Məhkəmə qərarları › İş №2(026)-136/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-136/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-136/2021 18.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdeh X4 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC ilə cavabdeh X6 arasında 28 avqust 2019-cu il tarixdə bağlanmış 017A********** saylı və 017A********** saylı kredit müqavilələrinə xitam verilməsi, X2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017A********** saylı kredit müqaviləsi üzrə 1425,24 manat kredit borcu, 4,88 manat faiz borcu və 272,71 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1702,83 manat borc, 017A********** saylı kredit müqaviləsinə əsasən 2908,92 manat əsas, 12,51 manat faiz və 634,34 manat cərimə borcu olmaqla, cəmi 3555,77 iki kredit müqaviləsi üzrə ümumilikdı 5258,60 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, X6 ilə İddiaçı QSC arasında bağlanmış 28 avqust 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1428,18 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 15 oktyabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. X6 banka olan kredit borcundan 2,92 manat ödəniş etmiş, onun banka 1425,24 manat borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılanadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12 fevral 2021ci il tarixə 130 gün üçün hesablanmış faiz borcu 4,88 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,2 % məbləğində cərimə ödənilməlidir. 12 fevral 2021-ci il tarixə 130 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 272,71 manat təşkil edir. Bundan başqa X6 İddiaçı QSC ilə 28 avqust 2019-cu il tarixdə bağladığı 017S********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2908,92 manat məbləğində kredit götürmüşdür. O. kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 15 oktyabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. X6 banka 2908,92 manat borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılanadək hesablanır. Kredit və faiz borcunu kreditora qaytarmadığı üçün 12 fevral 2021-ci il tarixə 130 gün üçün hesablanmış faiz borcu 12,51 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,2 % məbləğində cərimə ödənilməlidir. 12 fevral 2021-ci il tarixə 130 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 634,34 manat təşkil edir. Ona görə də İddiaçı QSC ilə cavabdeh X6 arasında 28 avqust 2019-cu il tarixdə bağlanmış 017A********** saylı və 017A********** saylı kredit müqavilələrinə xitam verilməsi, X2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017A********** saylı kredit müqaviləsi üzrə 1425,24 manat kredit borcu, 4,88 manat faiz borcu və 272,71 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1702,83 manat borc, 017A********** saylı kredit müqaviləsinə əsasən 2908,92 manat əsas, 12,51 manat faiz və 634,34 manat cərimə borcu olmaqla, cəmi 3555,77 manat iki kredit müqaviləsi üzrə ümumilikdə 5258,60 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh X8 oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış 28 avqust 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən Namik Babayevə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1428,18 manat və 28 avqust 2019-cu il tarixdə bağladığı 017S********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2908,92 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. X3 banka 017A********** saylı kredit müqaviləsi üzrə 1425,24 manat kredit borcu, 4,88 manat faiz borcu və 272,71 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1702,83 manat borc, 017A********** saylı kredit müqaviləsinə əsasən 2908,92 manat əsas, 12,51 manat faiz və 634,34 manat cərimə borcu olmaqla, cəmi 3555,77 iki kredit müqaviləsi üzrə ümumilikdı 5258,60 manat borc vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə X6 arasında 28 avqust 2019-cu il tarixdə bağlanmış 017A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1428,18 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə X6 arasında 28 avqust 2019-cu il tarixdə bağlanmış 017S********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2908,92 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 12 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 017A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 272,71 manat və 017A********** saylı kredit müqaviləsinə əsasən hesablanmış 634,34 manat dəbbə pulunun manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir, 017A********** saylı kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunun 50 manat və 017A********** saylı kredit müqaviləsinə əsasən hesablanmış dəbbə pulunun 150 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdeh X6 arasında 28 avqust 2019-cu il tarixdə bağlanmış 017A********** saylı və 017A********** saylı kredit müqavilələrinə xitam verilməli, cavabdeh X2 017A********** saylı kredit müqaviləsi üzrə 1425,24 manat kredit borcu, 4,88 manat faiz borcu və 50 manat cərimə borcu, 017A********** saylı kredit müqaviləsinə əsasən 2908,92 manat əsas, 12,51 manat faiz və 150 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə cavabdeh X6 arasında 28 avqust 2019-cu il tarixdə bağlanmış 017A********** saylı və 017A********** saylı kredit müqavilələrinə xitam verilsin. Cavabdeh X2 017A********** saylı kredit müqaviləsi üzrə 1425,24 manat kredit borcu, 4,88 manat faiz borcu və 50 manat cərimə borcu, 017A********** saylı kredit müqaviləsinə əsasən 2908,92 manat əsas, 12,51 manat faiz və 150 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar