Məhkəmə qərarları › İş №2(026)-114/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-114/2020

07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-114/2020 07.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı x1 Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı x2 iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 23 faiz olmaqla 36 ay müddətinə 2500 manat kredit götürmüşdür. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh 27 yanvar 2020-ci il tarixədək banka 1947,4 manat əsas, 140,52 manat faiz və 6,66 manat cərimə borcu olmaqla, cəmi 2094,58 manat borcu yaranmışdır. Ona görə də borclu Cavabdeh 1947,4 manat əsas, 140,52 manat faiz və 6,66 manat cərimə borcu olmaqla, cəmi 2094,58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi və “xxxxxx” İKB x2 ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli 6-Y-1-0-3900-18 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı x2 məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul edərək izahatında göstərdi ki, “xxxxxx” İKB ASC ilə aralarında bağlanmış 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 23 faiz olmaqla 36 ay müddətinə 2500 manat kredit götürmüşdür. Banka olan borcundan bir miqdar ödəmiş, lakin sonradan maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, iddiaçı “xxxxxxxx” ASC tərəfindən Cavabdeh 20 dekabr 2018-ci il tarixli 6-Y-1-0-3900-18 saylı kredit müqaviləsinə əsasən illik 23 faiz olmaqla 36 ay müddətinə 2500 manat kredit verilmişdir. Cavabdeh tərəfindən banka ödəniş cədvəlində nəzərdə tutulan ödənişlər edilməmiş və nəticədə cavabdehin banka 1947,4 manat əsas, 140,52 manat faiz borcu, 6,66 manat cərimə borcu olmaqla, cəmi 2094,58 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli 6-Y-1-0-3900-18 saylı müqaviləsində göstərilir ki, Cavabdeh illik 23 faizlə 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin 27 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 1947,4 manat əsas, 140,52 manat faiz borcu, 6,66 manat cərimə borcu olmaqla, cəmi 2094,58 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1947,4 manat əsas, 140,52 manat faiz borcu, 6,66 manat cərimə borcu olmaqla, cəmi 2094,58 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilməli, “xxxxxx” İKB x2 ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli 6-Y-1-0-3900-18 saylı kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1947,4 manat əsas, 140,52 manat faiz və 6,66 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2094,58 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nə ödənilsin. “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli 6-Y-1-0- 3900-18 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar