Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-134/2022 04.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 413,70 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 413,70 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh ünvanı Bakı şəhəri, Qobustan qəsəbəsi, Massiv 2, ev 32 göstərilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Qobustan qəsəbəsi, Massiv 2, ev 38-də qeydiyyatdadır. Ona görə də ərizə qanunun tələbinə görə cavabdehin qeydiyyatı üzrə ərazi məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 413,70 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev
Məhkəmə qərarları › İş №2(026)-134/2022
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-134/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver