Məhkəmə qərarları › İş №2(026)-110/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-110/2020

08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-110/2020 08.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı x3 ləğvedicisi x2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1250,92 ABŞ dolları əsas, kredit üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31 mart 2017-ci il tarixinə 1446,22 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 177,31 ABŞ dolları, 1392,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4266,58 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı x3 ləğvedicisi x2 iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 31 mart 2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən cavabdeh illik 29 faiz olmaqla 24 ay müddətinə 2000 ABŞ dolları kredit götürmüşdür. Bank ilə Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1250,92 ABŞ dolları əsas, kredit üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31 mart 2017-ci il tarixinə 1446,22 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 177,31 ABŞ dolları, 1392,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4266,58 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı x3 ləğvedicisi x1 nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 31 mart 2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən illik 29 faiz olmaqla 24 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən banka olan borc üzrə ödəniş cədvəlində nəzərdə tutulan ödənişlər edilməmiş və nəticədə cavabdehin banka cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1250,92 ABŞ dolları əsas, kredit üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31 mart 2017-ci il tarixinə 1446,22 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 177,31 ABŞ dolları, 1392,13 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 1392,13 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcu 130 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1250,92 ABŞ dolları əsas, kredit üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31 mart 2017-ci il tarixinə 1446,22 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 177,31 ABŞ dolları, 130 ABŞ dolları crimə borcu (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumu alınıb ləğv prosesində olan İddiaçı ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1250,92 ABŞ dolları əsas, kredit üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31 mart 2017-ci il tarixinə 1446,22 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 177,31 ABŞ dolları, 130 ABŞ dolları cərimə borcu (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumu alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar