bağladığı 22 sentyabr 2014-cü il tarixli 17R000007876 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2 faiz olmaqla, 24 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 04 aprel 2018-ci il tarixli 17R000007876SB saylı razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 aprel 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20402 ABŞ dolları ödəmiş, onun banka 9597,48 ABŞ dolları borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh bankla arasında bağladığı 22 sentyabr 2014-cü il tarixli 17M000000793 saylı ipoteka müqaviləsi əsasında KAMAZ 65115- 018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş və Azərbaycan Respublikası DİN BDYP-nin qeydiyyat imtahan şöbəsi tərəfindən qeydiyyata alınmış AA 118594 saylı çıxarış əsasında KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 iyul 2012-ci il tarixli 17L000000780 saylı kredit xətti müqaviləsinin surətində göstərilir ki, 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 17R000007876 saylı kredit razılaşmasının surətindən görünür ki, 22 sentyabr 2014-cü il tarixli 17R000007876 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və M.H. İsmiyevə aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı x4 ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 22 sentyabr 2014-cü il tarixli 17S000007916, 17S000001588 və 17S000007918 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zaminlərdən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş 22 sentyabr 2014-cü il tarixli 17M000000793 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı x4 ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 11766 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 118594 saylı çıxarışından görünür ki, Cavabdeh3 Mövsüm oğluna məxsus KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2019-cu il tarixli 742 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2020-ci il tarixli 9/1752 saylı ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 iyul 2012-ci il tarixli 17L000000780 saylı kredit müqaviləsinin çərçivəsində imzalanmış 22 sentyabr 2014-cü il tarixli 17R000007876 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 07 noyabr 2019-cu il tarixi İddiaçı QSC-yə olan əsas borcu 9596,14 ABŞ dolları, faiz borcu 2884,68 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 5198,82 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcu 1500 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı x2 xeyrinə 17R000007876 saylı kredit razılaşmasıüzrə 9596,14 ABŞ dolları əsas, 2884,68 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, tələb KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, borc həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 145 manat ekspertiza xərci alınıb Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı x2 xeyrinə 17R000007876 saylı kredit razılaşmasıüzrə 9596,14 ABŞ dolları əsas, 2884,68 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Tələb KAMAZ 65115-018-13 yük markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, borc həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulsun.İpoteka predmetinin qiyməti 11766 manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 Həzrət oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 145 manat ekspertiza xərci alınıb Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar